Məhkəmə qərarları › İş №2(018)-1566/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1566/2023

14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1566/2023 14.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, iddiaçı X2 Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı “Pul tələbinə dair” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan borc olaraq verilmiş 4500 (dörd min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X6 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh əvvəldən tanıyır, həmkəndli kimi yaxşı münasibətləri olmuşdur. O, 10 aprel 2021-ci il tarixdə Cavabdeh ondan 4500 (dörd min beş yüz) manat məbləğində borc pul istəmiş o, da Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində borc pul vermişdir. Aralarında olan razılşmaya görə Cavabdeh borcunu 4 ay müddətində qaytarmalı idi. Cavabdeh ona olan borcun hal-hazıra kimi qaytarmamışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, o, iddiaçı X3 əvvəldən tanıyır, həmkəndli kimi yaxşı münasibətləri olmuşdur. O, 10 aprel 2021-ci il tarixdə iddiaçı X1 3000 (üç min) manat borc pul istəmiş, iddiaçı X6 ona 3000 (üç min) manat borc pul vermişdir. Aralarında olan razılşmaya görə o borcunu 4 ay müddətində qaytarmalı idi. Ancaq o, maddi çətinlikləri olmasına görə borcundan 900 (doqquz yüz) manat ödəmiş 2100 (iki min bir yüz) manatı qalmışdır. Ona görə də, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid X7 məhkəmə iclasında göstərdi ki, tərəfləri əvvəldən tanıyır, həmkəndli kimi yaxşı münasibətləri olmuşdur. 10 aprel 2021-ci il tarixdə Cavabdeh X6 ona 3000 (üç min) manat borc pul vermişdir. Məhkəmə baxışı iclasında şahid X4 da məhkəmə iclasında əsasən şahid X7 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə tərəflərin izahatlarını şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X6 10 avqust 1956-cı il tarixdə anadan olmuş və Astara rayonu, Pensər kəndində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 65 (altmış beş) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X6 10 aprel 2021-ci il tarixdə Cavabdeh 4 ay müddətində qaytarmaq şərti ilə 3000 (üç min) manat borc pul vermişdir. Cavabdeh ona olan borcundan 900 (doqquz yüz) manat ödəmiş 2100 (iki min bir yüz) manatı qalmışdır. Ona görə də, iddia 2100 (iki min bir yüz) manat hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi isə 2400 (iki min dörd yüz) manat hissədə isə təmin edilməməlidir. Belə ki, iddiaçı əlavə olaraq 2400 (iki min dörd yüz) manat pul tələb etmiş olsa da tələbinin əsası kimi hər hansı bir halı göstərməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in)385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi qismən təmn edilməsinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 65 (altmış beş) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi onun xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 2100 (iki min bir yüz) manat manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul alınıb, iddiaçı X5 verilsin. İddia tələbi 2400 (iki min dörd yüz) manat hissədə isə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar