Məhkəmə qərarları › İş №2(018)-24/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-24/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-24/2023 31.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «300 manat yoncanın dəyərinin və 300 manat əldən çıxmış faydaya görə pul tələbinə dair» iddiası üzrə mülki Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «300 manat yoncanın dəyərinin və 300 manat əldən çıxmış faydaya görə pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, biçib apardığı yoncaya görə 300 manat və əldən çıxmış faydaya görə 300 manat pulun Cavabdeh onun xeyrinə alınması, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, iddiaşı İddiaçı Astara rayonu Kolatan kəndində yasayır. Ona və ailə üzvlərinə Astara rayon X5 24 dekabr 1997-ci il tarixli 92 saylı qəran ilə 0.90 hektar kənd tasərrüfatı məhsulları istehsalı ücün torpaq sahəsi verilmisdir. Eyni zamanda həmin tarixli qərarla onun mərhum anası X6 və bacılarında qonşu torpaq sahəsində 0.45 ha torpaq sahəsi venlmisdir.Bütün bu torpaq sahələri onun istifadəsindədir. Beləki onun ailə uzvlarinə verilmis torpag sahəsini onların razılıgı ilə o idarə edir, əkib becərir. Eyni zamanda anasi rəhmatə getdiyi üçün onun torpaq sahasinidə bacılarının razılıgı ilə o, istifada edir, əkib becərir. Həmin torpaq sahələrnin əkib-becərilməsi xeyli xərc və zəhmət tələb edir. Bütün bu xərcləri təmsil etdiyi iddiaşı İddiaçı cəkir. Bu il o, həmin torpaq sahəsində heyvandarlıq ücün yonca bitkisi əkmisdir. Yonca bitkisi yetisdikdan sonra bicinə az muddət qalmıs onun qonsusu X7 həmin torpaq sahəsinin 0,20 hektar ərazisində olan yoncanı bicib aparmısdır. Elburus Huseynov öz hərəkətini onunla əsaslandırır ki, həmin torpaq sahəsinin 0,20 ha hissəsi ona məxsusdur. Lakin o, bu barədə heç bir sənəd təqdim etmir. Əslində həmin ərazidə Elburus Huseynova aid hec bir torpaq sahəsi yoxdur. Təmsil etdiyi səxsin və onun anasına və bacılarna məxsus dövlət aktlarında Cavabdeh ogluna məxsus torpaq sahəsinin qonşu torpaq sahəsi olması göstərilməmişdir. Sadəcə olaraq Elburus Huseynov özbasınalıq hərkətlərə yol verərak iki dəfa hamin torpaq sahəsində yetişdirilən yoncanı bicib apararaq ona zərər vurmuşdur. X9 həmin torpaq sahəsindən 100 ədəd yonca kibini aparmısdır. Bir packa otun qiyməti 3 manatdır. Buda cəmi olaraq 300 (uç yüz) manat təskil edir. Beləliklə ona ziyan dəymişdir. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 92 nömrəli qərarına əsasən onun və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kolatan kəndi ərazisində 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində özü yonca bitkisi əkmiş və biçmişdir. O, İddiaçı istifadə etdiyi torpaq sahəsində əkdiyi yonca bitkisi biçməmiş aparmamışdır. Ona görə də o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 03 may 1953-cü ildə anadan olmaqla, Astara rayonu Kolatan kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin surətindən” məlum olur ki, X11 09 oktyabr 2014-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN 117 (KOD:********) nömrəli dövlət aktından məlum olur ki, İddiaçı və onun ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kolatan kəndi ərazisində 0,90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN 116 (KOD:********) nömrəli dövlət aktından məlum olur ki, X4 və onun ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kolatan kəndi ərazisində 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN 184 (KOD:********) nömrəli dövlət aktından məlum olur ki, Cavabdeh və onun ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kolatan kəndi ərazisində 0,57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 10/6026 saylı rəyindən məlum olur ki, “Torpağın mülkiyyət hüququna dair” JN-117 (KOD:********) nömrəli Dövlət Aktı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kolatan kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,90 hektar torpaq sahəsinin mübahisəli ərazidə olan 0,3187 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində iddia edilən 0,3187 hektar torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə orta hesabla113 metr məsafə fərqi ilə aralıda yerləşməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, İddiaçı Cavabdeh qarşı qeyd edilən iddia ərizəsi ilə müraciət edib, Cavabdeh ona məxsus olan yonca sahəsini biçməklə 300 manat dəyərində 100 ədəd yonca kibini aparmasını, buna görə də ona 300 manat əldən çıxmış faydaya görə ziyan dəyməsini bildirmiş olsada, həmin halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mülki işdə isə cavabdeh X2 2500 (iki min beş yüz) manat pulu iddiaçı X3 verməməklə özündə saxlayıb, əsassız olaraq varlanması halı öz təsdiqini tapmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «300 manat yoncanın dəyərinin və 300 manat əldən çıxmış faydaya görə pul tələbinə dair» iddiası əsassız olduğundan rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar