Məhkəmə qərarları › İş №2(018)-235/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-235/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-235/2025 18.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verilmiş borc pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 11000 (on bir min) manat borcun və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır. Yaxın dostluq münasibətləri olmuşdur. 2024-cü ilin mart ayının əvvələrində ona müraciət edib və bildirmişdir pula ehtiyacı var ona 11000 manat məbləğində borc verilməsini xahiş etmişdir. Onun ehtiyacını nəzərə alıb 06 mart 2024-cü il tarixdə qeyd edilən məbləğdə borc pul vermişdir. Borcdan 11000 manatı isə bugünə kimi qaytarmamışdır. O, borcun könüllü qaytarılması barədə Cavabdeh təklif etmişdir. Lakin o, bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşam. Cavabdeh X3 11000 (on bir min) manat borcun və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı borca pul almamışdır. Aprel ayının 16-da kassada borc yaranmış, lakin onu da bağlamışdır. Aprel ayının 17sində isə işinə xitam verilmişdir. Nə borc olubsa onu bağlamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli Cavabdeh Astara rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə maddi ehtiyacı olduğu üçün İddiaçı onun xidməti otağında sələm ilə 14197 (on dörd min yüz doxsan yeddi) manat pul borc götürmüşdür. İş materialına əlavə edilmiş X4 Lənkəran Regional poçt filialının rəisi Ağayev Səfərovaya ünvanladığı xx.xx.2024-cü il tarixli əlyazma kağızından görünür ki, MXŞ-nin rəisi İddiaçı kassadan ümumi məbləği 32600 manat pul almışdır. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edilməsi üçün 150 (yüz əlli) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, X6 İddiaçı kassadan ümumi məbləği 32600 manat pul almış və geri qaytarmışdır. Həmçinin Cavabdeh İddiaçı 11000 (on bir min) manat borc pul almış, həmin borc məbləğini geri qaytarmamış və o barədə sübutları məhkəməyə təqdim etməmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar