Məhkəmə qərarları › İş №2(018)-585/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-585/2023

23.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-585/2023 23.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X16 və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “payın müəyyən edilməsi və həmin payın adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi 10 saylı Lənkəran Ərazi idarəsinə həvalə edilməsi barədə” iddiası mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “payın müəyyən edilməsi və həmin payın adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi 10 saylı Lənkəran Ərazi idarəsinə həvalə edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə həyətyanı torpaq sahəsində mərhum X7 0.01236 hektardan ibarət payından qalmış əmlaka payının 1/22 hissədə (ümumi həyətyanı üzrə 0.0005682 hektar) payının müəyyən edilməsi və həmin payın adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində DƏDRX-nin 10 saylı Lənkəran Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədi. Onu nümayəndəsi (qardaşı) X16 məhkəmə iclasında təmsil etdi. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı ilə hazırkı məhkəmə prosesinin keçirilməsini mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi (qardaşı) X16 iddianı müdafiə edib izahat verərək bildirdi ki, onun atası X11 10 avqust 1999-cu il tarixdə, anası X19 isə 13 noyabr 2014-cü il tarixdə ölmüşlər. İddiaçı valideynlərinin dəfn mərasimlərində iştirak etməklə, mərasim xərclərini ödəmişdir. Birgə nikahdan valideynlərinin 11 uşağı doğulmuşdur. X2 1947-ci il tarixdə, X17 19 dekabr 1954-cü il tarixdə, X16 26 iyun 1959-cu il tarixdə, X6 28 fevral 1961-ci i il tarixdə, X12 1950-ci il tarixdə, Səfərova (Kərimova) Nərminə Böyükağa qızı 08 noyabr 1952-ci il tarixdə, Səfərova (Abbasova) Naibə Böyükağa qızı 31 avqust 1956-cı il tarixdə, X13 20 oktyabr 1957-ci il tarixdə, Səfərova (Muradova) Toyxanım Böyükağa qızı xx xxxxxx 1962-ci il tarixdə, X8 21 aprel 1965-ci il tarixdə və Səfərova (Muradova) Rəsmiyyə Böyükağa qızı 04 iyul 1967-ci il tarixdə anadan olmuşlar. X1 1978-ci il tarixdə, X12 isə 2007-ci il tarixdə ölmüşlər. Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi X6, X19, X14, X18 və X9 mülkiyyətinə verilmişdir. 30 yanvar 2014-cü il tarixli çıxarışdan da, görünür ki, ünvan 2 ünvanında 0.0718 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179.9 kv.m fərdi yaşayış evi və 0.02236 hektar torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi, qalan həyətyanı torpaq sahəsi isə hər birinin 0.01236 hektar payı olmaqla X19, X14, X18 və X9 ümumi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçıya bir vərəsə kimi həyətyanı torpaq sahəsindən məcburi payının müəyyən edilməsində zərurət yaranmışdır. Belə ki, Nəriman Səfərovun məcburi payın müəyyən edilməsində razılığının olmadığını bildirmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X6 izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi X6, X19, X14, X18 və X9 mülkiyyətinə verilmişdir. 30 yanvar 2014-cü il tarixli çıxarışdan da, görünür ki, ünvan 2 ünvanında 0.0718 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179.9 kv.m fərdi yaşayış evi və 0.02236 hektar torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi, qalan həyətyanı torpaq sahəsi isə hər birinin 0.01236 hektar payı olmaqla X19, X14, X18 və X9 ümumi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddia edilən torpaq sahəsi ona vəsiyyətnamə əsasında keçmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 ilə X21 arasında olan nikah 11 aprel 1946-cı il tarixdə, 16 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş 12 iyul 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X3 şəhəri, Qum küçəsi, ev 41 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini, keçmiş SSRİ Əmanət banklarında dövründə qalmış bütün əmanətlərini, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını oğlu X5 vəsiyyət etmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X11 11 avqust 1999-cu il tarixdə, X19 isə 18 noyabr 2014-cü il tarixdə ölmüşlər. Mülki işə əlavə edilmiş JN-572 A nömrəli, Kod 80101004 nömrəli şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi X6, X19, X14, X18 və X9 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.0718 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179.9 kv.m fərdi yaşayış evi və 0.02236 hektar torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi, qalan həyətyanı torpaq sahəsi isə hər birinin 0.1236 hektar payı olmaqla X19, X14, X18 və X9 ümumi mülkiyyət kimi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəliyi üzrə verilmiş arayışdan görünür ki, ünvan 4 ünvanda yaşamış mərhum X11 və mərhum arvadı X10 aşağıda adları qeyd olunmuş uşaqları doğulmuşdur.

1. Oğlu: X20.

2. Oğlu: X17.

3. Oğlu: X16.

4. Oğlu: X6.

5. Qızı: X12.

6. Qızı: Səfərova (Kərimova) Nərminə Böyükağa qızı.

7. Qızı: Səfərova (Abbasova) Naibə Böyükağa qızı.

8. Qızı: X13.

9. Qızı: Səfərova (Muradova) Toyxanım Böyükağa qızı.

10. Qızı: X8.

11. Qızı: Səfərova (Muradova) Rəsmiyyə Böyükağa qızı. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi X6, X19, X14, X18 və X9 mülkiyyətinə verilmişdir. 30 yanvar 2014-cü il tarixli çıxarışdan da, görünür ki, ünvan 2 ünvanında 0.0718 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179.9 kv.m fərdi yaşayış evi və 0.02236 hektar torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi, qalan həyətyanı torpaq sahəsi isə hər birinin 0.01236 hektar payı olmaqla X19, X14, X18 və X9 ümumi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə həyətyanı torpaq sahəsində mərhum X7 0.01236 hektardan ibarət payından qalmış əmlaka payının 1/22 hissədə payının müəyyən edilməsi və həmin payın adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində DƏDRX-nin 10 saylı Lənkəran Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan 12 iyul 2013-cü il tarixli vəsiyyətnaməsinə əsasən X3 şəhəri, Qum küçəsi, ev 41 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini, keçmiş SSRİ Əmanət banklarında dövründə qalmış bütün əmanətlərini, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını oğlu X5 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. On görə də, məhkəmə hesab edir ki, mərhum X15 məxsus 0.01236 hektar torpaq sahəsi hissəsindən X4 payı 12/22 (iyirmi ikidə on iki) hektar hissədə, X20, X17, X16, X12, Səfərova (Kərimova) Nərminə Böyükağa qızı, Səfərova (Abbasova) Naibə Böyükağa qızı, X13, Səfərova (Muradova) Toyxanım Böyükağa qızı, X8, Səfərova (Muradova) Rəsmiyyə Böyükağa qızının hər birinin payları ayrı-ayrılıqda 1/22 (iyirmi ikidə bir) hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “payın müəyyən edilməsi və həmin payın adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi 10 saylı Lənkəran Ərazi idarəsinə həvalə edilməsi barədə” iddiası təmin edilsin. RX seriyalı, ******* nömrəli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən X15 məxsus 0.01236 hektar torpaq sahəsi hissəsindən X4 payı 12/22 (iyirmi ikidə on iki) hissədə, X20, X17, X16, X12, Səfərova (Kərimova) Nərminə Böyükağa qızı, Səfərova (Abbasova) Naibə Böyükağa qızı, X13, Səfərova (Muradova) Toyxanım Böyükağa qızı, X8, Səfərova (Muradova) Rəsmiyyə Böyükağa qızının hər birinin payları ayrı-ayrılıqda 1/22 (iyirmi ikidə bir) hissədə olması müəyyən edilsin. Həmin payın mülkiyyətçilərin adlarına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi məsələsinə baxılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində DƏDRX-nin 10 saylı Lənkəran Ərazi idarəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar