Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-567/2023 24.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında 360 (üç yüz altmış) manat məbləğin tutulması barədə” mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi T.Şükürov iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 360 (üç yüz altmış) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 360 (üç yüz altmış) manat tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «KİA PRİDE» markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol hərəkəti qaydalarını pozmuş, nəticədə “Toyota PRİUS” markalı, 10-oOS-501 dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı DYP tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında İXP ******* saylı qərara əsasən “KİA PRİDE” markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) inzibati xətanı törətməklə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota PRİUS” markalı, **-OS-*** dövlət nömrə nişanlı avtomobilə 360 (üç yüz altmış) manat maddi zərər dəymişdir. PAZ********** saylı sığorta şəhadətnaməsinə və CML-5639 saylı 24 avqust 2022-ci il tarixli sığorta ödənişi aktına əsasən İddiaçı ASC tərəfindən 360 (üç yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş “İcbari Sığorta müqaviləsinə dair” məlumatından görünür ki, «KİA PRİDE» markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobil 17 mart 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək İddiaçı ASC-də sığortalanmışdır. Mülki işə əlavə edilmiş 17 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. İşə əlavə edilmiş CML-5639 saylı, 24 avqust 2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, Bakı şəhəri ərazisində «KİA PRİDE» markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşması nəticəsində “Toyota PRİUS” **-OS-*** dövlət nömrə nişanlı avtomobilə 360 (üç yüz altmış) manat maddi məbləğindəki dəymiş zərər İddiaçı ASC tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində vurulmuş zərər İddiaçı ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının tələb etdiyi 30 (otuz) manat məbləğində olan dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, Qət etdi: Kiçik mübahisələrə dair iddia ərizəsi təmin olunsun. Cavabdeh 360 (üç yüz altmış) manat ödənilmiş sığorta məbləği və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov. .
Məhkəmə qərarları › İş №2(018)-567/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-567/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver