Məhkəmə qərarları › İş №2(018)-328/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-328/2023

15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-328/2023 15.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş qalan pulun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 1500 ( bir min beş yüz) manatın və tərəfindən ödənilmiş 45(qırx beş) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ehtiyacı olduğu üçün 7 il bundan əvvəl ona məxsus olan “Ford Tranzit” markalı avtomaşını satmaq istədiyindən, Cavabdeh həmin maşını almaq istədiyini və cavabdeh maşına görə ona 12000 manat ödəyəcəyini bildirmişdir. Cavabdeh ilkin odəniş olaraq ona 10500 manat pul ödəmiş, qalan qalıq pulu yəni 1500 manatı isə qısa müddətdə ödəyəcəyinə soz vermişdir. Lakin, Cavabdeh pulun qaytarlımasını dəfərlərlə tələb etsədə cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh ödənilməmiş 1500 ( bir min beş yüz) manatın və tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı tərəfindən “Ford Tranzit” markalı avtomaşın ona satıldığını, lakin həmin maşının təmirsiz, xarab şəkildə ona satıldığını və maşını istifadə edən zaman təmirinə 1750 manat pul xərclədiyi üçün, İddiaçı ödəməli olduğu 1500 manat pulu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Astara rayonu, Suparibağ kəndində qeydiyyatdadır. İddia ərizəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində 45 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər avtomobilin alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh satın aldığı avtomobilin dəyərindən qalan məbləği ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, öhdəliyini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 45 (qırx beş) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ona məxsus olan “Ford Tranzit” markalı avtomaşını Cavabdeh 12000 manat məbləğdə satmış, Cavabdeh avtomobilin alınmasına görə 10500 manat pul ödəmiş, qalan 1500 manat məbləğdə pulu avtomobildən istifadə edən zaman, təmirinə pul xərclədiyi səbəbindən ödəməmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 1500 (min beş yüz) manat məbləğdə borcun və dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğdə borc və dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar