Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-514/2024 11.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, X2, İddiaçı6, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdəki torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, X2, İddiaçı6, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdəki torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən ümumi paylı mülkiyyətlərində olan 0.12 hektar torpaq sahəsindən mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmədə İddiaçı6 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman İddiaçı1 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman iddiaçı X2 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman İddiaçı5 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman İddiaçı3 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. İddiaçılar İddiaçı1, İddiaçı4, X2, İddiaçı6, İddiaçı5 və İddiaçı3 tələblərini onunla əsaslandırmışlar ki, Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Astara rayonu, Şahağacı kənd ərazisində 0.12 hektar həyətyani torpaq sahəsi paylı mülkiyyətlərinə verilmişdir. Hansı ki, soyadları, adları və ata adı qeyd edilməklə JN-186 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə yazılmışdır. Qeyd edilən torpaq sahəsinə hüquqları xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydə aldırmaqla Çıxarış almışlar. Qüvvədə olan müvafiq qanunların tələblərinə görə ümumi birgə mülkiyyətin mülkiyyətçisi öz payına sahiblik etmək və ona dair sərəcan vermək hüququna malikdir. Qanunun bu tələblərinə baxmayaraq Cavabdeh günahı üzündən bu hüquqdan istifadə edə bilmirlər. Cavabdeh ilə payların müəyyən edilməsi şərtləri ilə razılığa gələ bilmirlər. Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən ümumi paylı mülkiyyətlərində olan 0.12 hektar torpaq sahəsindən mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1, İddiaçı4, X2, İddiaçı6, İddiaçı5 və İddiaçı3 Astara rayonu, Şahağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsi reyestr **********18 nömrəli çıxarışından görünür ki İddiaçı1, İddiaçı4, X2, İddiaçı6, İddiaçı5 və İddiaçı3 Cavabdehyla Astara rayonu, Şahağacı kəndində 0.12 ha torpaq sahəsinin birgə mülkiyyətçiləridirlər. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılar, yəni ümumi mülkiyyətin birgə mülkiyyətçləri paylarının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən Astara rayonu Şahağacı kənd ərazində 0,12 hektar yaşayış məntəqələri torpaq sahəsində, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı1 payı 1/7 hissə, İddiaçı4 payı 1/7 hissə, X1 payı 1/7 hissə, İddiaçı6 payı 1/7 hissə, İddiaçı5 payı 1/7 hissə, İddiaçı3 payı 1/7 hissə, Cavabdeh payı 1/7 hissə müəyyən edilməlidir «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli və ərizəçinin mülkiyyət hüquqları tam bərpa olunaraq onların birgə mülkiyyətində olan torpaq sahəsinə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən Astara rayonu Şahağacı kənd ərazində 0,12 hektar yaşayış məntəqələri torpaq sahəsində, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı1 payı 1/7 hissə, İddiaçı4 payı 1/7 hissə, X1 payı 1/7 hissə, İddiaçı6 payı 1/7 hissə, İddiaçı5 payı 1/7 hissə, İddiaçı3 payı 1/7 hissə, Cavabdeh payı 1/7 hissə müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-514/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-514/2024
11.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver