Məhkəmə qərarları › İş №2(018)-341/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-341/2023

01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-341/2023 01.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yüsif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdehlər X8 və Cavabdeh2 3160 (üç min yüz altmış) manat pulun, ödənilmiş dövlət rüsumuna görə 56 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda əlavə olaraq cavabdehin əməllərində qeyri-qanuni hərəkətlərə yol verdiklərinə görə barəsində cinayət işi başlanması və prokurorluğa göndərilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 ona olan borcunu yəni müştərək qayadada da olsa ona düşən payını yəni, 1160 manat pulu məhkəmədən kənar ona ödəmişdir. Odur ki, Cavabdeh2 ona hal-hazırda heç bir borcu yoxdur. Digər cavabdeh X8 isə borcunu ödəməkdən imtina edir. Cavabdeh X4 2000 (iki min) manat borcu vardır. İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, cavabdehlər onun etibarından sui istifadə edərək ona məxsus Şadlıq sarayında toy məclisi təşkil etmişlər, lakin əvvəlcədən şifahi razılaşmaya əsasən əməl edilməmiş, cavabdehlər 3160 (üç min yüz altmış) manat pulu ona verməkdən imtina etmişlər. Dəfələrlə məsələni həll etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Məcbur qalıb məhkəmə müraciət etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, Cavabdeh2 ona olan borcunu yəni müştərək qayadada da olsa ona düşən payını yəni, 1160 manat pulu məhkəmədən kənar ona ödəmişdir. Odur ki, Cavabdeh2 ona hal-hazırda heç bir borcu olmadığını bildirdi. Göstərilənləri nəzərə alaraq, cavabdeh Digər cavabdeh X2 2000 (iki min) manat pulun və ödənilmiş 56 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman cavabdeh X8 iddia tələbini qəbul etmərək, bildirdi ki, iddiaçı ilə 250 nəfərlik qonağa stol açılmasına razılaşmış, lakin qonağı az olmuş, 4 stolda ümumiyyətlə heç kim oturmamışdır. Şadlıq sarayı qalan yemekləri ona təhvil verməli olduğu halda verməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, şadlıq sarayında işləyir. X8 və Cavabdeh2 övladlarına şadlıq sarayında bir yerdə 400 nəfərlik toy etmişlər. Onlar tərəfindən toy məclisi üçün 400 nəfərlik stol açılaraq toy sahiblərinə təhvil verilmişdir. Məhkəmə mülki iş üzrə İddiaçı,cavabdeh X7 və şahid X3 dinləyib, sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Astara şəhəri, S.Vurğun küçəsi ev 7-də yaşayır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara şəhəri, S.Vurğun küçəsi ev 7-də yaşayır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edərək o, barədə sübutları məhkəməyə təqdim etdi. Məhkəmədə cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, barədə sübutları məhkəməyə təqdim etmədi. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 2000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 56 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 2000 (iki min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 56 (əlli altı) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar