Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-614/2023 07.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40693 manat əsas borcun və 212 manat, 08 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 40905 manat, 08 qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddialarının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən mənim fərdi sahibkar kimi fəaliyyət göstərdiyim mağazadan ümumilikdə dəyəri 72743 manat olan qızıl-zinyət əşyaları əldə etmişdir. Cavabdeh xx.xx.2022-ci il nisyə alqı-satqı müqaviləsi üzrə qızıl-zinyət əşyaları üçün xx.xx.2022-ci ilədək cəmi 72743 manat məbləğin mənə ödəniş etməsi barədə öhdəlik götürmüşdür. Sonradan cavabdeh müəyyən ödənişlər etdikdən sonra iddiaçı X1 70693 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə iddiaçı tərəfindən Astara rayon Polis Şöbəsinə də müraciət edilmiş, Astara rayon Polis Şöbəsində cavabdehin həyat yoldaşı X3 da izahatında iddiaçıdan 72743 manat dəyərində qızıl-zinyət əşyaları götürdüklərini və həmin qızıl zinyət əşyalarına görə müəyyən ödənişlər etdikdən sonra 70693 manat borclarının qaldığını göstərmişdir. Bundan sonra yenə də cavabdehin həmin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra iddiaçı X1 40693 manat borcu qalmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır, borc məbləğini ödəməkdən yayınır. Buna görə də borc məbləğinin cavabdehdən tutularaq X1 ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq.Hesab edirik ki, Cavabdeh 40693 manat məbləğində əsas borcun və 212,08 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq mənim xeyrimə ödənilməlidir.İddia ərizəsinə əlavə etdiyim xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, mənim fərdi sahibkar kimi fəaliyyət göstərdiyim mağazadan dəyəri 72743 manat olan qızıl-zinyət əşyaları əldə etmişdir və cavabdeh xx.xx.2022-ci ilədək cəmi 72743 manat məbləğin mənə ödəniş etməsi barədə öhdəlik götürmüşdür. İddia ərizəsinə əlavə etdiyim iddiaçı və cavabdeh arasında olan whatsaap yazışmalarından edilmiş çıxarışdan görünür ki, cavabdeh həmin müqavilə üzrə iddiaçıdan 72743 manat dəyərində qızıl-zinyət əşyaları götürmüş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.Odur ki, cavabdehdən 40693 manat məbləğində əsas borcun və 212,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 40905,08 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh 40693 manat məbləğində əsas borcun və 212,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 40905,08 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 yanvar 2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh 72743 manat məbləğində qızıl-zinət əşyalarını nisyə vermişdir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Bakı şəhər sakinləri X4 və həyat yoldaşı İddiaçı ilə Astara rayon Pensər kənd sakinləri X3 və həyat yoldaşı Cavabdeh arasında 70693 manat borc məsələsi mülki məsələ olduğundan İddiaçı aidiyyatı üzrə rayon məhkəməsinə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli maps arayışından görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş və orada qeydiyatdadır. Sosial şəbəkələrindən olan “Whatchap” yazışmalarındanda görünür ki, Cavabdeh İddiaçı borcunun qaytarılmasına dair vədlər versədə, lakin bugünə qədər iddiaçıya olan borcunu qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 212 manat 08 qəpik dövlət rüsumu cavabdehən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 40693 (qırx min altı yüz doxsan üç) manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 212 (iki yüz on iki) manat 08 qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 40693 (qırx min altı yüz doxsan üç) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 212 (iki yüz on iki) manat 08 qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-614/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-614/2023
07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver