Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-175/2024 05.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ildə kommersiya işləri ilə əlaqədar tanış olmuş. xx.xx.2022-ci il tarixində Cavabdeh ondan 3500 (üç min beş yüz) manat pul istəmiş və onuda söz verdiyi müddətdə qaytarmasa belə xırda-xırda qaytarmışdır. Həmin vaxtdan sonra o, etibarından sui istifadə edərək ona borc pul verməyi yenidən xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 12 mart 2023-cü il tarixində 15000 (on beş min) manat məbləğində ona borc vermiş. Cavabdeh almış olduğu pulu qısa müddətə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, işdə olan pulun alınması barədə qəbzlər onun tərəfindən yazılıb. Lakin, o, İddiaçı cəmi 10000 manat borc almış və 5000 manat faiz üçün sənəd almadan verib, əsas borcdan 3500 manat poçt vasitəsi ilə ödəyib. Əgər iddiaçı ondan faiz üçün aldığı 5000 manatı etiraf etmirsə o, 6500 manat borcu olduğunu qəbul edir. İddianın qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindənməlum olur ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın yanında Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara şəhəri, S.Vurğun küçəsi ev 7-də yaşayır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 136 manat rüsum ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3500 manat borc pul almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15000 manat borc pul almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesab kartına 502 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesab kartına 502 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesab kartına 500 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesab kartına 502 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesab kartına 501 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesab kartına 502 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdehd Zərbi oğlu İddiaçı hesab kartına 502 manat pul ödəmişdir Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qəbz əsasında 15000 manat məbləğdə pul verib və cavabdeh tərəfindən 3500 manat məbləğdə pul poçt vasitəsi ilə iddiaçıya qaytarılıb. Cavabdeh, İddiaçı cəmi 10000 (on min) manat qaytarmaq şərti ilə borc pul aldığını və həmin puldan faiz kimi 5000 manat məbləğdə ödəməsini bildirsə də, o barədə sübutları məhkəməyə təqdim edə bilmədi. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11500 (min yüz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 136 (yüz otuz altı) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 11500 (min yüz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 136 (yüz otuz altı) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-175/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-175/2024
05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver