Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-29/2025 22.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciıət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.3985 hektar torpaq sahəsi paylı mülkiyyətimizə verilmişdir. Mülkiyyətçilərin hər birinin payı müəyyən edilmiş və bu barədə bizə xx.xx.2020-ci il tarixdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmaqla onlara Çıxarış verilmişdir. Paylı mülkiyyətdən öz payımi yəni 0.104625 hektarı naturada ayrılmasını istəyirəm. Lakin paylı mülkiyyətin mülkiyyətçiləri cavabdehlər ümumi torpaq sahəsindən ayrılmış torpaq sahəsinin naturada ayrılması şərtləri və üsulu ilə razı deyillər. Odur ki, məhkəməyə müraciət etməli olmuşam. Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən ümumi paylı mülkiyyətimizdə olan 0.3985 hektar torpaq sahəsindən mənə ayrılmış 0,104625 hektar payın Dövlət reyestrindən Çıxarışda qeyd edilmiş ardcıllıqda naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh3 iddianı qəbul edərək bildirmişdi ki,o, özünə aid hissədən 0,2 ha hissəsini satıb. Hazırda iddiaya etiraz etmir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, Cavabdeh3 dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.3985 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətinə verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2738/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69 reyestr nömrəlı Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-725 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" asasında) Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,3985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal istiqamətdən yol ilə sərhəd olması müəyyən olunmuş və həmin 0,3985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı 0,104625 ha sahədən ibarət payına uyğun olaraq naturada bölünməsi texnikicəhətdən mümkündür. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZ№ 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2008-ci il tarixli 042569 № vəsiqənin surətindən görünür ki, İddiaçı İİ (ikinci) qrup əlildir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə İƏDÜ nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, xx.xx.2020-ci il tarixdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.3985 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2738/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69 reyestr nömrəlı Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-725 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" asasında) Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,3985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal istiqamətdən yol ilə sərhəd olması müəyyən olunmuş və həmin 0,3985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı 0,104625 ha sahədən ibarət payına uyğun olaraq naturada bölünməsi texnikicəhətdən mümkün hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Kijəbə qəsəbəsi yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus olan, sahəsi 0,3985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 0,104625 ha torpaq sahəsi, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yola çıxışı olmaqla, JN-726 nömrəli pay torpağı ilə sərhəd hissədə naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Kijəbə qəsəbəsi yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus olan, sahəsi 0,3985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 0,104625 ha torpaq sahəsi, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yola çıxışı olmaqla, JN-726 nömrəli pay torpağı ilə sərhəd hissədə naturada bölünsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: lqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-29/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-29/2025
22.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver