Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-620/2024 01.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mülkiyyətçilər arasında payın müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mülkiyyətçilər arasında payın müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı1 nümayəndəsi və vəkili X2 bildirdi ki. iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını məhkəmədən xahiş edir və o barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etmədiyini və işin baxılmasını tələb etmədiyini bildirib, işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cimaddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(018)-620/2024 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mülkiyyətçilər arasında payın müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-620/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-620/2024
01.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver