Məhkəmə qərarları › İş №2(018)-1694/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1694/2023

18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1694/2023 18.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 umumi paylı mülkiyyətdən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 umumi paylı mülkiyyətdən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi iə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu Kakalos kənd ərazisində yerləşən Astara rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 92 saylı qərarı ilə verilmiş 0,31 ha torpaq sahəsindən payların, həmçinin paylı mülkiyyətçi mərhum X1 düşən paydan vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Astara rayonu Kakalos kənd ərazisində yerləşən Astara rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 92 saylı qərarı ilə verilmiş 0,31 ha torpaq sahəsindən payların müəyyən edilməsi ilə birlikdə mərhum X1 düşən paydan vərəsələrin paylarının müəyyən edilməsini xahiş edərək, iddia ərizəsi qanunvericiliyə uyğun tərtib etməmişdir. Belə ki, iddiaçı birinci növbədə həmin torpaq sahəsində mərhum X1 düşən paydan vərəsələrin paylarının müəyyən edilməsi barədə iddia qaldırmalı və məhkəmə qətnaməsi ilə mərhum X1 düşən paydan vərəsələrin payları müəyyən edildikdən sonra, Astara rayonu Kakalos kənd ərazisində yerləşən Astara rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 92 saylı qərarı ilə verilmiş 0,31 ha torpaq sahəsindən payların müəyyən edilməsi barədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 umumi paylı mülkiyyətdən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar