Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-359/2024 30.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır, onunla münasibətləri yaxşıdır. Cavabdeh ona bankdan 20.000 (iyirmi min) kredit götürməsini bildirmiş, hər ay 1.000 (min) manat kredit verəcəyinə söz vermişdir. Cavabdeh inanmış, bankdan 20.000(iyirmi min) manat kredit götürüb ona vermişdir. Cavabdeh 18 noyabr 2022-ci il tarixdə qəbz yazaraq ona vermişdir ki, hər ay 1000 manat kredit ödəyəcəkdir. Əgər vaxtında ödənməzsə, faiz borcunu da ödəyəcəkdir. Bundan əlavə Cavabdeh 18 noyabr 2022-ci il tarixdə ondan 5627 manat borc pul almış və borcunu 25 noyabr 2022-c il tarixədək qaytaracağı barədə qəbz yazmışdır. Cavabdeh ona olan 25627 (iyirmi beş min altı yüz iyirmi yeddi) manat borcundan bir qismini ödəmişdir, hal-hazırda ona 23890 (iyirmi üç min səkkiz yüz doxsan) manat borcu vardır. Odur ki, Cavabdeh 23890 (iyirmi üç min səkkiz yüz doxsan) manat borclu olduğu pulun və ödənilmiş 195 (yüz doxsan beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclası zamanı ona qarşı qaldırılmış iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərdi ki, İddiaçı tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. İddiaçı müraciət edərək, ondan 20,000 (iyirmi min) manat borc pul almışdır. Bu barədə 18 noyabr 2022-ci il tarixdə yazılı qəbz yazaraq ona vermişdir. Bundan əlavə İddiaçı 18 noyabr 2022-ci il tarixdə 5627 (beş min altı yüz iyirmi yeddi) manat pul borc almış və bu barədə ona yazılı qəbz vermişdir. Beləliklə, İddiaçı 25627 (iyirmi beş min altı yüz iyirmi yeddi) manat pul borcu olmuşdur. Lakin, həmin borcun bir hissəsini qaytarmış, hazırda iddiaçıya 23890 (iyirmi üç min səkkiz yüz doxsan) manat borcu vardır. Odur ki, iddianın 23890 (iyirmi üç min səkkiz yüz doxsan) manat hissəsində təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Quliyev X3 Həsənova borclu olması barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə İddiaçı, Cavabdeh izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
1. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti Başçısının Təngərüd kənd üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu Maşxan kəndində yaşayır.
2. İş materiallarında olan qəbzdən görünür ki, Həsənov X1 Arif Vüqar oğlu üçün bankdan 20.000 (iyirmi min) manat kredit götürmüş və həmin krediti 24 ay müddətinə, hər ay 1000 (min) manat ödəmək şərti ilə yazılı qəbz yazmışdır. Qəbz 18 noyabr 2022-ci il tarixdə yazılmışdır.
3. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5627 (beş min altı yüz iyirmi yeddi) manat borcunu 25 noyabr 2022-ci tarixə kimi ödəyəcəyi barədə qəbz yazmışdır. Məhkəmə iddiaçının iddia tələbinə və bu tələbin təsdiqi kimi məhkəməyə verdiyi iddia ərizəsinə hüquqi cəhətdən qiymət verilməsi üçün ilk öncə iddiaçının tələbinin özlüyündə əsaslandırılmış olması müəyyən edilməli, bunun üçün isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin bütün dispozisiya şərtlərini təqdim edib-etmədiyi yoxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunvericilik aktının qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən aydın olur ki, Cavabdeh İddiaçı 25627 manat pul borcu olmasını və həmin pulu qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh sərbəst surətdə, kənar təsirə və təzyiqə məruz qalmadan iradəsini ifadə etmiş, iddiaçıya hal-hazırki dövrdə 23890 manat pul borc almış və həmin pulu qaytarması barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında öhdəliklə bağlı mülki hüquq münasibətləri yaranmış, İddiaçı ilə Cavabdeh arasında cavabdehin iddiaçıdan aldığı 25627 manat pulun ödəməsi barədə razılaşma olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi bu normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı cavabdehə pul verməsini təsdiq edən sübutları (hazırki halda cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzi) məhkəməyə təqdim etmiş, cavabdeh həmin puldan bir qismini iddiaçıya ödədiyini bildirmiş, hal-hazırda 23890 manat borclu olduğunu bildirmişdir. İddiaçı cavabdehin qeyd etdiyi məbləğə heç bir etirazı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin olunmasına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia qaldırmaqdan ötrü ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasın görə iddiaçının ödədiyi 195 (yüz doxsan beş) manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü madələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 23890 (iyirmi üç min səkkiz yüz doxsan) manat məbləğində pul və 195 (yüz doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin İbrahimov