Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-234/2025 26.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14440 (on dörd min dörd yüz qırx) manat borcun və ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Belə ki, Rumana Talıbova ilə aralarındakı razılığa əsasən tərəfindən edilmiş Abşeron rayonu, Masazır kandi ünvanında yerləşən fərdi yaşayış evindəki dəyişikliklərin vəsaitinin alıcı olan cavabdeh Rumanə tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Həmin evdəki dəyişikliklə bağlı xərclər onun öz vəsaiti hesabına ümumilikda 14440 (on dörd min dörd yüz qırx) manat dəyərində olmuşdur. Həmin çəkdiyi xərcin pulundan cavabdeh Rumanə ona 3000 (üç min) manat məbləğində nağd şəkildə pul ödəniş etmişdir. Yerdə qalan məbləğ olan 11440 manat pulun ödənilməsi üçün cavabdehə vaxt verilməsini ondan xahiş etmişdir. Əslində həmin dəyişikliklərlə bağlı işlərinin görülməsinə ehtiyyac yox idi, lakin Cavabdeh istəyi əsasında həmin evdəki dəyişiliklər hayata keçirilmişdir. Baxmayaraq ki, o, halhazırda həmin fərdi yaşayış evinə faktiki sahibliyi həyata keçirir, lakin bu qədər xərcin çəkilməsinə heç bir lüzum yox idi. Aralarında olan mübahisə ilə bağlı Cəlilabad Rayon Məhkəməsi tərəfindən Rümana Talıbovanın ayrıca tələbi üzrə məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin qətnamə ila Rümanə Talıbovanın digər məbləğlərlə bağı 3000 (üç min) manat pulun da ondan alınıb verilməsi təmin edilmişdir. Həmin məbləği də iddia tələbinə əlavə edir. Aralarındakı xx.xx.2023-cü il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Onun razılığı pozması qeyd edilən məbləğdə ona maddi zərərin vurulmasına gətirib çıxarmışdır. Ona görə ki, Cavabdeh müqavilədə göstərilən öhdəliyi 2023-cü ilin iyun ayının 28-dək yerinə yetirilməsini öz üzərinə götürsə də, lakin həmin ayın, yəni 17 iyun 2023-cü il tarixdə Rumanə onunla zəngləşərək həmin evin yanında görüşməyi onunla bu barədə söhbət etmək istədiyini ona bildirmiş, bundan sonra o, Rumanə ilə elə həmin evin qarşısında görüşmüş və görüş əsnasında Rumanə ona bildirmişdir ki, hazırda imkanları məhduddur, mülkiyyətində olan 2 ədəd avtomobilinin kreditləri olduğu üçün bankın ona ipoteka ayırması mümkünsüz dərəcədədir və bunun üçün ona həmin evin Rumanənin adına keçirilməsini və həmin evin banka girov qoyulmasını xahiş etmişdir. Lakin o, həmin vaxtı Rumanənin bu təklifindən imtina etmiş və həmin gündən etibarən evdə çatışmayan pilləkanın təmirini saxlatdırmışdır. Rumanə yenidən ondan xahiş etmişdir ki, evi satışa çıxarsınlar və ona verdiyi pulu geri qaytara bilsinlər. Bunun üçün də, Rumanə həmin evdə söküntü etdirdiyi hər iki hamam və tualetin kafelinin sökülməsini, mətbəx mebelinin, kafelinin sökülməsi, laminatın sökülməsi, evin fasad hissasində emusiyaların dəyişməsi, isti aqlayın sökülməsini və hasarın hündürləşdirilməsini öz üzərinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə ödənilməyən 49000 manat pulu xx.xx.2023-cü il tarixədək ona tam ödəməli idiki, o da öz növbəsində müvafiq çıxarış alsın, lakin Rumanə xx.xx.2023-cü il tarixədək nəzərdə tutulan qalan borcdan heç bir məbləğdə ödəniş ödəmədiyi üçün aralarındakı razılığı pozmuşdur. Əslində həmin məbləğdə ödəməni Rumanə ödəməməklə müqavilə şərtlərini və üzərinə görürdüyü öhdəliyi özü pozmuşdur. O hətta xx.xx.2023-cü il tarixdən sonrakı müddətdə də Rumanəyə bildirmişdir ki, qalıq ödənişi ödəsin ki, evin çıxarışını onun adına alsın, lakin Rumanə bildirmişdir ki, onun buna imkanı yoxdur, bütün işləri özü görsün, çıxarışı Rumanənin adına alsın, daha sonra evi girova qoymaqla bankdan pul götürüb ona qalan borcunu hatta artıqlaması ilə ödəyəcək. Lakin, o həmin təklifdən boyun qaçırmışdır. Ona görə ki, Rumanə 2022-ci ildə dostu X3 yaşayış binasından manzil almış, həmin mənzilin kommunal xərclər öhdəliyini ödəməmiş, həmin mənzili başqa bir şəxsə qeyri-rəsmi satmış, bunun artıq bir dələduzluq faktı olduğundan şübhələnib onun təklifindən imtina etmişdir. Göründüyü kimi cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Qeyd edilən xərclərlə bağlı faktı şahidlər də təsdiq edə bilər. Onun hüquqi savadının olmaması səbəbindən vəziyyət bu hala gəlib çıxası səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı Babayev X1 Rumanə Cəfər qızına qarşı Astara rayon Məhkəməsində iddia qaldıraraq ondan 14.440 (on dörd min dörd yüz qırx) manat pulun və ödənilmiş 134 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası tamamilə əsassızdır və təmin edilə bilməz. Belə ki, İddiaçı ilə Cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Abşeron 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********76 reyestr nömrəsi ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 2i ünvanında 0.03 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini 90000 (doxsan min) manata alqı-satqısı barədə razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixində 41000 (qırx bir min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə cavabdeh İddiaçı ödəmiş və aralarında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 2.2-ci bəndinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixinə qədər fərdi yaşayış evini DƏDRXdə qeydiyyata almağı, mülkiyyət hüququnu təsdiq edən çıxarış almağı və notariat qaydasında əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh də, xx.xx.2024-cü il tarixində alqı-satqı müqaviləsi rəsmiləşdirilməsinə qədər qalan 49000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Lakin, İddiaçı qeyd edilən vaxta kimi fərdi yaşayış evini DƏDRX-də qeydiyyata aldırmayaraq müqavilə şərtini pozmuşdur. Bundan sonra İddiaçı dəfələrlə müqavilə şərtlərinə əməl etməsini xahiş etmiş, lakin bütün bunlara baxmayaraq İddiaçı öhdəliyinə əməl etməmişdir. Məcbur qalıb Cəlilabad Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ləğv edilmiş və ödədiyi pulun cavabdehə qaytarılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 49.000 manat pulu xx.xx.2024-cü il tarixədək ona tam ödəməli imiş. Müqaviləyə nəzər yetirdikdə 2.3-cü bənddən görünür ki, xx.xx.2023-cü il tarixində qalan 49.000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Həmin pulu ödəməkdən də heç zaman imtina etməmişdir. İddiaçı tərəfindən evin çıxarışı hazır olmadığı üçün müqavilə pozulmuşdur. İddiaçı onun pulunu özündə saxlamaqla ona ziyan vurmuşdur, indi isə əsassız iddia qaldıraraq ondan pul tələb edir. İddia ərizəsində qeyd etdikləri də həqiqəti əks etdirmir. İddiaçı ilə cavabdeh arasında nə şifahi, nə də ki yazılı qaydada qalıq qalmış 49.000 manat pulun hissə-hissə xx.xx.2023cü il tarixinə kimi ödənilməsi barədə razılıq olmamışdır. İddiaçı Cavabdeh müraciət edərək evin divar kağızı işini gördüyünü və pulunun olmadığını bildirərək ona 3000 manat verməyini, həmin məbləğin də 49.000 manatdan çıxılacağını bildirmişdir. Tacəddinə belə danışmadığını, evin təmirinin yekunlaşdırılması ilə əlaqədar bütün xərclərin tərəfindən çəkilməli olduğunu və yalnız çıxarış hazır olduqdan sonra xx.xx.2023-cü il tarixində 49.000 manatı ödəməli olduğunu bildirsə də o, hazırda maddi cəhətdən sıxıntı çəkdiyini bildirərək 3000 manat ona verməyini xahiş etmişdir. O da, xahişini yerə salmayıb ona 3000 manat pulu vermişdir. Bundan əlavə İddiaçı ilə aralarında olan şifahi razılığa əsasən evdə istifadə olunacaq laminat və kafel Cavabdeh zövqünə uyğun seçilməli idi. Bu səbəbdən Tacəddin tərəfindən ona bir neçə çeşiddə kafel və laminat şəkli göndərilmiş, o da zövqünə uyğun olanı seçib Tacəddinə bildirmişdir. Seçdiyi tikinti materiallarına görə əlavə pul ödəməli deyilmiş. Çünki seçdiyi tikinti materialları onsuz da Tacəddinin nəzərdə tutduğu qiymətdə olanlar idi. Seçimi heç bir qiymət artımına səbəb olmamışdır. Qeyd etdiklərinə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirmişdir ki, iddiaçının işçisidir. Sözügedən evin bir sıra təmir işlərini görmüşdür. Həmin işləri iddiaçının göstərişi ilə Cavabdeh istəyinə uyğun yerinə yetirmiş, lakin görülən işlərə görə pulun kim tərəfindən ödəniləcəyi barədə məlumatlı olmamışdır. Məhkəmə iclasında Şahid1 Firudin oğlu izahat verərək bildirmişdir ki, iddiaçının işçisidir. Sözügedən evin bir sıra təmir işlərini görmüşdür. Həmin işləri iddiaçının göstərişi ilə Cavabdeh istəyinə uyğun yerinə yetirmiş, iddiaçı ona demişdir ki, görülən işlərə görə pul Cavabdeh tərəfindən qarşılanacaq. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsi və vəkilini dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materialına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə **********76 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarış əsasında ünvan 2i ünvanında 0.03 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini 90000 min manata Cavabdeh satmaq barədə razılığa gəlmiş, İddiaçı xx.xx.2023-cü il tarixə qədər fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almağı və notariat qaydasında alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, Cavabdeh isə 28 iyun 2023-cü il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilənə qədər qalan 49000 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materialına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evində təmir-tikinti işləri aparılmışdır. İş materialına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-1481/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində qeydə alınmış 25 aprel 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 30300 (otuz min üç yüz) manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 134.40 manat dövlət rüsumu ödəmişdir. İş materialına əlavə edilmiş İddiaçı tərəfindən tərtib edilmiş qaimə fakturadan görünür ki, sözügedən qaimə faktura tarix və imzalar olmadan tərtib edilmiş, Masazır, satılan ev başlığında, tikinti materiallarının adını, qiymətini, miqdarını əlyazma ilə özündə əks etdirir. İş materialına əlavə edilmiş whatsapp tətbiqi vasitəsilə aparılan yazışmaların surətindən görünür ki, Rumana N 47 başlığı altında təmsil edilən şəxslə səsli smslər, tikinti şəkilləri paylaılmaqla yazışmalar aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-ci maddəsinə görə Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568-ci maddəsinə görə Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 581-ci maddəsinə görə Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin, şahidlərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsi bağlanmış, Babayev X2 rayonu, Masazır kəndi ünvanında 0.03 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini 90000 min manata Cavabdeh satmaq barədə razılığa gəlmiş, İddiaçı xx.xx.2023-cü il tarixə qədər fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almağı və notariat qaydasında alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, Cavabdeh isə 28 iyun 2023-cü il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilənə qədər qalan 49000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1481/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində qeydə alınmış 25 aprel 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 30300 (otuz min üç yüz) manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ilə hazırda iddiaçının tələb etdiyi 14400 pul vəsaitinin 3000 manat hissəsinin İddiaçı etirafı əsasında Cavabdeh tərəfindən İddiaçı verildiyi müəyyən edilmiş, İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iddianın predmetini ilkin alqı-satqı müqaviləsinin icrasından irəli gələn münasibətlər, qanuni əsasını isə ilkin və alqı-satqı müqavilələrinə tətbiq edilməli olan normalar təşkil edir. İddianın faktiki əsası kimi iddiaçı tərəfindən ilkin alqı-satqı müqaviləsi, fotoşəkillər, qaimə faktura, whatsapp tətbiqi vasitəsilə aparılan yazışmalar, şahid ifadələri təqdim edilmişdir. Lakin təqdim edilən dəlillər iddiaçı ilə cavabdeh arasındakı alqı-satqı barədə razılaşmanın olmasını sübut etmiş, yaşayış evinin təmir edilməsinə çəkilən xərclərin iddiaçı və ya cavabdeh tərəfindən qarşılanmalı olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilən qaimə faktura iddiaçının öz əlyazması ilə yazılmış, iddia etdiyi tikinti-təmir xərclərini özündə əks etdirməklə, whatsapp tətbiqi vasitəsilə aparılan yazışmalar, təqdim edilən fotoşəkillər isə tikinti-təmir işlərinin aparılmasını təsdiq etməklə mübahisəli tikinti-təmir xərclərinin kim tərəfindən qarşılanmalı olduğunu təsdiq etməmişdir. Məhkəmə şahidlərin vermiş olduğu ifadələrə isə şübhə ilə yanaşaraq, qeyd edir ki, şahidlərin ifadələri təmir-tikinti işlərinin görüldüyünü təsdiq etsə də, iddiaçı ilə cavabdehin arasındakı razılaşmanın nədən ibarət olduğunu təsdiq etməmiş, şahidlərin həmin razılaşmadan xəbərdar olması real olmamışdır. Həmçinin, Cəilabad Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilən ilkin-alqı satqı müqaviləsində də, tikinti-təmir işlərinin iddiaçı tərəfindən aparılmalı olduğu və xərclərinin cavabdeh tərəfindən qarşılanacağı barədə hər hansı müddəa əks olunmamışdır. Hətta qətnamə ilə, iddiaçının həmin iş üzrə etirafı əsasında tikinti-təmir üçün verilmiş olan 3000 manat məbləğində pulun İddiaçı cavabdehin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, ilkin-alqı satqı müqaviləsində sözügedən müddəalar əks edilməmişdir və iddiaçı belə razılığa dair şübhədənkənar sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, satıcı alıcıya razılaşdırılmış əşya verməyə borclu olduğundan, görülən təmir-tikinti işləri satıcının vəzifəsi kimi müəyyən edilərək sözügedən əmlakın təmir-tikinti işlərinin və xərclərinin iddiaçının özü tərəfindən qarşılanmalı olması razılaşdırılmaqla təqdim edilməli olduğu kimi qəbul olunmalı, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-234/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-234/2025
26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver