Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-256/2024 18.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, X1 ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Astara Rayonunun Pəlikəş Bələdiyyəsinin (VÖEN: **********) icbari Tibbi Sığorta Fonduna 191,23 manat, dövlət büdcəsinə ,27 manat məbləğində (o cümlədən, vergilər üzrə ,03 manat, faizlər üzrə ,24 manat) , Dövlət Sosial Müdafiə Fonduna 1818,44 manat, işsizlikdən sığorta fonduna 49,9 manat olmaqla, ümumilikdə 2059,84 manat borcu vardır.Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********903100, xx.xx.2019-cu il tarixli **********054400, xx.xx.2023-cü il tarixli **********424500, xx.xx.2023-cü il tarixli **********539900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məlumat üçün bildirilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(121)- 2757/2022 nömrəli qərardadı ilə bu cür ərizələrə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığını, qeyd olunan işlərə aidiyyəti üzrə rayon məhkəməsinə göndərilməli olduğu bildirilmişdir.Yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə ,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1818,44 manat, işsizlikdən sığorta fonduna olan 49,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 191,23 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx xxxxxxx 1994-cü il, doğulduğu yer-Azərbaycan, Astara; Sım kəndi., şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsinə və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiqi edərək, sübutlara məcmu halda qiymət verərək, belə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, 6 saylı Ərazi Vergilər idarəsinin rəisi X3 ilə Astara Rayon Pəlikeş Bələdiyəsi (VÖEN: **********) arasında elektron sənəd mübadiləsi haqqında 13 oktyabr 2010-cu il tarixində müqavilə bağlanmışdır Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsi tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”dan müəyyən edilir ki, əsas fəaliyyət növü olan “Astara Rayon Pəlikeş Bələdiyəsi” - VÖEN: **********-lə 15.10.201.-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsində qeydiyyatdan keçmişdir. Astara Rayon Pəlikeş Bələdiyəsi Astara Rayon Bələdiyəsinin sədri Maraqlı şəxsdur. İş materiallarında olan Astara Rayon Bələdiyəsinin Şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, cəmiyyətin xx.xx.2023-cü il tarixə icbari Tibbi Sığorta Fonduna 191,23 manat, dövlət büdcəsinə ,27 manat məbləğində (o cümlədən, vergilər üzrə ,03 manat, faizlər üzrə ,24 manat) , Dövlət Sosial Müdafiə Fonduna 1818,44 manat, işsizlikdən sığorta fonduna 49,9 manat olmaqla, ümumilikdə 2059,84 manat borcu yaranmışdır. İş materiallarında olan reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Astara Rayon Pəlikeş Bələdiyyəsinin-hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş idarəsinin “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında xəbərdarlığından görünür ki, Maraqlı şəxs tərəfindən borc ödənilmədiyi təqdirdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hüquqi şəxs Astara Rayon Pəlikeş Bələdiyəsinin xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Astara Rayonunun Pəlikəş Bələdiyyəsinin (VÖEN: **********) icbari Tibbi Sığorta Fonduna 191,23 manat, dövlət büdcəsinə ,27 manat məbləğində (o cümlədən, vergilər üzrə ,03 manat, faizlər üzrə ,24 manat) , Dövlət Sosial Müdafiə Fonduna 1818,44 manat, işsizlikdən sığorta fonduna 49,9 manat olmaqla, ümumilikdə 2059,84 manat borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsinin tərəfindən Astara Rayon Profilaktik Dezinfeksiya Şöbəsinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək Astara rayon Pəlikeş Bələdiyyəsinin- icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə xx.xx.1994-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1ində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqbul hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5.-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1ində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-256/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-256/2024
18.01.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver