Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-45/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, iddiaçı X1 vəkili X5 və Cavabdeh iştirakları ilə, iddiaçı X1 Cavabdeh qarşı “Mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “Mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaynı Cavabdeh adına qeydiyyata alınmış mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iştirak etmədi. Onu vəkili X5 məhkəmə iclasında təmsil etdi. Məhkəmə hazırkı mülki işə iddiaçı X1 vəkili X4 iştirakı ilə baxılmasını mümkün hesab etdi. İddiaçı X1 vəkili X5 iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, təmsil etdiyi şəxsin mərhum əri Muhiyyəddin Fəhradov 1973-cü il tarixdə Astara rayonu, Təngərüd kəndində fərdi yaşayış evinin inşa edilməsinə başlamışdır. Həmin bir mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin tikintisini 1979-cu il tarixdən başlayaraq iddiaçı davam edərək indiki vəziyyətinə çatdırmışdır. Lakin, qeyri-müəyyən səbəblərə görə iddiaçıya məxsus olan qeyri-yaşayış evi və fərdi yaşayış evi iddiaçının qaynı Cavabdeh adına qeydiyyata alınmış və sonuncuya bu barədə çıxarış verilmişdir. Belə ki, 09 iyul 2021-ci il tarixli akta və Astara RİHB-nın Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 443 saylı arayışa əsasən kənd sakinləri öz imzaları ilə 1979-cu ildə evin iddiaçı tərəfindən inşa edilməsini təsdiq etmişlər. Qeyd etdi ki, cavabdeh iddia tələbini qəbul etsə də, iddia edilən evin iddiaçının mülkiyyəti kimi tanınması üçün müəyyən əməliyyatların notarial qaydada aparılmasından imtina etmişdir. Bütün bunlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və verdiyi izahatında bildirdi ki, iddia edilən fərdi yaşayış evi onun mülkiyyətindədir və ona bu barədə ********** nömrəli çıxarış verilmişdir. İddiaçı isə ona qarşı əsassız iddia qaldırmışdır. Bütün bunlara əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş 09 iyul 2021-ci il tarixli aktdan və Astara RİHB-nın Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş qoşular tərəfindən tərtib edilmiş 443 saylı arayışdan görünür ki, X1 hal-hazırda yaşadığı ev Cavabdeh mülkiyyətində olsa da, 1979-cu ildə X3 tərəfindən tikilmişdir. Mülki işə əlavə edilmiş aktdan görünür ki, Təngərüd kənd sakini X2 adına olan yerli materialdan tikilmiş ev Təngərüd kənd sakini Cavabdeh 750 (yeddi yüz əlli) manat hesabı ilə komissionların hüzurunda satılmışdır. Mülki işə əlavə edilmiş JN-024 A, Kod 80110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi”-ndən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997ci il tarixli, 88 saylı qərarı ilə Astara rayonu, Təngərüd kəndində 0.12 hektar torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 dekabr 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Təngərüd kəndində 0.15 torpaq sahəsi və 127.7 kvadratmetr olan fərdi yaşayış evi Cavabdeh tam paylı xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, **********73 nömrəli məktubdan görünür ki, cavabdehin adına 30 dekabr 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış qüvvədədir, müvafiq göstəricilər ilkin hüquqmüəyyənedici sənədlərə uyğundur və onun adına əlavə hər-hası bir çıxarış verilməmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə məhkəmə iclasında məlum oldu ki, iddiaçı X3 qaynı Cavabdeh adına qeydiyyata alınmış mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun mərhum əri Muhiyyəddin Fəhradov 1973-cü il tarixdə mübahisəli fərdi yaşayış evinin inşa edilməsinə başlamışdır. Həmin bir mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin tikintisini 1979-cu il tarixdən başlayaraq o, davam edərək indiki vəziyyətinə çatdırmışdır. Lakin, qeyri-müəyyən səbəblərə görə iddiaçıya məxsus olan qeyri-yaşayış evi və fərdi yaşayış evi iddiaçının qaynı Cavabdeh adına qeydiyyata alınmış və sonuncuya bu barədə çıxarış verilmişdir. Ancaq iddiaçı X3 istinad etdiyi halları təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədi. İddiaçı X3 09 iyul 2021-ci il tarixli aktı və Astara RİHB-nın Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 443 saylı arayışı əsas kimi göstərsə də, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 dekabr 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Astara rayonu, Təngərüd kəndində 0.15 torpaq sahəsi və 127.7 kvadratmetr olan fərdi yaşayış evi Cavabdeh tam paylı xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin, 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, **********73 nömrəli məktubuna əsasən cavabdehin adına olan 30 dekabr 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış qüvvədədir, müvafiq göstəricilər ilkin hüquqmüəyyənedici sənədlərə uyğundur və onun adına əlavə hər-hası bir çıxarış verilməmişdir. Göründüyü kimi mübahisəli ev cavabdehin mülkiyyətində olduğundan iddiaçının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması üçün heç bir əsas yoxdur. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
5. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X1 Cavabdeh qarşı “Mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması tələbinə dair” iddiası əsassız olmasına görə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov