Məhkəmə qərarları › İş №2(018)-565/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-565/2023

26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-565/2023 26.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2163 (iki min yüz altmış üç)manat məbləğində borc pul və 42 manat dövlət rüsumu, cəmi 2205 (iki min iki yüz beş) manat məbləğdə pul vəsaiti alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqram və elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Binə çörək zavodunda işləyərkən aralarında tanışlıq yaranmışdır.Birlikdə işlədiyi dövrdə maddi və mənəvi cəhətdən cavabdehə köməklik göstərdiyini, Cavabdeh ayrı vaxtlarda ondan borc pul götürdüyünü göstərmişdir.Hazırda Cavabdeh ona 2163 manat borcu olduğunu bildirmişdir.Cavabdeh borcun qaytarılmasını soz versədə, lakin borc məbləğini ona qaytarmamışdır.Odur ki, Cavabdeh 2163 (iki min yüz altmış üç)manat məbləğində borc pul və 42 manat dövlət rüsumu, cəmi 2205(iki min iki yüz beş) manat məbləğdə pul vəsaiti alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdi ki, 2021 -ci ildən Qaraçuxur qəsəbəsində yerləşən Binə çörək zavodunda müxtəlif işlərdə çalışmışdır. Bir müddət işlədikdən sonra müəyyən işlər görən zaman o, öz öhdəliyinə duşən işlərə görə onun adına cərimə gəldiyini, həmin pulların zavod özü ödədiyindən onun razılığı əsasında həmin pulları ödəyəcəyinə soz versədə, imkanı olmadığından ödəniş edə bilməmişdir. Ona görə də yazılı formada zavod rəhbərliyinə qəbz verib ki, həqiqətən də 2160 (iki min yüz altmış) manat borcu olduğunu və həmin pulları onlara ödəyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh verdiyi izahatında zavod rəhbərliyinə 2160 manat borcu olmasını və həmin pulu müəyyən zaman kəsiyində ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh müxtəlif tarixlərdə İddiaçı 2163 manat borc aldığını etiraf etmiş və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 43 manat rüsum ödəmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29, mənzil 128 qeydiyyatdadır. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri Suraxanı RF-nin 32-ci polis bölməsinə yazdığı ərizədən məlum olmuşdur ki, Cavabdeh 2163 borc pul məbləğini ona qaytarmadığı üçün onun barəsində Polisə şikayət ərizəsi yazmışdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh, İddiaçı cəmi 2205 (iki min iki yüz beş) manat qaytarmaq şərti ilə borc pul vermiş və hazırda həmin borcu cavabdehdən tələb edir. Cavabdeh həmin borcu İddiaçı aldığını etiraf edən qəbzi imzasıyla təsdiq etmiş, borcu isə qaytarmamışdır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2163 (iki min yüz altmış üç) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat, cəmi 220 5(iki min iki yüz beş) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 2163 (iki min yüz altmış üç)manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat, cəmi 2205 (iki min iki yüz beş) manat məbləğdə pul vəsaiti alınıb iddiaçı Cavabdeh verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar