Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-143/2023 03.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq verdiyi 2223 (iki min iki yüz iyirmi üç) manatın və ödənilən 42 (qırx iki) manat dövlət rüsumunun, Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iddianı edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh onun həmkəndlisidir. Cavabdeh ona yaxınlaşaraq borc pula ehtiyacı olduğunu bildirmişdir. O, cavabdehi tanıdığından üstəlik həmkəndlisi olduğundan ona inanmış və ona borc pul vermişdir. Bununla bağlı cavabdeh ona yazılı qəbz təqdim edərək borclu olduğunu təsdiq etmişdir. Həmin qəbzdə borcunu 2019-cu ilin avqust ayından başlayaraq 2020-cı ilin avqust ayına kimi hissə-hissə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq cavabdeh borcdan, yəni 3623 (üç min altı yüz iyirmi üç) manatdan 1400 (bir min dörd yüz) manatı qaytarmış və Cavabdeh ona 2223 (iki min iki yüz iyirmi üç) manat borcu qalmışdır. Cavabdeh borcu qismən ödəyərək öhdəliyini tam icra etməmişdir. Artıq iki ildən yuxarıdır ki, Cavabdeh borcunu tam ödəməkdən yayınır. O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh borc olaraq verdiyi 2223 (iki min iki yüz iyirmi üç) manatın və ödənilən 42 (qırx iki) manat dövlət rüsumunun, Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X5 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı oğluna 3600 (üç min altı yüz) manat borc pul vermişdir. 1400 (bir min dörd yüz) manatı ödənilib və qəbzlər özündədir. 1200 (bir min iki yüz) manat pulu isə bank vasitəsilə o, Rusiyadan iddiaçının atasına göndərmişdir. Hal-hazırda oğlunun İddiaçı 1000 (bir min) manat borcu qalmışdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi X3 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1981-ci il tarixdə Astara rayonu, Siyəkü kəndində doğulmuşdur və Astara rayonu, Siyəkü kəndində yaşayır. İş materiallarında olan qəbzindən müəyyən olunur ki, Cavabdeh İddiaçı 3623 (üç min altı yüz iyirmi üç) manat məbləğdə pul götürmüşdür. İş materiallarında olan Astara rayon İHB-nın Siyəkü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1543 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayon, Siyəkü kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 3623 (üç min altı yüz iyirmi üç) manat məbləğdə pul götürmüş və həmin borcdan müxtəlif vaxtlarda 1400 manatını qaytarmışdır.Cavabdehin nümayəndəsi həmin puldan əlavə olaraq Rusiya Federasiyasından 1200 manat pul göndərməsini bildirsə də, o barədə sübutu məhkəməyə təqdim etmədi. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2223 (iki min iki yüz iyirmi üç) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2223 (iki min iki yüz iyirmi üç) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-143/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-143/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver