Məhkəmə qərarları › İş №2(018)-301/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-301/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-301/2023 27.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X5 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Mübariz Mirzəbutov iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3329,33 (üç min üç yüz iyirmi doqquz manat, otuz üç qəpik) manat məbləğində vurulmuş zərər və 53,30 (əlli üç manat, otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «MAZ 54322» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil 06 aprel 2019-cu ildən 06 aprel 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 06 aprel 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi «MAZ 54322» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil 09 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi ilə R. Məmmədov küçəsinin kəsişməsində yoldan çıxmış və aşmışdır. Hadisə nəticəsində "xxxx" X2 “Palermo” tipli işıq dirəyini, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Təhqiqat İnstitunun hasarını və "xxxx" ASC-nin dəmir beton dayağını zədələmişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və həmin hadisə ilə bağlı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Zərərin hesablanması aktından görünür ki, hadisə nəticəsində "xxxx" X2 xx.xx.2020-ci il tarixli smetasına əsasən “Palermo” tipli işıq dirəyinə 6193 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş akta Müdafiə Sənayesi Nazirliyinin Elmi- Təqdiqiat İnstitutunun (MSN ETİ) mühafizə hasarına 8023,70 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən dəmir beton dayağına 7134 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 2752 nömrəli ödəniş tapşırığı ilə 1450,30 manat məbləği zərərçəkmiş şəxs "xxxx" X3 ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1879,03 manat məbləği Müdafiə Sənayesi Nazirliyinin Elmi-Təqdiqiat İnstitutunun (MSN ETİ) nümayəndəsi X1 ödəmişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişinin alınması üçün müraciət etmədiyindən sığorta ödənişi verilməmişdir. Beləliklədə, hazırki iş üzrə sığorta ödənişinin məbləği 3 329,33 manat təşkil etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 53,30 (əlli üç manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir.

1. “XalqSığorta müqaviləsinə dair” məlumatından görünür ki, «MAZ 54322» markalı, **- BG-*** dövlət nömrə nişanlı avtomobil 06 aprel 2019-cu ildən 06 aprel 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.

2. Sığorta aktından görünür ki, Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi «MAZ 54322» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil 09 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi ilə R. Məmmədov küçəsinin kəsişməsində yoldan çıxmış və aşmışdır. Hadisə nəticəsində "xxxx" X2 “Palermo” tipli işıq dirəyini, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Təhqiqat İnstitunun hasarını və "xxxx" ASC-nin dəmir beton dayağını zədələmişdir..

3. xx.xx.2020-ci il tarixində 2752 nömrəli ödəniş tapşırığı ilə 1450,30 manat məbləği zərərçəkmiş şəxs "xxxx" X3 ödəmişdir. xx.xx.2020-ci il tarixində 1879,03 manat məbləği Müdafiə Sənayesi Nazirliyinin Elmi-Təqdiqiat İnstitutunun (MSN ETİ) nümayəndəsi X1 ödəmişdir. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3329,33 (üç min üç yüz iyirmi doqquz manat, otuz üç qəpik) manat məbləğində vurulmuş zərər "xxxx" ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 53,30 (əlli üç manat, otuz qəpik) manat məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsinə dair» iddiası təmin edilsin. Cavabdeh 3329,33 (üç min üç yüz iyirmi doqquz manat, otuz üç qəpik) manat məbləğində vurulmuş zərər və 53,30 (əlli üç manat, otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar