Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-389/2024 24.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan işlərin aparılmasına cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan işlərin aparılmasına cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin əslinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İddiaçı iddia ərizəsinin və əona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsini nəzərə laraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan işlərin aparılmasına cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-389/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-389/2024
24.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver