Məhkəmə qərarları › İş №2(018)-450/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-450/2024

23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-450/2024 23.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 7000 (yeddi min) manat pulu və iddia ərizəyə görə ödədiyi dövlət rüsumun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Çay oba kənd sakini Cavabdeh Cəbrayil qızı onunla iş qurmaq adı ilə 8000 (səkkiz min) manat külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişdir.Hadisə Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin yaxınlığında baş verib. Cavabdeh Cəbrayil qızı iş qurmaq görüntüsü yaradaraq 8000-manat pulunu mənimsəmişdir. Bir müddət ortalıqda görünsədə sonradan yoxa çıxmışdır. Cavabdeh Cəbrayil qızı mənim külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirilməsinə dair Nərimanov Rayon Polis idarəsinə şikayət etmiş. Bakı şəhəri Nərimanov RPİ- nin İB-nin müstəntiqi Vüqar Hadi şikayəti ilə bağlı CMnin 177.1 ci maddəsinə əsasən cinayət işi başlamış müəyyən araşdırmalar aparılmış, sonradan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. İstintaq müddətində cavabdeh ona 1000-manat pul qaytarmışdır.Bundan başqa Cavabdeh qızı mənimlə borc müqaviləsi bağlayaraq, ona 7000(yeddi min manat pulun borclu olmasını etiraf etmişdir. Hər dəfə bir söz verməklə borcunu verməkdən yayınır. Ona görədə o, qərara gəlmişdi ki, məhkəməyə müraciət etsin.Cavabdeh qızından 7000 (yeddi min) manat pulu və iddia ərizəyə görə ödədiyi dövlət rüsumun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh qızı ona qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, ona birgə iş qurmağı iddiaçı təklif etmişdir və iş ilə əlaqədar bütün ləvəzimatı iddiaçının özü alıb. Hazırda həmin ləvazimatlar iddiaçıya məxsus kirayədə yaşadığı evdədir. İddiaçının məhkəməyə təqdim etdiyi əlyazmanı o, iddiaçının təkidi ilə yazıb. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh qızını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh qızı verdiyi izahatında İddiaçı 6500 manat borcu olduğunu bildirmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 90 (doğsan) manat 40 (qırx) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, Ramazanova X2 rayonu, Çayoba kəndində qeydiyyatdadır. İş materialında olan xx.xx.2022-ci il tarixli əlyamasından məlum olur ki, Cavabdeh qızı İddiaçı 7000 (yeddi min) manat borclu olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh qızının gözəllik salonu işlətməsi nəticəsində İddiaçı cəmi 6500 manat məbləğdə borcu qalmış və hazırda iddiaçı həmin borcu cavabdehdən tələb edir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qızından 6500 (altı min beş yüz ) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh qızından 6500 (altı min beş yüz ) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar