Məhkəmə qərarları › İş №2(018)-527/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-527/2023

10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-527/2023 10.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Əsassız varlanma tələbinə dair» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1380 (bir min üç yüz səksən) manat, 98 (doxsan səkkiz) qəpik, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat, 13 (on üç) qəpik və borca illik 5%-lə hesablanmış 132 (bir yüz otuz iki) manat, 34 (otuz dörd) qəpik əldən çıxarmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Mülki iş üzrə hazırlıq iclası keçirilmiş və məhkəmə baxışına təyin edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh (bundan sonra cavabdeh ) İddiaçı ASC-yə (bundan sonra “iddiaçı” və ya “Bank”) məxsus plastik kart cavabdeh tərəfindən istifadəçisidir.İddiaçı tərəfindən verilmiş plastik cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olan olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının №**********5693176) “nağdsız” ödəniş əməliyyatları icra etmişdir.Nəticədə Cavabdeh banka cəmi 1380 (bir min üç yüz səksən) manat, 98 (doxsan səkkiz) qəpik ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi borcunu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh ona məxsus kart hesabından (№№**********5693176) 10 fevral 2021-ci il tarixindən, 15 fevral 2021-ci il tarixədək olan müdddət ərzində onlayın ödənişlər etmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat, 13 (on üç) qəpik dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, İddiaçı ASC-nin Cavabdeh ona məxsus kart hesabından ona aid olan olmayan bankın vəsaitini 10 fevral 2021-ci il tarixində bir neçə dəfə əməliyyatlar apararaq istifadə etməklə 1380 (bir min üç yüz səksən) manat, 98 (doxsan səkkiz) qəpik pul çıxartması öz təsdiqini tapmamışdır. Kart üzrə çıxarışdan məlum olur ki, Cavabdeh tərəfindən 10 fevral 2021-ci il tarixindən, 15 fevral 2021-ci il tarixədək olan müdddət ərzində onlayın ödənişlər edilmişdir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1,135.2-ci maddələrinə əsasən əmlak əşyaların toplusudur,pullar isə əşyadır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat, 13 (on üç) qəpik pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «Əsassız varlanma tələbinə dair» iddiası təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində ədlə etdiyi 1380 (bir min üç yüz səksən) manat, 98 (doxsan səkkiz) qəpik, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat, 13 (on üç) qəpik və borca illik 5%-lə hesablanmış 132 (bir yüz otuz iki) manat, 34 (otuz dörd) qəpik əldən çıxarmış fayda tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar