Məhkəmə qərarları › İş №2(018)-233/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-233/2025

13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-233/2025 13.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 (üç min iki yüz) manatın və ödənilmiş 62 (altımış iki) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Məhkəmədə iş üzrə İddiaçı iddiasını müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Cavabdeh həmkəndli kimi tanıyır. Münasibətləri əvvəl normal olmuşdur. Lakin sonradan etibardan istifadə edib aldatma yolu ilə pulunu mənimsədiyinə görə münasibətləri pozulmuşdur. Belə ki, 09 noyabr 2022-ci il tarixdə Astara rayon Şümrüd kəndində Cavabdeh ondan 3200 manat qiymətində iki baş buzov və dörd baş inək almış, pulunu bir ay ərzində verəcəyi barədə vədd vermişdir. Ona inanmış, lakin cavabdeh verdiyi vədə əməl etməmiş, sonra ona məlum olmuşdur ki, Cavabdeh dələduzluq edərək xeyli şəxsləri aldadaraq pullarını mənimsəmişdir. Bu hal ona məlum olandan sonra Astara rayon hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Beləliklə Cavabdeh törətdiyi cinayət əməllərinə görə Astara rayon məhkəməsinin 23 iyun 2023-cü il tarixli 1(018)-92/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cavabdeh Şirvan Apellyasiya Məhkəmənin 31 may 2023-cü il tarixli qərarına əsasən ona Cinayət Məcəlləsinin 306.1 maddəsilə təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cavabdeh bu cinayət əməlinə görə məhkum olduğundan və hazırda təyin olunmuş cəzasını çəkdiyi üçün sübut etməkdən azad olunur. Cavabdeh 3200 (üç min iki yüz) manatın və ödənilmiş 62 (altımış iki) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh İddiaçı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdeh İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarında olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Astara rayon Məhkəməsinin 1(018)-92/2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 09 noyabr 2022-ci il tarixdə, istintaqla müəyyən edilməmiş vaxtda Astara rayonu Şümrüd kəndində, həmin kənd sakini İddiaçı 3200(üç min iki yüz) manat qiymətində iki baş buzov və dörd baş inək alıb, pulunu 1 ay ərzində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 3200 manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əl keçirib İddiaçı həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Pəlikəş kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ağayev X1 rayonu Şümrüd kəndində yaşayır. Mülki iş materialına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 62 (altımış iki) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh dəymiş ziyana görə 3200 (üç min iki yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 62 (altmış iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 3200 (üç min iki yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 62 (altmış iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar