Məhkəmə qərarları › İş №2(018)-61/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-61/2024

06.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-61/2024 06.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X36 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 Astara rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(018)-113/2023 nömrəli qətnaməsi ilə ayrılmış 1/11 hissədə pay torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayonu, Aqrar İslahat Komissiyasının 16 oktyabr 2000-ci il tarixli 25 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün iki ayrı-ayrı ərazilərdə 2.20 hektar torpaq sahəsi paylı mülkiyyətlərinə verilmişdir. Hansı ki, subyektlərin yəni İddiaçı, X6, X4, X2, X7, X8, X3, X5, Cavabdeh3, X1 və Cavabdeh2 adı yazılmaqla onlara JN-0099 nömrəli 80103058 KOD-lu torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Zəruriyyət yarandığından mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Astara rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(018)- 113/2023 nömrəli qətnaməsi ilə hər birisinin payı ayrı-ayrılıqda 1/11 (on birda bir) hissədə olması müəyyən edilmişdir. Cavabdehlərlə məhkəmə tərəfindən müəyyən edilmiş payın naturada ayrılması üsulu və şərtləri ilə razılığa gələ bilmədiklərindən bu barədə məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlərdən başqa digər paylı mülkiyyətçilər onun ailə üzvləri yəni arvadı və doğma uşaqlarıdır. Cavabdehlərdən başqa onların arasında hər hansı mübahisə yoxdur. Bir ailə başçısı kimi onların razılıqları ilə o hazır ki, tələb ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Cavabdeh3, X1 və Cavabdeh2 Astara rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(018)- 113/2023 nömrəli qətnaməsi ilə ayrılmış 1/11 hissədə pay torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “JN-0099 KOD 80103058” saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 25 nömrəli qərarı ilə Astara rayonu, Motalayataq kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.20 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE07120659 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE15364655 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE15364350 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE17418132 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE14642159 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA2673709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Asxanakəran kənd İƏDÜN-nin 594 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Asxanakəran kəndində qeydiyyatda olmaqla Şıxımpeştə kəndində arvadı X17 ilə birlikdə yaşayır. İş materiallarında olan Astara RİHB-nın Asxanakəran kənd İƏDÜN-nin 596 saylı arayışından görünür ki, əvvəllər İddiaçı himayəsində yaşamış qardaşı uşaqları olan Cavabdeh3, X9 və Cavabdeh2 uzun müddətdir ki, Motlayataq kəndində yaşamırlar. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2661 saylı ekspert rəyindən görünür ki, Astara rayon Agrar İslahat Komissiyasının 16 oktyabr 2000-ci il tarixli, 25 saylı qərarı ilə mülkiyyətə verilmiş 2.20 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin İddiaçı, X19, X12, X10. X20, X14, X11, X16, Cavabdeh3, Bəyəliyeva (Vəliyeva) Rəhimə Səxavət qızı va Cavabdeh2 paylı mülkiyyətlərinə verilmiş Astara rayonu Motalayataq kəndi ərazisində yerləşən iki hissədən ibarət (0.56 ha və 1.64 ha) 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. "Torpağa mülkiyyət hüququna dai" JN-0099 nömrəli, kod 80103058 seriyalı dövlət aktına əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 16 oktyabr 2000-ci il tarixli, 25 saylı qərarı ilə mülkiyyətə verilmiş 2.20 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin faktiki vəziyyətdə iki hissədən ibarət olmasını, torpaq sahəsinin hər bir hissəsinin yol ilə sərhəd olmasını, torpaq sahəsinin üzərində tikilnin mövcud olmamasını nəzərə alaraq, həmin torpaq sahəsinin İddiaçı, X17, X12, X10, X20, X14, X11, X16, Cavabdeh3, Bəyəliyeva (Vəliyeva) Rəhimə Səxavət qızı və Cavabdeh2 hər birinin 1/11 hissə paya uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, "Torpağa mülkiyyət hüququna dai" JN-0099 nömrəli, kod 80103058 seriyalı dövlət aktına əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 16 oktyabr 2000-ci il tarixli, 25 saylı qərarı ilə mülkiyyətə verilmiş 2.20 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin faktiki vəziyyətdə iki hissədən ibarət olmasını, torpaq sahəsinin hər bir hissəsinin yol ilə sərhəd olmasını, torpaq sahəsinin üzərində tikilnin mövcud olmamasını nəzərə alaraq, həmin torpaq sahəsinin İddiaçı, X17, X12, X10, X20, X14, X11, X16, Cavabdeh3, Bəyəliyeva (Vəliyeva) Rəhimə Səxavət qızı və Cavabdeh2 hər birinin 1/11 hissə paya uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, JN-0099 KOD 80103058 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktın əsasən Astara rayonu Motalayataq kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və digərlərinə məxsus olan, iki hissədən ibarət sahəsi 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh3 1/11 hissə payı olan 0,20 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yəni 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi az olan hissədə bir tərəfin eni 11,5 metr olmaqla, Cavabdeh1 1/11 hissə payı olan 0,20 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yəni 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi az olan hissədə bir tərəfin eni 29.4 metr olmaqla, Cavabdeh2 1/11 hissə payı olan 0,20 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yəni 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi az olan hissədə bir tərəfin eni 25.5 metr və 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi çox olan hissədə eni 20.6 metr, uzunluğu 32.8 metr olmaqla bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. JN-0099 KOD 80103058 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktın əsasən Astara rayonu Motalayataq kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və digərlərinə məxsus olan, iki hissədən ibarət sahəsi 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh3 1/11 hissə payı olan 0,20 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yəni 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi az olan hissədə bir tərəfin eni 11,5 metr olmaqla, Cavabdeh1 1/11 hissə payı olan 0,20 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yəni 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi az olan hissədə bir tərəfin eni 29.4 metr olmaqla, Cavabdeh2 1/11 hissə payı olan 0,20 ha torpaq sahəsi naturada, (ekspert rəyində göstərilən sxamə uyğun olaraq), yəni 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi az olan hissədə bir tərəfin eni 25.5 metr və 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəsindən sahəsi çox olan hissədə eni 20.6 metr, uzunluğu 32.8 metr olmaqla bölünsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar