Məhkəmə qərarları › İş №2(018)-40/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-40/2025

22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-40/2025 22.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2,Cavabdeh4 və Cavabdeh5 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı payın mülkiyyətçılər arasında naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1, cavabdehlər Cavabdeh3, Cavabdeh2,Cavabdeh4 və Cavabdeh5 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı payın mülkiyyətçılər arasında naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciıət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonun Kakalos kəndində yerləşən 0,23686 hektar torpaq sahəsi və fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında torpaq sahəsinin 28/3 hissəsi, fərdi yaşayış evinin isə 6/11 hissəsi ona məxsusdur. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və həmin daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər onun bacı qardaşlarıdır. Cavabdehlərlə payın mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişik . Ona görə də öz payına düşən torpaq sahəsinin naturada ayrılmasını tələb edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 ilə birgə mülkiyyətimizdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Astara rayonun Kakalos kəndində yerləşən 0,23686 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə onun, İddiaçı 28/33 hissəsinin naturada bölünməsi və dövlət reyestrində adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2,Cavabdeh4 və Cavabdeh5 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Astara rayonu, Kakalos kəndi ərazisində yerləşən 0,23686 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyətinə verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9792 ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3633/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, reyestr nömrəsi **********49-1030% olan çıxarışa əsasən paylı mülkiyyətlərində olan Astara rayonunun Kakalos qəsəbəsində yerləşən 623686 ha yaşayış məntəqələri torpaqları sahəsinin naturada planlı yerləşməsini və bir istiqamərdən təxminən 39 metr məsafədə yol ilə həmsərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı payı olan 28/33 hissənin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgü variantı rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan AZ№ 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd İƏDÜ nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Astara rayonu, Kakalos kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, xx.xx.2022-ci il tarixli hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmış Çıxarışa əsasən Astara rayonu, Kakalos kəndi ərazisində 0,23686 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyətinə verilmişdir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9792 ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3633/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, reyestr nömrəsi **********49-1030% olan çıxarışa əsasən paylı mülkiyyətlərində olan Astara rayonunun Kakalos qəsəbəsində yerləşən 623686 ha yaşayış məntəqələri torpaqları sahəsinin naturada planlı yerləşməsini və bir istiqamərdən təxminən 39 metr məsafədə yol ilə həmsərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı payı olan 28/33 hissənin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgü variantı rəyin tədqiqat hissəsində göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Kakolos kəndində yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2,Cavabdeh4 və Cavabdeh5 məxsus olan, sahəsi 0,23686 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 28/33 hissə torpaq sahəsi, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq) naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Kakolos kəndində yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2,Cavabdeh4 və Cavabdeh5 məxsus olan, sahəsi 0,23686 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 28/33 hissə torpaq sahəsi, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq) naturada bölünsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: lqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000,Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az mailto:contact@gubacourt.gov.azElektron ünvan 26 aprel 2021-ci il 2(027)-211/2021 İddiaçı: X1 Ünvan: Xaçmaz rayonu, Həsənqala kəndi Cavabdeh: X3 Ünvan: Quba rayonu, Mirzəməmməd kəndi Quba Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(027)-211/2021 №-li qətnamə məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə 2 vərəq Hakim : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar