Məhkəmə qərarları › İş №2(018)-1463/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1463/2023

20.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1463/2023 20.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan və mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan və mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin təkrar hazırlıq iclası 20 dekabr 2023-cü il tarixə təyin edilmişdir. İş üzrə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyə təqdim etdikləri sənədlər tam toplanmadığından iddia ərizələrinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizələrini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan və mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar