Məhkəmə qərarları › İş №2(018)-344/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-344/2023

17.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-344/2023 17.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mülkiyyətçilər arasında payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə mülkiyyətlərində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,5014 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ¼ hissəsinin payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı1 nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək göstərmişdi ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,5014 hektar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında dörd nəfər ailə üzvlərinə məxsusdu. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və həmin daşınmaz əmlakın reyestrində 124 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar Cavabdeh ilə paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Ona görə də, iddiaçılar öz paylarına düşən torpaq sahəsində payın müəyyən edilməsini tələb edirlər. Odur ki, Cavabdeh ilə birgə mülkiyyətlərində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,5014 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ¼ hissəsinin payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iştirak edən zaman İddiaçı1 nümayəndəsi Vəkil dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Çıxarışın surətindən görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,5014 hektar torpaq sahəsi ümumi birgə pay hüququ ilə İddiaçı1, İddiaçı2, Cavabdeh və İddiaçı3 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 Astara rayonu, Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 saylı təsərrüfatbaşı kitabının 822-ci səhifəsində qeydiyyatdadır. İş materiallarında Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 Astara rayonu, Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 saylı təsərrüfatbaşı kitabının 822-ci səhifəsində qeydiyyatdadır. İş materiallarında Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı3 Astara rayonu, Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 saylı təsərrüfatbaşı kitabının 822-ci səhifəsində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx xxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Çıxarışa əsasən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,5014 hektar torpaq sahəsi ümumi birgə pay hüququ ilə İddiaçı1, İddiaçı2, Cavabdeh və İddiaçı3 xüsusi mülkiyyətinə verilmişdir. Ona görə də, yuxarıda qeyd edilən şəxslərin 0,5014 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərabər şəkildə olduğundan həmin torpaq sahəsi üzərində tərəflərin payları hər birinin ayrıayrılıqda ¼ hissədə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Astara rayonu Ərçivan qəsəbəsində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, Cavabdeh və İddiaçı3 məxsus olan sahəsi 0,5014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ¼ hissədə İddiaçı1, ¼ hissədə İddiaçı2, ¼ hissədə Cavabdeh və ¼ hissədə İddiaçı3 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Astara rayonu Ərçivan qəsəbəsində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, Cavabdeh və İddiaçı3 məxsus olan, sahəsi 0,5014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ¼ hissədə İddiaçı1, ¼ hissədə İddiaçı2, ¼ hissədə Cavabdeh və ¼ hissədə İddiaçı3 payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: lqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar