Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-506/2024 08.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “girov qoyulmuş qızıl zinət əşyalarının geri tələb edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh girov qoyulmuş 12815 (on iki min səkkiz yüz on beş) manat dəyərində qızıl zinət əşyalarının və ya onun dəyərinin, həmçinin ödənilmiş 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun tutularaq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddialarını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı X8 iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, cavabdeh Nəcəfzadə Ağarazim qızını tanıyırlar. İddiaçı2 ilə Astara şəhərində bulvar adlanan ərazidə yerləşən "Maricel" restoranında işləyirmişlər. 2020-ci ilin oktyabr ayında pul lazım olduğu üçün İddiaçı2 haradan borc pul tapa biləcəyini Cavabdeh soruşdurmuşdur. Aradan 1 gün keçəndən sonra Cavabdeh İddiaçı2 yaxınlaşaraq demiş ki, borc pul tapa bilər, bunun üçün qızıl girov qoyulması lazımdır. Arzu həmçinin Bakı şəhərində dindar tanışı olduğunu və pulu faizsiz verə biləcəyini bildirmişdir. Bu səbəbdən razılaşmışlar. xx.xx.2020-ci il tarixdə Arzu ilə birlikdə Astara şəhərində yerləşən Asel adlı kredit təşkilatına getmişlər, qaşla birlikdə ümumi çəkisi 117 qram olmaqla- “Beşlik qızıl klon-çəkisi 4.4 qram, qiyməti 450 manat”, “Qızıl sep Mədinə adı yazılıb, çəkisi 37 qram, qiyməti 330 manat”, “Qızıldan kişi üzükü, çəkisi, 4 qram, qiyməti 360 manat”, “Qızıl algans kişi üzüyü, çəkisi 2.2 qram qiyməti 200 manat”, “(Allah) yazılı qızıldan klon, çəkisi 1.8 qram, qiyməti 160 manat”, “Qızıldan qadın üzüyü qırmızı qaş, çəkisi 5.8 qram, qiyməti 520 manat”, “Qızıldan qadın üzüyü, çəkisi 2.5 qram, qiyməti 220 manat”, “Qızıl sırğa cəhrayı qaşlı çəkisi 1.8 qram, qiyməti 160 manat”, “Qızıldan sırğa qırmızı qaş, çəkisi 1.8 qram, qiyməti 160 manat”, “Qızıl sep əyyari 750, çəkisi 8 qram, qiyməti 960 manat”, “Qızıl qolbaq əyyari 750, çəkisi 4 qram, qiyməti 480 manat”, “Dəst-çəkisi 25 qram, qiyməti 1800 manat”, “Qızıl qadın üzüyü, çəkisi 1,5 qram, qiyməti 135 manat”, “Qızıl qadın üzüyü, çəkisi 1.2 qram, qiyməti 105 manat”, “Qızıldan qadın üzüyü, çəkisi 3 qram, qiyməti 270 manat”, “Qızıl qadın üzüyü 1,8 qram qiyməti 162 manat”, “Qızıl qadın üçün üzük 1.4 qram, qiyməti 130 manat”, “Qızıl sep klonu ilə çəkisi 4.5 qram, qiyməti 400 manat”, “Qızıl sığra Zifer, çəkisi 4 qram, qiyməti 360 manat”, “Qızıl sırğa sallanma, çəkisi 3.6 qram, qiyməti 330 manat”, “Nişan üzüyü çəkisi 5,5 qram, qiyməti 490 manat”, “Qızıldan qadın üzüyü çəkisi 3.2 qram qiymeti 290 manat”, “Qızıldan qadın üzüyü 3 qram, qiyməti 270 manat”, “Qızıldan qadın üzüyü çəkisi 2.8 qram, qiyməti 250 manat”, “Qızıldan qadın üzüyü çəkisi 1.8 qram, qiyməti 160 manat”, “Qızıl klon çəkisi 1.5 qram, qiyməti 135 mana” yekun qiyməti 12815 manat olan müxtəlif qızıl-zinət əşyaları çəkilərək Arzuya verilmişdir. Ümumiyyətlə Cavabdeh 12815 manat dəyərində 26 adda qızıl zinət əşyaları girov qoyulmuş və müqabilində 4000 borc olaraq manat pul alınmışdır. Cavabdehin girov qoyaraq aldıqları puldan hissə-hissə 3100 manat ödəmişlər və qalan 900 manat isə girov qoyulmuş qızılları qaytardıqdan sonra ödəyəcəklərini bildirsələrdə cavabdeh bəhanələrlə qızılları qaytarmamışdır. Cavabdehin davranışı onlarda şübhə yaratmış və qızılları qaytarmayacağını düşünmüşlər. Odur ki, Astara rayon Prokurorluğuna müraciət etmişlər və ərizələri araşdırılması üçün Astara rayon Polis şöbəsinə göndərilmişdir. Astara rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəndiqi polis kapitanı X11 ərizə üzrə araşdırma aparmış və Cavabdeh hərəkətlərində cinayətin tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərar ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və onlara mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh qeyd edilən qızıl zinət əşyalarını girov alaraq aldığını etiraf etsədə, qaytarmaqdan yayınmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh X2 12815 manat deyerinde qızıl zinət əşyaları ve yaxud deyəri, həmçinin ödənilmiş 159 manat dövlət rüsumunun alınaraq xeyrlərinə verilməsi barədə qətnamə qebul edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 dinləyib, Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 159 (yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu ödəmişlər. Materiallarında olan Astara RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 314 № arayışından görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yaşayır. Materiallarında olan Astara RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 314 № arayışından görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yaşayır. İş materialında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı1 və İddiaçı2 müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. İş materialında olan xx.xx.2021-cü il tarixli GL/0xx/xx/262665 nömrəli kredit (borc) və girov müqaviləsindən görünür ki, GL” MMC-nin etibarnamə üzrə nümayəndəsi menecer X5 ilə X1 qızı arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 24 ay müddətinə illik 40% (qırx faiz) olmaqla 5218 (beş min iki yüz on səkkiz) manat kredit verilmişdir.Girovun pretmeti kimi 12 mart 2021-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş, likvid dəyəri 2280 (iki min iki yüz səksən) USD qiymətləndirilmiş X1 qızının mülkiyyətindəki qiymətli metal göstərilmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli X1 qızı və "xxxx" MMC arasında bağlanmış kredit (borc) və girov müqaviləsinə əlavə edilmiş "xxxx" MMC-nin “Astara” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, xalis çəkisi 32.10 (otuz iki tam onda bir) qram 583 əyar üzük, xalis çəkisi 10.60 (on tam onda altı) qram 583 əyar üzük “ağ”lı, xalis çəkisi 1.80 (bir tam onda səkkiz) qram 375 əyar üzük “ağ”lı, xalis çəkisi 9.90 (doqquz tam onda doqquz) qram 583 əyar boyunbağı+klon, xalis çəkisi 16.00 (on altı) qram 583 əyar boyunbağı+qolbaq, xalis çəkisi 11.30 (on bir tam onda üç) qram 750 əyar boyunbağı+qolbaq, xalis çəkisi 4.30 (dörd tam onda üç) qram 750 əyar 5`lik qızıl qəpik, xalis çəkisi 2.50 (iki tam onda beş) qram 583 əyar klon, xalis çəkisi 19.40 (on doqquz tam onda dörd) qram 583 əyar sırğa qızılzinət əşyalarının likvid qiyməti toplamda 2280 (iki min iki yüz səksən) USD qiymətləndirilmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan X1 qızı 24 ay üzrə ümumilikdə 2444 (iki min dörd yüz qırx dörd) manat 64 (altmış dörd) qəpik faiz ödənişi, 5218 (beş min iki yüz on səkkiz) manat kredit ödənişi etməlidir. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin “Astara” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən qızıl-zinət əşyalarının likvid qiyməti toplamda 2280 (iki min iki yüz səksən) USD qiymətləndirilmiş və həmin girov qoyulmuş qızıl-zinət əşyalarının zəmanətinə görə xx.xx.2021-cü il tarixli GL/0xx/xx/262665 nömrəli kredit (borc) və girov müqaviləsi üzrə 5218 (beş min iki yüz on səkkiz) manat kredit verilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2021-cü il tarixli GL/0xx/xx/262665 nömrəli kredit (borc) və girov müqaviləsi üzrə verilmiş 5218 (beş min iki yüz on səkkiz) manat kredit qızıl-zinət əşyalarının real dəyəri kimi qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh girov qoyulmuş qızıl zinət əşyalarının dəyəri 5218 (beş min iki yüz on səkkiz) manat və dövlət rüsumu üçün ödənilmiş 159 (yüz əlli doqquz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh girov qoyulmuş qızıl zinət əşyalarının dəyəri 5218 (beş min iki yüz on səkkiz) manat və dövlət rüsumu üçün ödənilmiş 159 (yüz əlli doqquz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-506/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-506/2024
08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver