Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-451/2024 23.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı “Daşınar əşyanın sahibsiz hesab edilməsinə dair” ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “Daşınar əşyanın sahibsiz hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, istifadəsində olan “Qaz 66” markalı avtomobilin sahibsiz hesab edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, əvvəllər özünə məxsus “Qaz 66” markalı avtomobil olmuş və 2022-ci ildə həmin avtomobil aşaraq yararsız hala düşmüşdür. Bundan sonra Lənkəran şəhərində yerləşən “metallomdan” “Qaz 66” markalı avtomobilin ehtiyat hissələri alıb, avtomobil ustaları vasitəsi ilə yeni bir “Qaz 66” markalı avtomobili hazırlatmışdır. Yeni “Qaz 66” markalı avtomobilin isə mühərrik nömrəsi və ban nömrəsi əvvəlki avtomobilə uyğun olmamışdır. Həmin yeni “Qaz 66” markalı avtomobili dövlət qeydiyyatına aldırmaq və dövlət qeydiyyat nişanı aldırmaq istəmiş olsa da həmkəndlisi Arif Muradovun şikayətinə əsasən bunu edə bilməmişdir. Belə ki, həmin şikayət əsasında həmin avtomobili polis şöbəsinə aparılmışdır. Həmin şikayət əsasında Astara rayon Prokurorluğunda müvafiq araşdırma aparılmış, 224C-23 nömrəli material üzrə 25 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Həminn qərarda isə ona həmin avtomobilə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyat nişanın əldə edilməsi üçün Astara Rayon Məhkəməsinə müraciət etməsi məsləhət bilinmişdir. Yeni “Qaz 66” markalı avtomobil isə hal-hazırda onun sahibliyində və istifadəsindədir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X2 göstərdi ki, özü avtomobil ustasıdır. Ərizəçi İddiaçı tanıyır. 2023-cü ildə ərizəçi İddiaçı ona müraciət edərək, ona məxsus olan və aşaraq yararsız hala düşmüş özünə məxsus “Qaz 66” markalı avtomobilin üzərində yeni avtomobil yığmağı xahiş etmişdir. O, digər avtomobil ustaları ilə birlikdə aşmış “Qaz 66” markalı avtomobilin üzərində yeni “Qaz 66” markalı avtomobil yığmışlar. Yeni “Qaz 66” markalı avtomobilin isə mühərrik nömrəsi və ban nömrəsi əvvəlki avtomobilə uyğun olmamışdır. Yeni “Qaz 66” markalı avtomobil isə hal-hazırda ərizəçinin sahibliyində və istifadəsindədir. Məhkəmə iclasında dindirilən şahid X3 əsasən şahid X2 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yerindən olan arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmaqla Astara Rayonu Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon Prokurorluğunda aparılmış araşdırma ilə əlaqədar olan, 224C-23 nömrəli material üzrə 25 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından məlum olur ki, Qurbanov X1 şəhərində yerləşən “metallomdan” “Qaz 66” markalı avtomobilin ehtiyat hissələri alıb, avtomobil ustaları vasitəsi ilə özünə məxsus “Qaz 66” markalı avtomobilin ehtiyat hissələri ilə birləşdirərək yeni bir “Qaz 66” markalı avtomobili hazırlatmışdır. Yeni “Qaz 66” markalı avtomobili dövlət qeydiyyatına aldırmaq və dövlət qeydiyyat nişanı aldırmaq istəmiş olsa da həmkəndlisi Arif Muradovun şikayətinə əsasən bunu edə bilməmişdir. Həmin “Qaz 66” markalı avtomobil isə oğurlanmamış və başqa qanunsuz yolla əldə edilməmişdir. Həmçinin “Qaz 66” markalı avtomobilə mülkiyyət hüququnun əldə edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən oldu ki, ərizəçi İddiaçı ərizəçi İddiaçı məxsus “Qaz 66” markalı avtomobil olmuş və 2022-ci ildə həmin avtomobil aşaraq yararsız hala düşmüşdür. Bundan sonra Lənkəran şəhərində yerləşən “metallomdan” “Qaz 66” markalı avtomobilin ehtiyat hissələri alıb, avtomobil ustaları vasitəsi ilə yeni bir “Qaz 66” markalı avtomobili hazırlatmışdır. Yeni “Qaz 66” markalı avtomobilin isə mühərrik nömrəsi və ban nömrəsi əvvəlki avtomobilə uyğun olmamışdır. Həmin yeni “Qaz 66” markalı avtomobili dövlət qeydiyyatına aldırmaq və dövlət qeydiyyat nişanı aldırmaq istəmiş olsa da həmkəndlisi Arif Muradovun şikayətinə əsasən bunu edə bilməmişdir. Astara rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində isə həmin yeni “Qaz 66” markalı avtomobilin oğurlanması və ya cinayət yolu ilə əldə edilməməsi müəyyən edilmişdir. Ona görə də, alınmış ehtiyat hissələri əsasında yığılmış, ərizəçi İddiaçı sahibliyi və istifadəsində olan, yeni “Qaz 66” markalı avtomobil sahibsiz elan edilməli və həmin avtomobil ərizəçi İddiaçı mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında daşınar əşyanın sahibsiz hesab edilməsi barədə olan işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 323.1-ci maddəsinə əsasən məhkəmə daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 326 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yığılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66” markalı avtomobil sahibsiz elan edilsin. Həmin avtomobilə ərizəçi İddiaçı mülkiyyət hüququ tanınsın və onun mülkiyyətinə verilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin üzərinə ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yışılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66” markalı avtomobilin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsi qoyulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-451/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-451/2024
23.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver