Məhkəmə qərarları › İş №2(018)-50/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-50/2025

17.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-50/2025 17.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı paylı mülkiyyətdə payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon X5 24 dekabr 1997-ci il, 92 saylı qərarla X3 və onun ailə üzvlərinə verilmiş 0,31 ha həyətyanı torpaq sahəsində İddiaçı birgə mülkiyyətdə olan payınınn naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərmişdir ki, X2 və onun biitün ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997 - ci ildə 92 saylı qərarla 0,31 ha həyətyanı sahə kimi birgə mülkiyyətə torpaq sahəsi verilmişdir. Birgə mülkiyyətçilərdən X8 12 yanvar 1998 - ci ildə Astara rayonu Kakalos kəndində vəfat etmişdir. Onun payına düşən torpaq sahəsi miras qalmışdır. X8 onların ailə üzvü olsada, lakin doğma nənələri deyildir. Beləki onun əri İddiaçı Himmətəli oğlu 1944-cü ildə X9 getmiş və geri qayıtmamışdır. X10 ərə getməmiş və uşalqrı olmamışdır və onlarla birlikdə yaşamışdır. Onun varisləri onlar sayılmırlar. Buna görədə onun miras əmlakı digər mülkiyyətçilərin torpaq sahəsi ilə birgə mülkiyyətdə olduğu üçün onlar öz hüquqlarım həyat keçirə bilmirlər. Təmsil etdiyi şəxs İddiaçı digər birgə mülkiyyətçilər ilə öz paylarının ayrılması barədə razılığa gəlmiş olsada Pitan Əhmədova öldüyü üçün və onun miras qalan əmlakı hər hansı bir vərəsəyə keçmədiyi üçün o, birgə mülkiyyətdə öz payını ayıra bilmir. Ona görədə o. birgə mülkiyyətdə olan payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edir. Birgə mülkiyyətdə olan payın naturada ayrılması mümkündür, belə bir ayrılma əmlaka tənasübsüz zərər vurmayacaqdır. Astara rayon X5 24 dekabr 1997-ci il, 92 saylı qərarla X3 və onun ailə üzvlərinə verilmiş 0,31 ha həyətyanı torpaq sahəsində İddiaçı birgə mülkiyyətdə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər X3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə X3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli, etibarnamədən görünür ki, İddiaçı onu məhkəmədə təmsil etməy səlahiyətlərini Vəkil etibar etmişdir. İş materialında olan Astara RİHB Kakalos kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Astara rayonu, Kakalos kəndində yaşayır. İş materialında olan Astara RİHB Kakalos kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Astara rayonu, Kakalos kəndində yaşayır. İş materiallarında olan 22.011.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1998-ci ildə ölməsi barədə xx.xx.1998-ci il tarixli, 03 №-li aktla qeyd edilmişdir. İş materialında olan Astara RİHB Kakalos kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Astara rayonu, Kakalos kənd sakini mərhum X4 həyat yoldaşı mərhum İddiaçı Himmətəli oğlu 1944-cü ildə X9 gedib və geri qayıtmamışdır. İş materialında olan torpağın mülkiyyətə verilməsinə dair JN-48F saylı, KOD 80104018 nömrəli şəhadətnamənin surətində görünür ki, Astara rayonu, Kakalos kəndi ərazisində 0.31 hektar həyətyanı torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 92 saylı qərarı ilə X3, X8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı, Cavabdeh6 və Cavabdeh7 birgə mülkiyyətinə verilmişdir. İş materialında oan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9012 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2373/2024 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 92 saylı qərarı əsasında JN-048F (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X1, X4, Cavabdeh1 Bahadu oğlunun Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı, Cavabdeh6 vCavabdeh7 paylı mülkiyyətlərində olan Astara rayonu, kakalos kandi ərazisində yerləşən 0,31 ha E yaşayış məntəqələrinin torpaqları təyinatı torpaq sahəsinin üzərində üç ədəd fərdi yaşayış evləri və köməkçi tikililərin (tövlə, saray, sanitar qovşaqları və s.) yerləşməsini, qeyd olunan tikililərin torpaq sahəsi üzrərində planlı yerləşmə vəziyyətini və həmin tikililərin hüquqmüəyyənədici sənədlərinin (pay normalarının) təqdim olunmamasını nəzərə alaraq, qeyd olunan torpaq sahəsinin paylar üzrə bölgüsü barədə tədqiqat aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9012 saylı ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı paylı mülkiyyətdə payın ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı paylı mülkiyyətdə payın ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar