Məhkəmə qərarları › İş №2(018)-193/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-193/2025

24.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-193/2025 24.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan və paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan və paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsinə əlavə edilmiş sənədlərin onlara geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizələrini iddia ərizəsinin qaytarılması kimi qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan və paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-193/2025 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan və paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar