Məhkəmə qərarları › İş №2(018)-1641/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1641/2025

17.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1641/2025 17.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3300 (üç min üş yüz) manat məbləğində əsas borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Nəsirulla oğlu onun həmkəndlisidir. Əvvəllər aralarında münasibətlər normal olmuşdur. Belə ki, cavabdehin xahişi ilə X7 filialından 30 yanvar 2015-ci il tarixdə 2400 manat məbləğində kredit götürmüş və həmin məbləği, yəni 2400 manatı cavabdehə vermişdir. Aralarında olan razılığa əsasən, hər ay kredit üzrə ödənişləri cavabdeh həyata keçirməli idi. Lakin təəssüf ki, Cavabdeh verdiyi vədə əməl etməmiş, ödənişləri vaxtında etməmişdir. Nəticədə bank tərəfindən götürülmüş kreditə görə faizlər hesablanmış və cərimələr tətbiq olunmuşdur. Beləliklə, cavabdehin günahı ucbatından 2400 manat kreditə görə banka ümumilikdə 5270 manat məbləğində pul ödəmişdir. Hazırda cavabdehin ona 3300 manat borcu qalmaqdadır. Borcun qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən o, Astara rayon prokurorluğuna və Astara rayon polis şöbəsinə ərizələrlə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, o, birinci dərəcəli əlildir və maddi vəsaitə ehtiyacı vardır. Onu aldadaraq xəstənin pulunu mənimsəmək açıq-aşkar vicdansızlıqdır. O, əmindir ki, məhkəmə tərəfindən ərizəsi üzrə ədalətli qərar qəbul ediləcəkdir. Odur ki, Cavabdeh 3300 (üç min üş yüz) manat məbləğində əsas borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh X3 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan 2400 manat məbləğdə borc pul almışdır.Borcunun çox hissəsini ödəyib və hazırda 570 (beş yüz yetmiş) manat borcu qalmışdır. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindənməlum olur ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın yanında Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağayev X5 rayonu Şümrüd kəndində yaşayır. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 60 manat rüsum ödəmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli əlillik arayışından görünür ki, İddiaçı birinci dərəcəli əlilldir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 65/2-A-6196/11/23 nömrəli Astara Rayon Polis Şöbəsinin İddiaçı cavab məktubunda görünür ki, xx.xx.2023-cü il tarixdə AR DİN-nin 102 xidmətinə etdiyi müraciəti araşdırılmış və bu baradə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ olması izah edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh 2400 manat məbləğdə pul verib və cavabdeh tərəfindən 1810 manat məbləğdə pul ilə iddiaçıya qaytarılıb. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 2400 manat borc pul almış və hazırda iddiaçıya 570 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 570 (beş yüz yetmiş) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaiti alınıb iddiaçı X4 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 570 (beş yüz yetmiş) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar