Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-185/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X22 Aslan oğlunun sədrliyi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və X6 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X7 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər X11 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000,00 (beş min) manat məbləğində vəsaitin, 70,00 (yetmiş) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Günel Ömərova ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində X7 məxsus ** CD *** dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə X7 məxsus Cavabdeh1 tərəfindən idarə etdiyi ** CD *** dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı həmin avtonəqliyyat vasitəsi ilə ** GD *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı və ** BG *** dövlət qeydiyyat nişanlı QAZ 32212 markalı avtonəqliyyat vasitəsitələrinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh1 idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. ** GD *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı və ** BG *** dövlət qeydiyyat nişanlı QAZ 32212 markalı avtonəqliyyat vasitəsitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilindiyi üçün ** GD *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı və ** BG *** dövlət qeydiyyat nişanlı QAZ 32212 markalı avtonəqliyyat vasitəsitələrinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021 -ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabaf’a əsasən ** GD *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı nəqliyyat vasitəsinə 5039,00 manat (beş min otuz doqquz manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** BG *** dövlət qeydiyyat nişanlı QAZ 32212 markalı nəqliyyat vasitəsinə isə 360,00 manat (üç yüz altmış manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. Dəymiş zərərlər üzrə "xxxx" ASC tərəfindən proposianal bölgü aparılmış və ci il tarixli “Sığorta aktı”na əsasən 307,32 manat (üç yüz yeddi manat, 32 qəpik) məbləğində sığorta ödənişi X4 hesabına köçürülmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 4692,68 manat (dörd min altı yüz doxsan iki manat, 68 qəpik) məbləğində sığorta ödənişi X9 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi ** GD *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı və ** BG *** dövlət qeydiyyat nişanlı QAZ 32212 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən ödənilmiş ümumilikdə 5 000,00 (beş min) manat məbləğində vəsait sığortalı nəqliyyat vasitəsi sürücülük hüququ olmadan idarə edildiyindən cavabdehlər X11 və Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. Cavabdehlər X11 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000,00 (beş min) manat məbləğində vəsaitin, 70,00 (yetmiş) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, hadisə baş verən zaman X7 məxsus olan “VAZ 21214” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında onun istifadəsində olub. Sığorta ödənişini ödəməkdən imtina etmir, lakin maddi vəziyyəti yaxşı olmadığı üçün bir dəfəyə ödəmək imkanı yoxdur. Məhkəmədə cavabdeh X6 nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, oğlu X7 məxsus olan “VAZ 21214” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında xx.xx.2021- ci il tarixdə X2 və o da sonradan etibarnamə əsasında həmin avtomobili Cavabdeh1 satmışdır. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş sənədlərində olan sığorta müqaviləsinə əsasən cavabdeh X7 məxsus ** CD *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş sənədlərinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkənə 307 (üç yüz yeddi) manat 32 qəpik məbləğində sığorta ödənişi olunmuşdur. İş sənədlərinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkənə 4692 (dörd min altı yüz doxsan iki) manat 68 qəpik məbləğində sığorta ödənişi olunmuşdur İş sənədlərindən və əlavə edilmiş MAPS arayışının surətindən görünür ki, cavabdehlərdən Cavabdeh1 Astara rayonu, Şümrüd kəndində qeydiyyatdadır və Cavabdeh2 isə həmin Astara rayonu, Tüləgüvan kəndində yaşadığı qeyd edilmişdir. İş sənədlərində olan “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, X12 ** CD *** dövlət qeydiyyat nömrəli VAZ 21214 markalı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqlarını etibar etmişdir. İş sənədlərində olan xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X3 Orxan Canhəsən oğluna ** CD *** dövlət qeydiyyat nömrəli VAZ 21214 markalı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqlarını etibar etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərəin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna daia etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verən zaman X7 məxsus olan “VAZ 21214” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 sahibliyində olmuşdur. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 5000 (beş min) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat 40 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi X11 hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 5000 (beş min) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat 40 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-185/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-185/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver