Məhkəmə qərarları › İş №2(018)-323/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-323/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-323/2024 29.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X5, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı X3 iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişdir. Belə ki, iddiaçı X3 iddia ərizəsində öz tələbinin əsaslandırdığı hal (hallara) dair sənədləri iddia ərizəsinə əlavə etməmiş və tələb edilən məbləğin neçənci il tarixdə nəyə əsasən yandığını göstərilməmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı X2 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar