Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1616/2024 24.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və 3-cü şəxs Astara rayon Notariat ofisinə qarşı “birgə nikah dövründə əldə edilən əmlakda miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və 3-cü şəxs Astara rayon Notariat ofisinə qarşı “birgə nikah dövründə əldə edilən əmlakda miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 və X2 birgə nikah dövründə əldə etdiyi və sonuncunun mülkiyyətində olmuş “MERCEDES BENZ E220” markalı buraxılış ili 1999-cu il, qara metalik, **-BK-*** (əvvəlki nömrəsi **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobildə vəfat etmiş oğulları X5 1/2 hissədə payına vəfatından sonra öz vərəsəlik hüquqlarının tanınması, habelə “MERCEDES BENZ E220” markalı buraxılış ili 1999-cu il, qara metalik, **-BK-*** (əvvəlki nömrəsi **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən 16000 manat pulun 8000 manatının, habelə ödədikləri 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrində nəzərdə tutulmuş forma və məzmununa riayət olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində bir neçə cavabdeh və 3-cü şəxs göstərilsə də, hər bir cavabdehə yönələn tələbin nədən ibarət olduğu qeyd edilməmiş, tələb yalnız cavabdehlərdən X3 qarşı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alındığından, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və 3-cü şəxs Astara rayon Notariat ofisinə qarşı “birgə nikah dövründə əldə edilən əmlakda miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Astara Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. İddiaçılara qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüquqlarının olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1616/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1616/2024
24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver