Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-197/2025 10.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində pulun, həmçinin ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, cavabdehdən 6000 (altı min) manat lotoreya pulu və 1000 (min) manat əl borcu olmaqla ümumilikdə 7000 (yeddi min) manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi, həmçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onu oynadıqları lotoreya oyununa qoşmuşdur. Həmin oyundan Cavabdeh tərəfindən ona 9000 manat pul verilməli idi. Lakin Vüsalə həmin pulu ona verməmişdir. 9 ay ərzində ayda 1000 manat olmaqla lotoreya oyunu üçün Vüsaləyə pul vermişdir. Sonuncu yeri o götürməliymiş. Sıra ona çatanda Vüsalə onun pulunu verməmişdir. Vüsalədən pulunu tələb edəndə sonuncu pulu 1 ay gecikdirəcəyini bildirmiş, daha sonra xx.xx.2023-cü il tarixində kənddəki mağazasınaa gələrək ondan 2500 manat pul istəmiş və lotoreya pulu ilə birlikdə ona 12000 manat qaytaracağını söyləmişdir. Bununla bağlı Cavabdeh videoçəkilişdə də ona 12000 manat borcu olduğunu etiraf etmişdir. Bundan sonra Vüsalə müxtəlif vaxtlarda ona məxsus 4169 7388 3870 3597 nömrəli kart hesabına 1500 manatadək pul köçürmüşdür. Qalan məbləği isə verməmişdir. Dəfələrlə Vüsalədən pulunu verməsini xahiş etsə də sonuncu pulu qaytarmamışdır. Ona görə də məcbur qalıb Astara RPŞ-yə müraciət etmişdir. Astara RPŞ-nin İstintaq Bölməsində aparılan araşdırma zamanı da Vüsalə ona borcu olduğunu etiraf etmişdir. Bundan sonra da Vüsalə ona olan borcunu ödəməmişdir. Hazırda Cavabdeh ona 10500 manat borcu qalmışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində pulun, həmçinin ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, iddianı qismən qəbul edir. O, İddiaçı 05 sentyabr 2023-cü il tarixdə cəmi 2500 (iki min beş yüz) manat borc pul almışdır. Həmin puldan 1500 manatını hissə-hissə olmaqla kart vasitəsi ilə ona göndərmişdir. Loteriya məsələsinə gəldikdə isə ona 10000 (on min) manat, deyil 6000 (altı min) manat borcu vardır. Belə ki, onlar 10 nəfər olmaqla 10 yer üzrə lotereya oynamışlar. Dəfələrlə İddiaçı onların lotereya oyunlarında iştirak etmiş pulunu vaxtı vaxtında almışdır. Sözü gedən loteriya oyununda iştirak edən başqa oyunçu Turan adlı şəxs öz oyunu vaxtında lateriyasını (8000 manat) götürərək oyun bitməmiş oyunu vaxtından əvvəl tərk etmiş və oyunu mübahisə yaradaraq dağıtmışdır. Loteriya oyunu dağıldığından sonra nəticədə onun İddiaçı 6000 (altı min) manat borcu yaranmışdır. Həmin pulları da digər iştirakçılar ona vermədiklərindən Fəridəyə ödəyə bilməmişdir. İddiaçı əl borcu kimi aldığı puldan ona qalan 1000 (min) manat borcunu bu vaxta kimi işləmədiyi üçün ona qaytara bilməmişdir. Artıq işə düzəlmişdir. Yaxın günlərdə həmin 1000 (min) manat pulu ona hissə-hissə qaytaracağ. 6000 (altı min) manat lotoreya puluna gəldikdə isə həmin pulu digər iştirakçılardan aldıqdan sonra Fəridəyə çatdıra bilər. İddianı digər hissədə qəbul etmədiyini bildirmiş, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin ərizələrini və iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA6242958 seriya və nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, Cavabdeh xx.xx.1985-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın yanında Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yaşayır. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edilməsi üçün 122 (yüz iyirmi iki) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh 2500 (iki min beş yüz) manat borc pul vermiş, Cavabdeh həmin borc məbləğindən cəmi 1500 (min beş yüz) manat olmaqla hissə-hissə bank kartı vasitəsi ilə İddiaçı göndərmişdir. İddia həmin hissədə cavabdeh tərəfindən etiraf edilmişdir. Həmçinin, İddiaçı cavabdehlə oynadıqları lotereya oyunu nəticəsində Cavabdeh ona 9000 (doqquz min) manat borcunun ödənilməsini xahiş etmişdir. İddia tələbi həmin hissədə Cavabdeh tərəfindən qismən qəbul edilərək 6000 (altı min) manat borcunun olması etiraf edilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənləri və cavabdehin borcu qismən etiraf etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-197/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-197/2025
10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver