Məhkəmə qərarları › İş №2(018)-231/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-231/2025

17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-231/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər X1 və X3 iştirakları ilə, İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər X9 və X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 və X2 müştərək qaydada 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddiasını müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdi ki, X9 və X3 ona 3000 manat pul borcu vardır. Cavabdehlər ilə pulun qaytarılması barədə dəfələrlə danışmağına baxmayaraq ona olan borclarını ödəməkdən imtina edirlər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər X9 və X2 müştərək qaydada 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə cavabdeh X10 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı borc almamışdır. İddiaçı tərəfindən borcun verilməsinə dair məhkəməyə heç bir sübut təqdim ediilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh X9 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər X4 və X7 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materialına əlavə edilmiş 7E-5519 reyestr nömrəli xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamə sənədində qeyd edilən səlahiyyətlərini xx.xx.2029-cu il tarixədək Nümayəndə etibar etmişdir. İş materiallarına cavabdehlər X10 və X9 tərəfindən əlavə edilmiş etirazlarında göstərmişlər ki, 2022-ci il tarixində iddiaçı- "xxxx" MMC-nin Astara filalının müdiri vəzifəsində işləyərkən həmin kredit təşkilatından kredit pul götürmüşdür. Götürdüyü krediti tam olaraq "xxxx" MMC-nin Astara filalına ödəmişdir. Onların hal hazırda həmin kredit təşkilatına heç bir borcları yoxdur. İddiaçı iddia ərizəsində, cavabdehlərin ona 3000 manat məbləğində pulun borclu olmasını qeyd etmişdir. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etmir. Yəni bu barədə yazılı notarial təsdiq edilmiş hüquqi sənəd, şahid ifadələri iddia ərizəsinə əlavə edilməmiş və ya cavabdehlərə borca 3000 manat məbləğində pulun hansı şəraitdə, hansı səbəbdən verməsini təsdiq edən əsaslandırılmış sübut növü iddiada qeyd edilməmişdir. Ümumiyyətlə onların, iddiaçı ilə heç bir tanışlığı yoxdur. Onu ancaq "xxxx" MMC-nin Astara filalında müdir işləyərkən tanımışlar. Həmin kredit təşkilatından götürdükləri kredit pulunu da tərəflərindən tam olaraq "xxxx" MMC-nə ödənilmişdir. Beləliklə iddiaçı tərəfindən verilmiş iddia tələbini araşdırıb ona hüquqi qiymət verərək belə bir nəticəyə gəlmək olarki, hazırki mübahisə yəni iş üzrə iddiaçının iddia tələbi əsaslandırılmayan, mötəbər sübuta yetirilməyən, təsdiqini tapmayan tələb kimi rədd edilməlidir. Həqiqətəndə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni borcun yaranma səbəbini, hansı məbləğdə və tarixdə olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsində tutarlı fakt dəlil göstərməmiş yəni iddiasını əsaslandıran mötəbər hüquqi, sübut növləri Məhkəməyə təqdim etməmişdir. İddiaçı iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməkdə borcludur. İddia tələbinə etiraz olaraq, iddiaçı- İddiaçı, cavabdehlər X9 və X6 qarşı 3000 (üç min) manat pulun və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, pul tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materialına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəməyə İddiaçı tərəfindən iddiasının əsası kimi cavabdehlər X9 və X6 borc pul verilməsinə dair hər hansı bir əsaslı sübut təqdim edilmədi. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər X9 və X6 qarşı “borcun qaytarılması” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Həmin məcəllənin 5-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər X9 və X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az Elektron ünvan İş № 2(027)-475/2022 18 aprel 2022-ci il İddiaçı: X8 Ünvan: Quba rayonu, Afurca kəndi Cavabdeh: X5 Ünvan: Quba rayonu, Aşağı- Güləzi kəndi Quba Rayon Məhkəməsinin 2(027)-475/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamə 02 vərəqə. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar