Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-3/2024 14.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia qaldıraraq, Cavabdeh mağazada işlədiyi dövrdə vurduğu 57421 (əlli yeddi min dörd yüz iyirmi bir) manat ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 vəkili və nümayəndəsi İddiaçı2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azalmasına dair ərizə verərək, iddia tələblərinin 20.636 manat hissəsindən imtina edərək, iddia tələblərini həmin həcmdə azaltmışlar. İddiaçı1 vəkili və nümayəndəsi İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, təmsil etdiyi şəxs İddiaçı1 Astara rayonu Pensər kənd sakini Cavabdeh Möhubbət oğluna etibarnamə verərək Astara rayonu Pensər kəndində yerləşən ona məxsus ərzaq mağazasının idarə edilməsini ona tapşırmışdır. Cavabdeh öz fəaliyyəti haqqında vaxtaşırı olaraq gördüyü işlər barədə təmsil etdiyi şəxsin digər nümayəndəsinə X3 hesabat verməli idi. Lakin, Cavabdeh öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, aldığı ərzaq məhsullarının satılması, qaytarılması və yığılmış pulların təyinatı üzrə xərclənməsi barədə təmsil etdiyi şəxsə və ya onun nümayəndəsi X4 vaxtında hesabat verməmişdir. Təmsil etdiyi şəxs Könül Cahagirova ilə Cavabdeh arasında tapşırıq müqaviləsi şifahi bağlanmış, onların razılaşmasına əsasən mağazada satılacaq mallara, mağazanın anbarında olan və qəbul edilən və ya buraxılan mallara o, cavabdehlik daşıyacaq və bu barədə vaxtaşırı olaraq ona hesabat verəcəkdir Vəkalət alan Eldəniz. Zeynalov tapşırığı qəbul etmiş və bundan sonra həmin müqavilə qüvvəsini almışdır. Bundan əlavə X13 Əsədullayevi həm də həmin mağazaya əmək müqaviləsinə əsasən satıcı kimi işə qəbul etmişdir. Mülki Məcəllənin 778.1-ci maddəsində qeyd edilir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Cavabdeh qanunun bu tələbim pozmuş tapşırığı vicdanla icra etməmiş, ona tapşırılmış əmlakı dağıtmış, israf etmiş və mənimsəmişdir. Onlar həmin mağazada və mağazanın anabarında təftiş apararkən vəkalət alan bu təftişdə iştirak etməmişdir. Belə ki, 14-15 sentyabr 2021-ci il tarixdə mağazada həyata keçirilmiş sayım aktları əsasında müəyyən edilmişdir ki, 2021-ci ildə mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159787 manat dəyərində məhsul olmuş, hazırki dövrə isə mağazada ümumilikdə 15479 manat dəyərində mal qalmış, 33243,40 manat dəyərində mal pul və ya məhsul formasında götürülmüşdür. Bundan əlavə Cavabdeh “Xirmaıı MMC’dən xx.xx.2019-cu il tarixdə 128D/2019 saylı müqavilə ilə ona verilmiş etibarnaməni təqdim edərək 22128 manat dəyərində buğda unu götürmüş və həmin malı mağazaya mədaxil etməmişdir. Hal-hazırda həmin pul onların üzərində qalmışdır. Bundan əlavə setka satışı mağazasında 1700 manatlıq setka götürmüş həm malıda mağazanın anbarına mədaxil etməmiş və nəticədə həmin məbləğdə pul mağazadan tələb olunur. Daha sonra Cavabdeh Lənkəran rayonunda yerləşən topdan satış ərzaq mağazasında müxtəlif adlarda məhsullar götürmüş və həmin mağazaya da 350 manat borclu qalmışdır. Beləliklə, Cavabdeh təmsil etdiyi şəxsə 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) ziyan vurmuşdur. Odur ki, Cavabdeh mağazada satıcı işlədiyi dövrdə İddiaçı1 vurduğu 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) ziyanın alınıb alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı qaldırılmış iddianı qəbul etməyərək verdiyi izahatında göstərdi ki, 2007-ci il yanvar ayının 27-də Astara rayonu Pensər kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı1 məxsus ticarət obyektində satıcı kimi işə qəbul olunmuşdur. İşə qəbul olunan zaman obyektdəki malların təhvil-təslimi həyata keçirilməmişdir. Daha doğrusu ona bu xüsusda heç bir akt da təqdim edilməmişdir. Ticarət obyektinin bütün fəaliyyətinə İddiaçı1 həyat yoldaşı Cahangirov Pərviz rəhbərlik etmişdir. Pərviz Cahangirovun psixi durumunda problem olduğu üçün o Maştağadakı müvafiq Dispanserdə qeydiyyatdadır və mütəmadi olaraq dərman pereparatları qəbul edir. Ona sonradan bəlli olub ki, əmək fəaliyyətini obyektin sahibi 2007-ci ildə yox, 2015-ci ildə özünün tərtib etdiyi saxta müqavilə ilə rəsmiləşdirib. Ötən bu illər ərzində ona görə Dövlət Sosial Sığorta Fonduna ödənişlər həyata keçirilməyibdir. Saxtakarlıqlar bununla da bitməyib. Daha sonra İddiaçı1 onunla bağladığı saxta əmək müqaviləsində əmək haqqımı 125 manat göstərib. Hansı ki, o hər ay ona 450 manat əmək haqqı verib. İş saatını müqavilədə həftənin 6 günü olmaqla səhər saat 09:00 -dan 18:00-dək bir növbəli iş günü kimi göstərib. Halbuki o, həftənin bütün günlərini səhər saat 08:00-dan, axşam saat 21:00dək çalışmışdır. Burada məqsəd Dövlətin mövcud qanunlarından yan keçərək onun kimi burada çalışan daha üç nəfərin haqqını tapdamaq olub. Nəticə etibarı ilə, İddiaçı1 işlətdiyi ticarət obyektində çalışan işçilərin qul əməyindən sui istifadə edərək gəlirini dövlətdən gizlətmək məqsədi güdüb. Aralarında baş verən mübahisəyə qədər burada heç bir problem yaşanmayıbdır. xx.xx.2021-ci il tarixdə Pərviz Cahangirov ticarət obyektinə gələrək ona vəzifəsinə aid olmayan iş tapşırmşdı. O, da buna etiraz etmiş, bu zaman Pərviz Cahangirov onu küçə söyüşləri ilə söyüb təhqir etdikdən sonra obyektin açarlarını ona verib iş yerini tərk etmişdir. Bundan sonra Pərviz Cahangirov ona qarşı şər-böhtan kampaniyasına başlamışdır. Onun iddia etdiyinə görə guya xx.xx.2019-cu il tarixdə "xxxx"MMC-dən 22128 manat dəyərində buğda unu, "Setka " satışı mağazasından 1700 manatlıq setka və Lənkəran rayonunda yerləşən topdansatış ərzaq mağazasından müxtəlif adlarda 350 manat dəyərində mal götürmüşdür. Bundan əlavə "Mihat" firmasından 2021-ci ilin avqust ayının əvvəllərində 749 manatlıq nisiyə düyü götürmüşdür. İşdən çıxdıqdan sonra həmin məbləği sözü gedən firmaya təqdim etmək üçün Pərviz Cahangirova vermişdir. Daha sonra 2021-ci ilin üç ayı, iyun, iyul və avqust aylarına görə ticarət obyektinin təsərrüfat xərclərinə (işıq pulu, fəhlə pulu, vergi, dövlət sosial müdafiə fonduna sığorta pulu) ümumilikdə 4200 manat da əlavə ödəmişdir. Eyni zamanda onu da nəzərinizə çatdırıram ki, işdən çıxan zaman nisiyə dəftərində verdiyi mallara görə 7000 (yeddi min) manat borc var idi. Yuxarıda qeyd edilən malların ticarət obyektinə daxil olması ilə bağlı aiddiyatı üzrə qaimə sənədləri olub və həmin malları daxil olma kitabına qeyd etmişdir. Həmin mallar da işdən uzaqlaşana qədər ticarət obyektinin anbarında olub. Bundan əlavə ticarət obyektinə firmalardan daxil olan bütün nisiyə mallar da obyektin mədaxil kitabında qeyd olunub. Lakin qarşı tərəflə aralarında yaranan mübahisədən sonra İddiaçı1 ona hədə dolu məktublar yazaraq çalışdığı 2007-ci ilə qədər obyektdə olan malların hesabatını da tələb edir. Bu ailənin məqsədi bu günə qədər ticarət obyektindəki bütün yeyinti və çatışmamazlıqları onun üstünə yıxıb oyundan quru çıxmaqdır. Halbuki işə qəbul olunan zaman malların təhvil-təslimi həyata keçirilməmişdi. Buna görə müvafiq akt da mövcud deyil. Amma bu adamlar odan əl çəkmək istəmirlər. X9 xəbər göndərib ki, səni zorla da olsa dükana gətizdirib hesabatı alacağam. Dükanın heç bir qəpiyini belə mənimsəməmişdir. Mağazaya daxil olan mallar barədə qeyd kitabında qeydlərini etmişdir. Ona qarşı qaldırılan iddia əsassızdır, ona görə də iddia rədd olunmalıdır. Məhkəmə İddiaçı1 vəkili və nümayəndəsi İddiaçı2, Cavabdeh izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
1. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti Başçısının Pensər kənd üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 və Cavabdeh Astara rayonu Pensər kəndində yaşayırlar.
2. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən İddiaçı1 ilə işçi Cavabdeh arasında müqavilə imzalanmış, işçi Əsədullayev X2 Könül Baloğlan qızına məxsus mağazaya satıcı vəzifəsinə qəbul edilmiş və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır.
3. 14-15 sentyabr 2021-ci il tarixli aktın məzmunundan görünür ki, 2021-ci ildə mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159787 manat dəyərində məhsul olmuş, hazırki dövrə isə mağazada ümumilikdə 15479 manat dəyərində mal qalmış, 33243,40 manat dəyərində mal pul və ya məhsul formasında götürülmüşdür.
4. İş materialarda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 35 saylı Auditor hesabatından görünür ki, Astara rayonu Pensər kənd sakini fiziki şəxs İddiaçı1 məxsus ərzaq malları ticarət mağazasının topdan satış şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36,785,52 (otuz altı min yeddi yüz səksən beş manat, əlli iki qəpik) məbləğində mənfəət, yəni qazanc olması öz təsdiqini tapmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli, 9/3637 saylı rəydən görünür ki, ekspertizaya təqdim olunmuş sənədlərsən və audit rəyinin düzgünlüyünü nəzərə almaqla Astara rayonu Pensər kənd sakini fiziki şəxs İddiaçı1 məxsus ərzaq malları ticarət mağazasının topdan satış şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36,785,52 (otuz altı min yeddi yüz səksən beş manat, əlli iki qəpik) manat məbləğində mənfəət əldə edilməsi müəyyən edilmişdir.
6. İş materiallarına əlavə edilmiş Astara rayon Prokurorunun köməkçisi X8 tərəfindən qəbul edilmiş 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarın məzmunundan görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ərizə ilə rayon prokurorluğuna müraciət edərək, Astara rayon Pensər kəndində etibarnamə əsasında təmsil etdiyi şəxs - arvadı İddiaçı1 məxsus ərzaq mağazasını satıcı işləyən Cavabdeh həmin mağazadan ayrı-ayrı vaxtlarda təxminən 40- 42 min manat məbləğində pulu mənimsədiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınan X5 göstərmişdir ki, Astara rayonu Pensər kəndində arvadı İddiaçı1 adına ərzaq məhsulları mağazası vardır. Onun arvadı fərdi sahibkar kimi qeydiyyatdan keçmiş və vergi ödəyicisi kimi qeydiyyata alınmış, vergiləri və sosial ödənişləri vaxtında ödəmişdir. Həmin mağazanın idarə edilməsi arvadı tərəfindən ona həvalə edilmiş və bununla bağlı 22 may 2014-cü il tarixli 378728 saylı etibarnamə də verilmişdir. Həmin mağazada satıcı işləyən Pensər kənd sakini Cavabdeh təxminən 2006-2007-ci il tarixdən satıcı işləmişdir. Cavabdeh hər ay ona hesabat vermiş və mağazadan gələn pulları vermiş, sonuncu hər ay əvvəllər yəni, 2020-ci ilə qədər 600 manat, 2020-ci ildən bəri isə 450 manat məbləğində əmək haqqı almış, Eldəniz əmək haqqını nağd formada mağazanın kassasından götürmüşdür. Mağazada cəmi bir ədəd kassa vardır və həmin kassa mağazanın digər bölümündə yerləşir. 2020-ci ilin dekabr ayında Bakı şəhərindən gələrək rayonun Pensər kəndinə mağazaya getmiş, mağazaya gəldikdən sonra həmin mağazada malların sayının çox az olduğunu, anbarın isə demək olar ki tamamilə boş olduğunu görmüşdür. O, Eldənizə bu barədə irad bildirəndə sonuncu ona demişdir ki, 2006-cı ildə onunla uçot işləri (təhvil-təslim) aparmadan mağaza ona təhvil verilmiş, bu səbəbdən də əskiklər yaranmışdır. Həmin mağazada 2001-ci ildən 2006-cı ilə qədər Eldənizin qardaşı Araz Əsədullayev satıcı işləmiş, Araz işdən çıxıb Eldəniz işə girəndə uçot-hesabat işləri aparılmış və mağazada olan mallar sayılaraq Eldənizə təhvil verilmişdir. O, Eldənizə maddi imkanı olmadığına görə mağazaya mal gətirə bilməyəcəyini bildirmiş və sonuncudan öz hesabına mağazaya mal gətirməsini xahiş etmiş, lakin Eldəniz mağazaya öz hesabına heç bir mal gətirməmişdir. Sonradan ona məlum olmuşdur ki, Eldəniz mağazaya gələn malların bir çox qismini nisyə olaraq almış və pulları ödəməmiş, mağazada satılan malların pullarını kassaya qoymayaraq, özü götürüb mənimsəmişdir. Belə ki, onun apardığı hesablama və mağazanın hesabat sənədlərinə əsasən, 2021-ci il tarixə hazırki dövrə qədər mağazada 51915,40 AZN dəyərində mallar qalmalı olduğu halda, hazırda mağazada qalan malların dəyəri maksimum 7 min manat dəyərində olar. O, mağazada sayım işləri aparmamış, sayım işlərini apardıqdan və hesabat sənədlərini nəzərdən keçirdikdən sonra dəqiq ziyanın məbləğini müəyyən edib araşdırmaya hesabat təqdim edəcək. Lakin, təxminən Eldəniz ona 40-42 min manat məbləğində ziyan vurmuş və həmin pulları mənimsəmişdir. Mağazanın şirkətlərə olan borcu da həmin məbləğin daxilindədir, çünki o, may ayına qədər Eldənizlə hesabat işləri aparmışdır və borclar da həmin aya qədər olan borclardır. Pərviz Cahangirov izahatını davam etdirərək göstərmişdir ki, Cavabdeh mağazadan qeyd edilən məbləğdə pulu mənimsəməsi mağazanın hesabat sənədlərinə əsasən müəyyən edilmişdir. Belə ki, mağazada olan hesabat sənədləri Eldənizin öz əli ilə yazılmış, bundan əlavə mağazaya gələn mallar, satılan mallar, həmin malların dəyərləri, qalan borclar və s. barəsində də uçot kitabları olmuş və həmin kitabları Cavabdeh öz əli ilə yazmışdır. Eldəniz hesabatları hər ay onunla aparmış və mağazanın gəlirlərini ona vermişdir. Mağazada və mağazanın anbarında sayımları Eldəniz özü hər ay həyata keçirmiş, o, sayımlarda iştirak etməmişdir. O, hazırki dövrə mağazada qalan malların sayımında şəxsən iştirak edərək bu barədə akt tərtib edib araşdırmaya təqdim edəcək. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, 2007-ci ildən Pərvizin arvadı Könülün həmin kənddə yerləşən mağazasında satıcı işləmiş, aylı aldığı əmək haqqı sabit olmamış, əvvəlki illərdə 600 manat, son illərdə isə 400 manat əmək haqqı almışdır. O, əmək haqqını hər ay mağazadan götürmüş və hesabat kitabında bu barədə qeydlər aparmışdır. 2007-ci ildə o, həmin mağazaya satıcı kimi işə düzələn zaman onunla təhvil-təslim işləri aparılmamış, o, savadsız olduğuna görə təhvil-təslim aparmadan mağazada işləməyə başlamışdır. Ondan əvvəl isə həmin mağazada qardaşı Araz Əsədullayev satıcı işləmişdir. Mağaza iki hissədən ibarət olmuş, onun satıcı işlədiyi bölmədə un, taxıl, düyü, kəpək və sair məhsullar satılmış və həmin bölmədə kassa olmamış, günlük mağazada satılan məhsullar hesabat kitabında qeyd olunmuşdur. Bundan sonra isə ayın sonunda aylıq hesabat kitabında satılan mallar və mağazada qalıq qalan malların hesabatı aparılmaqla, müvafiq qeydlər edilmişdir. Mağazaya firmalardan gələn məhsulları o, qəbul etmiş və bu barədə hesabat kitabında qeydlər aparmış, 14 il ərzində mağazada işləyərək, qazanılan pullar barədə Pərvizə hər ay hesabat vermiş və Pərviz özünə nə qədər pul lazım olardısa götürmüş, qalan pullara isə mağazaya yeni mallar gətirilmişdir. Belə ki, 2021-ci ilin yanvar ayında 24874,90 manat dəyərində mağazaya mal gətirilmiş, 23355,30 manat dəyərində mal satılmış, fevral ayında 22849,90 manat mal gətirilmiş, 20552,10 manat mal satılmış, mart ayında 23634,80 manat mal gətirilmiş, 26017,90 manat mal satılmış, aprel ayında 11401,70 manat dəyərində mal gətirilmiş, 18169,30 manat dəyərində mal satılmış və may ayında 25132,10 manat dəyərində mal gətirilmiş və 22979,50 manat dəyərində mal satılmışdır. Ümumilikdə 2021-ci ilin may ayı da daxil olmaqla ilk beş ayı ərzində mağazaya 107943,4 manat dəyərində mal gətirilmiş, 111074,1 manat dəyərində isə mal satılmışdır. 2021-ci ilin iyun, iyul və avqust aylarında isə mağazaya mal gəlməmiş, çünki alver getmədiyinə görə qazanc az olmuş və bu səbəbdən də mağazaya mal gətirmək mümkün olmamışdır. Lakin qeyd edilən 3 ay ərzində mağazanın xərcləri də olmuş, belə ki, vergi, sosial, fəhlə pulları, kommunal xərclər, dükanda olan mühafizəçinin pulu, bunlar da daxil olmaqla həmin 3 ay ərzində mağazanın xərcləri olmuşdur. Pərviz Cahangirovun bildirdiyi 51915,40 manat dəyərində məhsullar 2007-ci ildən 2021-ci ilin may ayına qədər ildən ilə mağazada qalan məhsulların qalıqlarıdır. O, işlədiyi dövrdə hər ay Pərviz Cahangirova mağaza ilə bağlı hesabat təqdim etmiş, o, hətta kənddə dost-tanışdan borc pullar alıb mağazaya məhsul gətirmişdir. Cavabdeh izahatını davam etdirərək göstərmişdir ki, 2007-ci ildə mağazada satıcı kimi işə düzələn zaman Pərviz özü təhvil-təslim işləri aparmamış, onun bu işlərdən o vaxtı yaxşı başı çıxmadığına görə özü də təhvil-təslim aparılmasının zəruri olduğunu bilməmişdir. Mağazada nisyə kitabı da vardır. Kənd sakinlərinin bir qisminə nisyə olaraq mal verilmiş, lakin təxminən 7 min manata qədər nisyə pulu yığılmamışdır. Ola bilər ki, əgər mağazada əskik varsa, ondan əvvəlki dövrdə olmuşdur. Mağazada hər ay sayım işləri aparmamışdır. Materiala əlavə edilmiş 4 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 960934 nömrəli etibarnamədən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh verilmiş səlahiyyətlər: “məni, bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, o cümlədən AR Vergilər orqanlarında, ƏƏSMN-də, DSMF-də, FHN-də, Statistika, Məşğulluq, Asan xidmət mərkəzində, notariat ofislərində, bank orqanlarında təmsil edərək bütün sənədləşmə əməliyyatları aparmağı, lazımi sənədləri, arayışları toplamağı, təhvil verməyi, banklarda hesab açmağı, bağlamağı, hesablar üzrə sərəncam verməyi, hesaba pul mədaxil və məxaric etməyi, bütün vergi və kommunal xərcləri ödəməyi, həmin hesabları istifadə etməyi, mədaxil və məxaric əməliyyatları aparmağı, VÖEN açmağı, bağlamağı, kassa aparatını qeydiyyata salmağı, çıxartmağı, sənədləri, hesabatları təqdim etməyi və almağı, post terminal ilə bağlı məni təmsil etməyi, lazımi sənədləri imzalamağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətləri etməyi etibar edirəm.” Materiala əlavə edilmiş Astara rayon Notariat Kontoru tərəfindən verilən 22 may 2014-cü il tarixli 378728 saylı etibarnamədən görünür ki, İddiaçı1 tərəfindən X3 verilmiş səlahiyyətlər: “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar edirəm.” Materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X5 tərəfindən təqdim edilmiş mağazanın aylıq hesabat kitabına tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, kitabın 85-86-cı vərəqlərində kiril qrafikalı əlifba ilə əl yazma üsulu ilə 2021-ci il ərzində mağazaya gələn məhsulların aylar üzrə məbləğləri, eləcə də satılmış məhsulların aylar üzrə və ümumi məbləğləri öz əksini tapmışdır. Belə ki, həmin vərəqlərdə 2021-ci ilin yanvar ayında mağazaya 24874,90 manat dəyərində mal gətirildiyi, 23355,30 manat dəyərində mal satıldığı, fevral ayında 22849,90 manat dəyərində mal gətirildiyi, 20552,10 manat dəyərində mal satıldığı, mart ayında 23634,80 manat dəyərində mal gətirildiyi, 26017,90 manat dəyərində mal satıldığı, aprel ayında 11401,70 manat dəyərində mal gətirildiyi, 18169,30 manat dəyərində mal satıldığı və may ayında 25132,10 manat dəyərində mal gətirildiyi və 22979,50 manat dəyərində mal satıldığı, ümumilikdə 2021-ci ilin may ayı da daxil olmaqla ilk beş ayı ərzində mağazaya 107872 manat dəyərində mal gətirildiyi, 111065 manat dəyərində mal satıldığı əl yazma üsuli ilə və kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Kitabın 86-cı vərəqində isə əl yazma üsuli ilə “2021-ci ilə qalıq 51915,40” sözləri yazılmışdır. Pərviz Cahangirov bildirmişdir ki, həmin kitabda aparılan qeydlər satıcı işləmiş Cavabdeh tərəfindən aparılmış, 86-cı vərəqdə 2021-ci ilə qalıq kimi göstərilən 51915,40 sözləri isə, 2020-ci ildən 2021-ci ilə mağazada qalan məhsulların qalığını bildirir. Pərviz Cahangirov həmçinin əlavə etdi ki, 2021-ci ildə mağazaya 107872 manat dəyərində mal gətirilmiş və mağazada 51915,40 manat dəyərində mal qalmış, ümumilikdə göstərilən dövrdə mağazada 159787,4 manat dəyərində məhsul olmuşdur. Cari ildə mağazada satılan malların ümumi dəyəri isə 111065 manat təşkil etmiş, hazırda isə mağazada 14-15 sentyabr 2021-ci il tarixlərdə keçirilən sayım nəticəsində 15479 manat dəyərində məhsul qalmışdır. Beləliklə, Cavabdeh ona 33243,4 manat dəyərində ziyan vurmuşdur. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 2007ci il tarixdən Astara rayonu Pensər kəndi ərazisində yerləşən və İddiaçı1 məxsus olan mağazada satıcı kimi işləməyə başlamış və Cavabdeh ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Etibarnamə üzrə mağazanın idarə edilməsi İddiaçı1 tərəfindən sonuncunun əri X3 həvalə edilmiş, satıcı işləmiş Cavabdeh hər ay verilmiş aylıq hesabatları məhz Pərviz Cahangirovla aparmışdır. 2021-ci ildə Cavabdeh onu aldatdığını və mağazadan pulları mənimsəməsindən şübhələnən Pərviz Cahangirov nəticədə Cavabdeh ilə əmək müqaviləsinə xitam verilməsi məsələsini həll etmiş, sonra 14-15 sentyabr 2021-ci il tarixdə iki gün ərzində mağazada, həmin mağazanın digər bölümündə satıcı işləyən şəxslərin iştirakı ilə sayım həyata keçirmişdir. Sayım nəticəsində mağazada 13678 manat dəyərində mal, 1801 manat dəyərində isə nağd pulun, ümumilikdə 15479 manat dəyərində mal-mülkün qaldığı müəyyən edilmişdir. Araşdırma nəticəsində mağazanın aylıq hesabat sənədləri əsasında müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar-may ayları ərzində, yəni ilk beş ayı ərzində İddiaçı1 məxsus mağazanın Cavabdeh satıcısı olduğu məhsullar bölməsinə ümumilikdə 107872 manat dəyərində məhsullar gətirilmiş, həmin məhsullara mütənasib olaraq satılan malların dəyəri isə 111065 manat təşkil etmiş, 2020-ci il tarixdə mağazada qalan və satılmayan 51915,40 manat dəyərində məhsullar isə 2021-ci ilə qalıq qalmış və cari ildə satılması təmin edilmişdir. Hesabat sənədləri və 14-15 sentyabr 2021-ci il tarixlərdə həyata keçirilmiş sayım aktları əsasında müəyyən edilmişdir ki, 2021-ci il üçün mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159787,4 manat dəyərində məhsul olmuş və 111065 manat dəyərində məhsullar satılmış, hazırki dövrə isə mağazada ümumilikdə 15479 manat dəyərində malmülk qalmış, 33243,4 manat dəyərində mal-mülk isə pul və ya məhsul formasında götürülmüşdür. İddiaçı1 məxsus ərzaq məhsulları mağazasından Cavabdeh göstərilən məbləğdə pul və malı mənimsəməsi Pərviz Cahangirovun izahatı və materiala əlavə edilmiş aktlarda öz əksini tapsa da, mağazada kassanın və mal-materialın mühasibatlıq qaydalarına əsasən rəsmi şəkildə aylıq hesabatı aparılmamış, satılan malların kassaya daxil olmasını təsdiq edən kassa-mədaxil qəbzləri təqdim edilməmiş, rəsmi uçot-hesabat işləri aparılmamış, bununla da Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan mənimsəmə və ya israf etmə cinayət əməlini törətməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi, İddiaçı1 məxsus əmlak, yəni, ərzaq məhsulları mağazası etibarnamə əsasında Cavabdeh etibar edilsə də və sonuncu tərəfindən İddiaçı1 məxsus ərzaq məhsulları mağazasından qeyd edilən məbləğdə pul və mal özünkiləşdirilsə də, Cavabdeh İddiaçı1 tərəfindən “əmlak üzərində sərəncam vermə” hüququnun verilməsi, Cavabdeh isə ona verilən bu hüquqdan sui-istifadə etməsi sonuncunun əməlində cinayət tərkibini istisna etməklə, məsələyə mülki mübahisə qaydasında baxılmasına dəlalət etmişdir. Odur ki, X1 müraciəti üzrə Cavabdeh əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, İddiaçı1 qanuni təmsilçisi Pərviz Cahangirov mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin qeyd olunan hallarını və mülki prosessual qanunvericilik aktının qeyd olunan normasını əsas götürən məhkəmə hesab edir ki, Astara rayon Prokurorunun köməkçisi X8 tərəfindən qəbul edilmiş 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarı ilə gəlinən nəticə, yəni iş üzrə Cavabdeh İddiaçı1 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) məbləğində ziyan vurması ilə bağlı gəldiyi nəticə hazırki işə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan məhkəmə aktları ilə cavabdehin iddiaçılara qarşı delikt törətməsi tam olaraq sübuta yetirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sadalanan qanunvericilik aktı normalarını və işin hallarını əsas götürən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) manat pul alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddianın qalan hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə təsdiqini tapmadığı üçün iddia Cavabdeh qarşı 20.636,48 manat pul tələbinə dair hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia qaldırmaqdan ötrü ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 264 (iki yüz altmış dörd) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya, 50 (əlli) manat ekspertiza xərci cavabdehdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X6, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) manat pul alınaraq İddiaçı1 verilsin. Dövlət büdcəsinə ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X6, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin İbrahimov