Məhkəmə qərarları › İş №2(018)-160/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-160/2024

19.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-160/2024 19.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı payın mülkiyyətçilər arasında naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı payın mülkiyyətçilər arasında naturada ayrılması tələbinə dair iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin təkrar hazırlıq iclası 19 fevral 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanmasını və sənədlərin əslinin ona qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə iddiaçılar və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İddiaçı3 iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsini ərizənin qaytarılması kimi qəbul edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı payın mülkiyyətçilər arasında naturada ayrılması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar