Məhkəmə qərarları › İş №2(018)-306/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-306/2025

16.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-306/2025 16.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahid oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, İddiaçı X6 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı və X6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın mülkiyyətçilər arasında naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X11 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın mülkiyyətçilər arasında naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birgə paylı mülkiyyətlərində olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,383960 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə onların, İddiaçı Teymur qızının mülkiyyətində olan 0,08349 hektar torpaq sahəsinin, İddiaçı Teymur qızının mülkiyyətində olan 0,383960 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58,40 kvadratmetr olan fərdi yaşayış evinin ¼ hissəsinin naturada bölünməsi, X6 mülkiyyətində olan 0,08349 hektar torpaq sahəsinin, İddiaçı Teymur qızının mülkiyyətində olan 0,383960 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58,40 kvadratmetr olan fərdi yaşayış evinin ¼ hissəsinin naturada bölünməsi və dövlət reyestrində adlarına rəsmiləşdirilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,383960 hektar torpaq sahəsi və ümumi sahəsi 58,40 kvadratmetr olan fərdi yaşayış evinin isə ¼ hissəsi (hər bir iddiaçı üçün) onlara məxsusdur. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər onların qohumlarıdır. Cavabdehlərlə paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Ona görə də öz paylarına düşən torpaq sahəsinin naturada bölünməsini tələb edirlər. Sonradan iddiaçılar İddiaçı və X11 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birgə paylı mülkiyyətlərində olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,383960 hektar torpaq sahəsinin iki hissəyə paylı mülkiyyət hüququ üzrə İddiaçı və X6 payının bir pay kimi nəzərə alınmaqla, yəni, cəmi 0.16698 hektar olaraq naturada ayrılması və dövlət reyestrində adlarına rəsmiləşdirilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, birgə paylı mülkiyyətlərində olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,383960 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə İddiaçı Teymur qızının mülkiyyətində olan 0,08349 hektar torpaq sahəsinin, X6 mülkiyyətində olan 0,08349 hektar torpaq sahəsinin bir pay kimi nəzərə alınmaqla, yəni, cəmi 0,16698 hektar olaraq naturada ayrılması və dövlət reyestrində adlarına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasına etirazının olmamsını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək, birgə paylı mülkiyyətlərində olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,383960 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə İddiaçı Teymur qızının mülkiyyətində olan 0,08349 hektar torpaq sahəsinin, X6 mülkiyyətində olan 0,08349 hektar torpaq sahəsinin bir pay kimi nəzərə alınmaqla, yəni, cəmi 0,16698 hektar olaraq naturada ayrılması və dövlət reyestrində adlarına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasına etirazının olmamsını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddaçının, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.383960 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 58,40 kvadratmetr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X1, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir. ünvan 2 ünvanında 0.383960 hektar torpaq sahəsi üzərində X1 0.05 ha, İddiaçı 0.08349 ha, Cavabdeh1 0.08349 ha, Cavabdeh2 0.02783 ha, X6 0.08349 ha, Cavabdeh3 0.02783 ha, Cavabdeh4 0.02783 ha pay hüququ müəyyən edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 1127 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan ünvan 4irəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 621 saylı arayışdan görünür ki, X3 rayon Şahağac kəndində qeydiyyatdadır və hazırda həbsdədir. İş materiallarına əlavə edilmiş, 05 dekabr 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materialında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2025-ci il tarixli, 10/3492 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında 0,383960 hektar torpaq sahəsinin üzərində yerləşən 58.40 kv.m sahəsi olan fərdi yaşayış evinin bir bağlı eyvan və iki yaşayış otağından ibarət olmasını, paylara uyğun yaşayış və yardımçı sahələrin mövcud olmadığını nəzərə alaraq, sözügedən fərdi yaşayış evinin tərəflərin paylarına (İddiaçı payı 1/4 hissə, Cavabdeh1 payı 1/4 hissə, X7 payı 1/4 hissə, Cavabdeh2 payı 1/12 hissə, Cavabdeh4 payı 1/12 hissə, Cavabdeh3 aqızının payı 1/12 hissə) uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin AzDTN 2.7-3 "X14 Layihələndirmə Normaları-nın tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1339/2025 saylı mütəxəssis rəyində və mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, ünvan 1 ünvanında 0,383960 hektar torpaq sahəsinin cəmi bir istiqamətdən 7,7metr-9,9metr enində yol ilə, digər istiqamətlərdən isə qonşu sahələr ilə həmsərhəd olmasını, torpaq sahəsinin üzərində fərdi yaşayış evi və köməkçi tikililərin (anbarlar, hamam, sanitar qovşağı) planlı yerləşmə vəziyyətini nəzərə alaraq, hər bir paya uyğun ayrıca giriş-çıxış yolu olmaqla torpaq sahəsinin tərəflərin paylarına (X4 payı 1/4 hissə, Cavabdeh1 payı 1/4 hissə, X7 payı 1/4 hissə, Cavabdeh2 payı 1/12 hissə, Cavabdeh4 payı 1/12 hissə, Cavabdeh3 payı 1/12 hissə) uyğun olaraq təcrid şəkildə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materialında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli 3-21-3-43/2-3543/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********, **********, **********, ********** ve xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********84-10301 reyestr nömrəli Texniki Pasporta əsasən X1, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və X5 paylı mülkiyyətlərində olan 0,38396 ha torpaq sahəsi üzərində yerləşən 58,4 kv.m sahədən ibarət (1 mərtəbəli, 2 otaqlı, 1 bağlı eyvandan ibarət) fərdi yaşayış evindən iddiaçılar İddiaçı payı 1/4 hissə, X6 payı 1/4 hissə bir pay kimi nəzərə alınmaqla 1/2 hissə olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olubolmamasını müəyyənləşdirməyin mütəxəssisin imkanı xaricində olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********, **********, **********, ********** və xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********84-10301 reyestr nömrəli Texniki Pasporta əsasən X1, İddiaçı. Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və X5 paylı mülkiyyətlərində olan 0,38396 ha torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə sərhəd olması və torpaq sahəsi üzerinde fərdi yaşayış evinin və köməkçi tikililərin (anbarlar, hamam, sanitar qovşağı) mövcud olması müəyyən olunmuşdur. Sözügedən 0.38396 ha torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə sərhəd olmasını nəzərə alaraq həmin 0,38396 ha torpaq sahəsindən mümkün variantlar (iki fərqli variantda) iddiaçılar İddiaçı payının 0,08349 ha və X6 payının 0,08349 ha bir pay kimi nəzərə alınmaqla cəmi 0,16698 ha olaraq (digər mülkiyyətçilər X1, Cavabdeh1, Cavabdeh2, X2 və X5 paylarının isə ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi kimi 0,21698 ha olaraq saxlanılmaqla) naturada ayrılmasının, yəni 0,38396 ha torpaq sahəsinin iki hissəyə 0,16698 ha (İddiaçı payı 0,08349 ha, X6 payı 0,08349 ha) və 0,21698 ha olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli Qərardadının 39-cu bəndində izah edilmişdir ki, Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Həmin Qərardadın 40-cı bəndində isə müəyyən edilmişdir ki, bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçılar torpaq sahəsi üzərində olan paylarının bir pay kimi qəbul edilməklə naturada ayrılmasını istəyir. Mütəxəssis rəyi ilə də, sözügedən 0.38396 ha torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə sərhəd olması nəzərə alınmaqla həmin 0,38396 ha torpaq sahəsindən mümkün variantlar (iki fərqli variantda) iddiaçılar İddiaçı payının 0,08349 ha və X6 payının 0,08349 ha bir pay kimi nəzərə alınmaqla cəmi 0,16698 ha olaraq (digər mülkiyyətçilər X1, Cavabdeh1, Cavabdeh2, X2 və X5 paylarının isə ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi kimi 0,21698 ha olaraq saxlanılmaqla) naturada ayrılmasının, yəni 0,38396 ha torpaq sahəsinin iki hissəyə 0,16698 ha (İddiaçı payı 0,08349 ha, X6 payı 0,08349 ha) və 0,21698 ha olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olması müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddiaçıların paylarının 1 pay kimi nəzərə alınmaqla naturada ayrılmasına etiraz etməmişlər. Digər cavabdehlər isə iddiaya münasibət bildirməmişlər. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia tələbi payın müəyyən edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla ideal bölgüsü həyata keçirilməlidir. İş materiallarından da göründüyü kimi, torpaq sahəsi üzərində ideal bölgü həyata keçirilməklə mülkiyyətçilərin payları müəyyən edilmiş, hazırda iddiaçılar öz paylarının naturada ayrılmasını, yəni real bölgüsünü istəyirlər. Məhkəmə hesab edir ki, iddia tələbi payın naturada ayrılması hissəsində təmin edilməlidir. Belə ki, mütəxəssis rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, nə iddiaçı, nə də cavabdeh, mütəxəssis rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də, məhkəmə mütəxəssis rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki, 0.38396 ha torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə sərhəd olması nəzərə alınmaqla həmin 0,38396 ha torpaq sahəsindən iddiaçılar İddiaçı payının 0,08349 ha və X6 payının 0,08349 ha bir pay kimi nəzərə alınmaqla cəmi 0,16698 ha olaraq (digər mülkiyyətçilər X1, Cavabdeh1, Cavabdeh2, X2 və X5 paylarının isə ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi kimi 0,21698 ha olaraq saxlanılmaqla) naturada ayrılması texniki cəhətdən mümkündür, iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin qalan hissədə təmin edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, paylar naturada ayrıldıqdan sonra dövlət reyestrində iddiaçıların adlarına rəsmiləşdirilməsi vəzifəsinin DƏDRX-in üzərinə qoyulması hissəsində iddia əsassızdır. Məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə DƏDRX üçün Çıxarışın verilməsi vəzifəsini yaratmadan dövlət reyestrində qeydə alınma üçün əsas sayılacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı Teymur qızına aid edilməli, həmçinin tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsum iddiaçılar İddiaçı və X11 tərəfindən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.38396 ha torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə sərhəd olması nəzərə alınmaqla həmin 0,38396 ha torpaq sahəsindən iddiaçılar İddiaçı 0,08349 ha payı və X6 0,08349 ha payı bir pay kimi nəzərə alınmaqla cəmi 0,16698 ha olaraq (digər mülkiyyətçilər X1, Cavabdeh1, Cavabdeh2, X2 və X5 payları isə ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi kimi 0,21698 ha olaraq saxlanılmaqla) naturada ayrılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı Teymur qızına aid edilsin. Tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsumu iddiaçılar İddiaçı və X11 tərəfindən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülsün. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra payın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar