Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-494/2024 02.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh verilmiş borca görə 6300 (altı min üç yüz) manat pulun və ödənilmiş 83 (səksən üç) manat, 40 (qırx) qəpik dövlət rüsumunun alınaraq onaa verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə əvvəllər yaxın münasibəti olmuşdur. Cavabdeh 05 iyul 2023-cü il tarixdə İddiaçı 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 (altı min üç yüz) manat borc pul istəmişdir. İddiaçın da həmin tarixdə Cavabdeh 6300 (altı min üç yüz) manat borc pul vermişdir. Cavabdeh bu barədə ona yazılı qəbz də vermişdir. Ancaq Cavabdeh vədinə əməl etməmiş hal-hazıra kimi ona olan borcunu qaytarmamışdır. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onun İddiaçı ilə əvvəllər yaxın münasibəti olmuşdur. O, ehtiyacı olmasına görə 05 iyul 2023-cü il tarixdə İddiaçı 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 (altı min üç yüz) manat borc pul istəmişdir. İddiaçın da həmin tarixdə ona 6300 (altı min üç yüz) manat borc pul vermişdir. O, bu barədə ona yazılı qəbz də vermişdir. O, sonra 18 iyul 2023-cü il tarixdə 6300 (altı min üç yüz) manat borcunu İddiaçı qaytarmışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən şahid X2 ifadəsində göstərdi ki, Cavabdeh onun əmisi qızıdır. Cavabdeh 05 iyul 2023-cü il tarixdə İddiaçı 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 (altı min üç yüz) manat borc pul almasından məlumat olmuşdur. Ancaq Cavabdeh 18 iyul 2023-cü il tarixdə onun iştirakı ilə İddiaçı olan borcunu qaytardı. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 1988-ci il tarixdə anadan olmuş və Astara şəhəri Qum küçəsi ev 130-da yaşayır. Mülki işə əlavə edilmiş qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 05 iyul 2023-cü il tarixdə, 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 (altı min üç yüz) manat borc pul almış və imzalamışdır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 83 (səksən üç) manat, 40 (qırx) qəpik məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 05 iyul 2023-cü il tarixdə İddiaçı 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 (altı min üç yüz) manat borc pul almış və qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında 6300 (altı min üç yüz) manat borc pulu İddiaçı qaytarmaını bildirmiş olsa da həmin halı təsdiq edən mötəbər subutu məhkəməyə təqdim etmədi. Şühbəsiz ki, Cavabdeh 6300 (altı min üç yüz) manat borcnu qaytarmış olsaydı bu barədə İddiaçı yazılı qəbz alardı və ya özünün ona verdiyi qəbzi geri götürərdi. Məhkəmə belə hesab edir ki, Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş borcdan bu günə kimi ödəməmişdir. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 83 (səksən üç) manat, 40 (qırx) qəpik dövlət rüsumu cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh verilmiş borca görə 6300 (altı min üç yüz) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat, 40 (qırx) qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-494/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-494/2024
02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver