Məhkəmə qərarları › İş №2(018)-570/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-570/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-570/2024 29.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar X2 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda borc kimi verilmiş 5000 (beş min) manat borcun və 71 (yetmiş bir) manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı2 iddialarını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar X2 və İddiaçı2 iddia ərizəsində göstərmişdilər ki, Astara şəhər sakinləri X5 və Cavabdeh2 müxtəlif vaxtlarda yəni 25 oktyabr 2022-ci il tarixdən hissə-hissə onlardan 5000 (beş min) yəni 2023-cü ildə iki dəfə 1500, bir dəfə 400 manat, 2024-cü ildə bir dəfə 1200, bir dəfə 400 manat Azərbaycan manatı borc almışdır. Cavabdehlər həmin pulu oğlunun məhkəmədə olan cinayət işi ilə və oğlunun yanına getməsi ilə bağlı aldığını bildirmiş və qısa müddətdə qaytaracağını bildirmişlər. Cavabdehlər onları inandırmaq üçün özlərinə məxsus BMV markalı 10VA715 dövlət qeydiyyat nişanlı avtomaşınıda girov kimi həyətlərində saxlamışlar. Sonradan həmin avtomaşın kredit borcuna görə Astara rayon polis əməkdaşlarının iştirakı ilə həyətdən götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli aktda qeyd edilir ki, müxtəlif vatlarda onlardan 5000 (beş min) manat pul aldığına görə həyətlərində saxlanılmış və 5000 (beş min) manatı qaytardığı halda həyətdə saxlanılmış avtomaşını cavabdehlərə qaytarılacaqdır. Həmin avto maşını cavabdehlər özləri həyətə gətirmiş və bunlara görə onlar cavabdehlərə inanmışlar. Astara rayon polis şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə avtomaşın həyətdən aparılandan sonra yəni xx.xx.2023-cü ildən cavabdehlər 5000 (beş min) manatı onlara qaytarmaqdan boyun qaçırırlar. Cavabdeh1 və Cavabdeh2 onlara borclu olduğu diskdəki video görüntülərlə təsdiq olunur. Diskin video görüntülərində Cavabdeh2 onlardan pul aldığını təsdiq edir. Həmin diskdəki video görüntülər həqiqətin müəyyən olunmasını təmin etməyin yeganə vasitə hesab edilə bilər. Cavabdehlərə məxsus avtomaşının həyətlərində saxlanılması halı və videogörüntülər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlardan müxtəlif vaxtlarda 5000 (beş min) manat pul aldığını təsdiq edir. Astara şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda borc kimi verilmiş 5000 (beş min) Azərbaycan manatının, 71 (yetmiş bir) manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətna çıxarılmasını etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, xx.xx.1956-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuşdur. İddiaçı2 onun qonşusu Cavabdeh1 isə dayısı oğludur. İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 borc pulu onun şahidliyi ilə vermişdir. Məhkəmə İddiaçı2, şahid X3 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara RİHB-nın Astara rayonu Ərçivan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 484 nömrəli arayışından görünür ki, İddiaçı2 Astara rayonu Ərçivan qəsəbə İƏDÜN-də qeydiyyatdadır. İş materiallarında olan Astara RİHB-nın Astara rayonu Ərçivan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 485 nömrəli arayışından görünür ki, X1 rayonu Ərçivan qəsəbə İƏDÜN-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyətin vəsiqəsinin sürətindən görünür ki, İddiaçı2 xx.xx.1949-cu ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyətin vəsiqəsinin sürətindən görünür ki, X2 xx.xx.1941-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 71 (yetmiş bir) manat dövlət rüsumu ödənilmişdir. İş materialında olan DVD-R yazı diskindən görünür ki, Cavabdeh1 və Cavabdeh2n X2 və İddiaçı2 borc pul almışlar. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar X2 və İddiaçı2 5000 (beş min) manat məbləğdə borcu olmuş və həmin borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 5000 (beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğdə pul vəsaiti tutulub X2 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 5000 (beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğdə pul vəsaiti tutulub X2 və İddiaçı2 verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar