Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1554/2023 18.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və X1 katibliyi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Ümumi mülkiyyətdə olan payların müəyyən edilməsi tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Ümumi mülkiyyətdə olan payların müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə haırlıq iclası 04 dekabr 2023-cü il il tarixdə keçirilərək məhkəmə baxışı iclasının keçirilməsi 18 dekabr 2023-cü il tarixə təyin edilmiş və tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasları barədə olan bildirişləri almasına baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Ümumi mülkiyyətdə olan payların müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan aldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır (MPM-in 260.4-cü maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaç İddiaçı Cavabdeh qarşı “Ümumi mülkiyyətdə olan payların müəyyən edilməsi tələbi” barədə olan iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, ondan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1554/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1554/2023
18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver