Məhkəmə qərarları › İş №2(018)-40/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-40/2024

15.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-40/2024 15.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Qasımova (Fərəcova) Samirə Tahir qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətçilər arasında naturada payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətçilər arasında naturada payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı nümayəndəsi X2 iidanı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayonun Şiivi kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,08 hektar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissəsi ona məxsusdur. Bu barədə torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Adı çəkilən torpaq sahəsinin bir hissəsi, yəni 0,401649 hektarı 26 oktyabr 2010-cu il tarixdə alğı-satqi yolu ilə satılmışdır.Cavabdehlərlə paylı mülkiyyətin ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Ona görə də öz payına düşən torpaq sahəsinin naturada ayrılmasını tələb edir.Yuxarıda qeyd etdiklərini rəhbər tutaraq cavabdehlər X9, X3, Cavabdeh1, Cavabdeh2, İddiaçı. Cavabdeh3 və X4 ilə birgə mülkiyyətimizdə olan torpağa mülkiyyət hüqququna dair Dövlət aktına əsasən Astara rayonun Şüvi kəndində yerləşən 0,6802 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə onun, İddiaçı 1/7 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 torpağın paylara uyğun naturada bölünməsinə etiraz etmədiyini bildirdi. Məhkəmədə cavabdeh İş üzrə cavabdeh Qasımova (Fərəcova) Samirə Tahir qızı torpağın paylara uyğun naturada bölünməsinə etiraz etmədiyini bildirdi. Məhkəmədə iştirak edən zaman iş üzrə cavabdeh Ağayeva (Fərəcova) Amalya Tahir qızı torpağın paylara uyğun naturada bölünməsinə etiraz etmədiyini bildirmişdi. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh1 torpağın paylara uyğun naturada bölünməsinə etiraz etmədiyini bildirmişdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-613 KOD 80113005 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə Astara rayonu, Şüvi kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,08 ha torpaq sahəsi X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1813 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********91 reyestr nömrəli çıxarışla (ilkin hüquq müəyyənedici sənəd N-6132 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) X6, X8, Cavabdeh1, X7 və İddiaçı paylı mülkiyyətlərində olan Astara rayonu, Şüvi kəndində yerləşən 0,6802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətdə yalnız bir tərəfdən (qərb istiqamətdən) yol ilə (yeni torpaq sahəsinə giriş-çıxışın bir tərəfdən olması) sərhəd olması müəyyən olunmuş və həmin 0,6802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-398/2024 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, JN-613 KOD 80113005 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş Astara rayonu, Şüvi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,08 ha torpaq sahəsinin 0,6802 ha hissəsindən İddiaçı payı 1/7 olmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgü variantı və ölçüləri rəyin tədqiqat hissəsinə əlavə edilmiş sxemdə göstərilmişdir İş materiallarında xx.xx.2010-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli 22-15-336 nömrəli arayışa əsasən Astara rayonu, Şüvi kəndində yerləşən 1,08 ha torpaq sahəsinin 0.401649 ha (4016.49 kv.m) hissəsini alıcının mülkiyyətinə vermiş, qalan 0.680219 ha (6802.19 kv.m) hissəsini öz mülkiyyətində saxlamışdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında Astara rayon Şüvi bələdiyyəsinin 67 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı bələdiyyənin ərazisində 0.10 ha pay bəlli torpaq sahəsi vardır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 08217719 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 17 iyul 1976-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 08162567 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 17 iyun 1975-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 14309821 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 01 dekabr 1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA2103462 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 20 fevral 1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AR-İİ seriyalı 795389 nömrəli 28 oktyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, Astara rayonu, Şüvi kəndində qeydiyyatda olan İddiaçı tərəfindən etibarnamədə qeyd edilən səlahiyyətlər Astara rayonu, Şüvi kəndində qeydiyyatda olan X1 verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, JN-613 KOD 80113005 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə Astara rayonu, Şüvi kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,08 ha torpaq sahəsi X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş, xx.xx.2010-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli 22-15-336 nömrəli arayışa əsasən Astara rayonu, Şüvi kəndində yerləşən 1,08 ha torpaq sahəsinin 0.401649 ha (4016.49 kv.m) hissəsini alıcının mülkiyyətinə vermiş, qalan 0.680219 ha (6802.19 kv.m) hissəsini öz mülkiyyətində saxlamışdır. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1813 saylı ekspert rəyinə əsasən, Astara rayonu, Şüvi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,08 ha torpaq sahəsinin 0,6802 ha hissəsindən İddiaçı payı 1/7 olmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, JN-613 KOD 80113005 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktın əsasən Astara rayonu Şüvi kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Ağayeva (Fərəcova) Amalya Tahir qızına məxsus olan, sahəsi 0,6802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/7 hissə payı olan 0,0971 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yəni 0,6802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yol ilə sərhəddən,qərb istiqamətdən, sol hissəsindən bir tərəfin eni 11,5 metr,uzunluğu 86 metr, bir tərəfin eni 11 metr, uzunluğu 88 metr olmaqla, bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. JN-613 KOD 80113005 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktın əsasən Astara rayonu Şüvi kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan, sahəsi 0,6802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/7 hissə payı olan 0,0971 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxemə uyğun olaraq), yəni 0,6802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yol ilə sərhədindən,qərb istiqamətdən, sol hissəsindən bir tərəfin eni 11,5 metr, uzunluğu 86 metr, bir tərəfin eni 11 metr, uzunluğu 88 metr olmaqla, bölünsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: lqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar