Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-671/2023 20.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirəzadə Ofeliya Cavad qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul və dövlət rüsumunun ödənilməsi tələbinə dair” barədə iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı “Pul və dövlət rüsumunun ödənilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh mağazada satıcı işlədiyi dövrdə mənimsədiyi 25940 (iyirmi beş min doqquz yüz qırx) manat pulun və ödənilmiş 280 (iki yüz səksən) manat dövlət rüsumunun alınıb təmsil etdiyi şəxsə verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədi. Onu vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında təmsil etdi. Məhkəmə hazırkı mülki işə iddiaçının iştirakı olmadan hazırkı mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Astara şəhəri H. Əliyev prospektində onun ərzaq və qeyri-ərzaq mallari mağazası vardır. Həmin mağazaya satıcı tələb olunduğuna görə İddiaçı 01 fevral 2021-ci il tarixdə Astara rayonu Qapçıməhəllə kənd sakini Cavabdeh mağazaya satıcı vəzifəsinə qəbul etmiş və 0l fevral 2021-ci il tarixdə onunla əmək müqaviləsi, həmdə Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsulyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsində qeyd olunur ki, “tam məsuliyyətlə ona etibar edilimiş maddi dəyərlərin, yəni ərzaq və qeyri - ərzaq mallarının və pul vəsaitlərinin qaimə fakturada göstərilmiş maddi dəyərlərin qorunmasını öz boynuna götürmüşdür. Həmin maddənin a)bəndində qeyd edilir ki, ona etibar edilən maddi dəyərləri və həvalə edilmiş işlərə qayğı ilə yanaşacaq. Eyni zamanda heç bir halda maddi və mənəvi ziyan gətirməyəcəkdir. Lakin satıcı Cavabdeh əmək müqaviləsində və maddi məsuliyyət haqqında müqavilədə götürdüyü öhdəliklərə əməl etməmiş, həmin müqavilələrin tələblərini pozaraq qəbul etdiyi ərzaq və qeyri- ərzaq mallarıni sataraq bir qisminin pullarını təhvil verməmis və həmin satılmış malların pullarını təftiş vaxtı hara xərclədiyini izah edə bilməmişdir. Bildirdi ki, qeyd edilən mağazanın icraçı direktoru X7, mağazanın mühasibi isə X4r. 31 yanvar 2021-ci il tarixdə sabiq satıcı X3 təhvil - qəbul aktına əsasən Cavabdeh 9287 (doqquz min iki yüz səksən yeddi) manat ərzaq və qeyri ərzaq mallari və 20 manat, 50 qəpik nəğd pul, 300 (üç yüz) manatlıq telefon kartları, cəmi 9607 (doqquz min altı yüz yeddi) manatlıq maddi nemətlər qəbul etmişdir. 31 yanvar 2021-ci il tarixdə Cavabdeh iştiraki ilə mağazada yoxlama aparılmış və həmin mallar akt əsasında ona təhvil verilmişdir. 06 iyun 2021-ci il tarixdə mağazada növbəti dövr üçün satıcı, maddi məsul şəxs X10 iştirakı ilə yoxlama aparılmışdır. X1, X8, X11, X19 və Cavabdeh iştirak etmişlər. Yoxlama 06 iyun 2021-ci il tarixdə başlamış, 06 iyun 2021-ci ilə qədər ərzaq və qeyri-ərzaq mallarının faktiki qalıqları sayılmış, 06 iyun 2021-ci il tarixdə ərzaq və qeyri- ərzaq mallarının uçotu üzrə ümumi qalıqları ilə üzləşdirilərək bunlar müəyyən olunmuşdur: 01 fevral 2021-ci il tarixə satıcı maddi-məsul şəxs Cavabdeh öhdəsində uçot üzrə mal qalığı 9307 (doqquz min üç yüz yeddi) manat, 93 qəpik ərzaq və qeyri ərzaq mallarının qalığı, 300 (üç yüz) manat telefon konturlarının dəyəri, cəmi 9607 manat 93 qəpik olmuşdur. Yoxlamanın əhatə etdiyi dövrlərdə (xx.xx.2021-01. 06.2021) ayrı-ayrı aylar üzrə mədaxil olmuş ərzaq və qeyri - ərzaq malları belə göstərilmişdir ki, 01 fevral 2021 - ci il tarixdən 28 fevral 2021 - ci il tarixədək -7891 manat 71 q., 01 mart 2021 ci il tarixdən 31 mart 2021-ci il tarixədək -6952 manat 31q., 01 aprel 2021 ci il tarixdən -30 aprel 2021-ci il tarixədək -8564 manat, 31 q. 01 may 2021 ci il tarixdən 31 may 2021-ci il tarixədək-7623 manat, 33q., 01 iyun 2021-ci il tarixdən -06 iyun 2021-ci il tarixədək-2210 manat, 26q., cəmi qəbul etdiyi ərzaq və qeyri-ərzaq mallarının məbləği: 33242 (otuz üç min iki yüz qırx iki) manat, 12 qəpik olmuşdur. 01 fevral 2021-ci il tarixdən 06 iyun 2021-ci il tarixədək olan dövrlərdə saticı maddi-məsul şəxs Cavabdeh tərəfindən cəmi 29380 manat məbləğində təhvil vermişdir. Yoxlamanın nəticəsini uçot üzrə qalıqlarla üzləşdirdikdə müəyyən olunmuşdur ki, 01 fevral 2021-ci il tarixli təhvil - təslim akına əsasən satıcı, maddi - məsul şəxs Cavabdeh 9307 manat, 93 qəpik dəyərində mal qəbul etmis, yoxlamanin ahatə etdiyi dövrlərdə 33242 manat, 12 qəpik dəyərində ərzaq və qeyriərzaq malları almış, 29380 manat satış pulları təhvil vermiş və uçot üzrə mal qalığı xx.xx.2021-ci il tarixə 13170 manat, 05 qəpik olmuşdur. 01 iyun 2021 -ci il tarixə uçot üzrə 13170 manat, 05 manat mal qalığı olmalı halda, faktiki qəpikdir. Cavabdeh öhdəsində 2049 manat, 74 qəpik əskiklik yaranmışdır. 07 noyabr 2021-ci il tarixdə mağazada növbəti dövr üçün satıcı, maddi məsul şəxs X10 iştirakı ilə yoxlama aparılmışdır. X1, X8, X11, X20 və Cavabdeh iştirak etmişlər. Yoxlama 07 noyabr 2021-ci il tarixdə başlamış, 06 iyun 2021ci il tarixdən 07 noyabr 2021 - ci ilə qədər ərzaq və qeyri-ərzaq mallarının faktik qalıqlar sayılmış, 07 noyabr 2021-ci il tarixdə ərzaq və qeyri-ərzaq mallarının uçotu üzrə ümumi qalıqları ilə üzləşdirilərək cəmi 11420 manat, 31 qəpik müəyyən olmuşdur. Yoxlamanın əhatə etdiyi dövrlərdə (xx.xx.2021-xx.xx.2021) ayrı-ayrı aylar üzrə mədaxil olmuş ərzaq və qeyri-ərzaq mallarının məbləği: 40043 (qırx min qırx üç) manat, 77 qəpik olmuşdur. 07 iyun 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixədək olan dövrlərdə satıcı, maddi-məsul şəxs Cavabdeh tərəfindən gündəlik olaraq, aylar üzrə satış pullarının cəmi 36790 manat məbləğdə təhvil vermisdir. Yoxlamanın nəticəsini uçot üzrə qalıqlarla üzləşdirdikdə müəyyən olunmuşdur ki, Cavabdeh uçot üzrə mal qalığı 07.11. 2021-ci il tarixə 14374 manat, 08 qəpik olmuşdur. 07 noyabr 2021-cı il tarixə uçot üzrə 16374 manat, 08 qəpik mal qalığı olmalı halda, faktiki yoxlama nəticəsində mallar sayılaraq müəyyən olunmuşdur ki, mal qalığı 10085 manat, 59 qəpikdir. Cavabdeh öhdəsində 4188 manat, 49 qəpik əskiklik yaranmışdır. 29 yanvar 2023-cü il tarixdə mağazada növbəti dövr üçün satıcı maddi məsul şəxs X10 iştirakı ilə yoxlama aparılmışdır. X2, X8, X11, X19 və Cavabdeh iştirak etmişlər. Yoxlama 29 yanvar 2023-cü il tarixdə başlamış, 08 noyabr 2021-ci il tarixdən 29 yanvar 2023-ci ilə qədər ərzaq və qeyri-ərzaq mallarının faktiki qalıqları sayılmış, 29 yanvar 2023-ci il tarixdə ərzaq və qeyri-ərzaq mallarının uçotu üzrə ümumi qalıqları ilə üzləşdirilərək cəmi 10385 manat, 59 qəpik olmağı müəyyən olmuşdur. Yoxlamanın əhatə etdiyi dövrlərdə (xx.xx.2021-xx.xx.2023) ayrı-ayrı aylar üzrə mədaxil olmuş ərzaq və qeyri-ərzaq mallarının cəmi qəbul etdiyi ərzaq və qeyri- ərzaq mallarının məbləği: 87713 (səksən yeddi min yeddi yüz on üç) manat, 71 qəpik olmuşdur. 08 noyabr 2021-ci il tarixdən 29 yanvar 2023-cü il tarixədək olan dövrlərdə satıcı maddi məsul səxs Cavabdeh tərəfindən gündəlik olaraq cəmi 72360 manat məbləğində pul təhvil vermişdir. Yoxlamanın nəticəsini uçot üzrə qalıqlarla üzləşdirdikdə müəyyən olunmuşdur ki, Cavabdeh öhdəsində xx.xx.2023-ci il tarixə uçot üzrə mal qalığı 25439 manat, 30 qəpik olmuşdur. 29 yanvar 2023-cü il tarixə uçot üzrə 25439 manat, 30 qəpik mal qalığı olmalı halda, faktiki yoxlama nəticəsində mallar sayılaraq müəyyən olundu ki. mal qalığı 5736 manat, 25 qəpikdir. Cavabdeh öhdəsində 19703 manat, 05 qəpik əskiklik yaranmışdır. Qeyd etdi ki, yoxlamanın əhatə etdiyi dövrlərdə bütün mallar ayrı-ayrı mədaxil alış qaimələri əsasında satici. maddi-məsul səxs Cavabdeh tərəfindən şəxsən qəbul edilmiş və imzası ilə təsdiq edilərək özünün apardığı uçot kitabına və mağaza tərəfindən aparılan qaimələrin qeydiyyat kitabı və icmal kitabına işlənərək hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Gündəlik satış pullarıda hər iki tərəfin imzası ilə təsdiqlənərək təhvil -qəbul edilmişdir. Yoxlama başa çatdıqdan sonra bütün ərzaq və qeyri-ərzaq malları sayılaraq sabiq satıcı Cavabdeh tərəlindən fərdi sahibkar, mağaza sahibi X5, faktiki mal qalıqları (ərzaq və qeyri - ərzaq) 5723 manat 15 qəpik. Nəğd pul 13 manat, 10 qəpik, telefon kartlarının (kontur) 300 manat, cəmi 6036 manat, 25 qəpik verilmişdir. Bundan sonra satıcı maddi məsul səxs Cavabdeh bağlanmış müqaviləsinə xitam verilmiş və o, bütün öhtəsində olan malları təhvil vermiş, mağazaya olan borcunu qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Lakin o, sonradan verdiyi sözə əməl etməmiş və borclu olduğu pulları qaytarmamışdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Cavabdeh izahat verərək bildirdi ki, o, iddiaçının mağazasında satıcı işləmiş və aylıq 200 manat məbləğində əmək haqqı almışdır. Onun iş müddəti səhər saat 08:30-dan axşam saat 23:00-dək olmuşdur. Həmin mağazada işlədiyini dövrdə çox vaxt malları iddiaçı özü qəbul etmiş, sonuncuya pul lazım olduğu təqdirdə kassadan istədiyi məbləğdə pul götürmüşdür. İddiaçı onun savadsızlığından sui-istifadə edərək 25940 manat məbləğində pul ona əskik kimi yazmışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş əmək müqaviləsindən görünür ki, işəgötürən Ağayev X6 Təbriz Sakit oğlunu mağazada satıcı vəzifəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh tam məsuliyyətlə ona etibar edilimiş maddi dəyərlərin, yəni ərzaq və qeyri - ərzaq mallarının və pul vəsaitlərinin qaimə fakturada göstərilmiş maddi dəyərlərin qorunmasını öz boynuna götürmüşdür. Həmin maddənin a)bəndində qeyd edilir ki, Cavabdeh ona etibar edilən maddi dəyərləri və həvalə edilmiş işlərə qayğı ilə yanaşacaq. Eyni zamanda heç bir halda maddi və mənəvi ziyan gətirməyəcəkdir. Mülki işə əlavə edilmiş aktlara əsasən 31 yanvar 2021-ci il tarixdə sabiq satıcı X3 təhvil qəbul aktına əsasən Cavabdeh 9287 (doqquz min iki yüz səksən yeddi) manat ərzaq və qeyri ərzaq mallari və 20 manat, 50 qəpik nəğd pul, 300 (üç yüz) manatlıq telefon kartları, cəmi 9607 (doqquz min altı yüz yeddi) manatlıq maddi nemətlər qəbul etmişdir. 31 yanvar 2021-ci il tarixdə Cavabdeh iştiraki ilə mağazada yoxlama aparılmış və həmin mallar akt əsasında ona təhvil verilmişdir. 06 iyun 2021-ci il tarixdə mağazada növbəti dövr üçün satıcı, maddi məsul şəxs X10 iştirakı ilə yoxlama aparılmışdır. X1, X8, X11, X19 və Cavabdeh iştirak etmişlər. Yoxlama 06 iyun 2021-ci il tarixdə başlamış, 06 iyun 2021-ci ilə qədər ərzaq və qeyri-ərzaq mallarının faktiki qalıqları sayılmış, 06 iyun 2021-ci il tarixdə ərzaq və qeyri- ərzaq mallarının uçotu üzrə ümumi qalıqları ilə üzləşdirilərək bunlar müəyyən olunmuşdur: 01 fevral 2021-ci il tarixə satıcı maddi-məsul şəxs Cavabdeh öhdəsində uçot üzrə mal qalığı 9307 (doqquz min üç yüz yeddi) manat, 93 qəpik ərzaq və qeyri ərzaq mallarının qalığı, 300 (üç yüz) manat telefon konturlarının dəyəri, cəmi 9607 manat 93 qəpik olmuşdur. Yoxlamanın əhatə etdiyi dövrlərdə (xx.xx.2021-01. 06.2021) ayrı-ayrı aylar üzrə mədaxil olmuş ərzaq və qeyri - ərzaq malları belə göstərilmişdir ki, 01 fevral 2021 - ci il tarixdən 28 fevral 2021 - ci il tarixədək -7891 manat 71 q., 01 mart 2021 ci il tarixdən 31 mart 2021-ci il tarixədək -6952 manat 31q., 01 aprel 2021 ci il tarixdən -30 aprel 2021-ci il tarixədək -8564 manat, 31 q. 01 may 2021 ci il tarixdən 31 may 2021-ci il tarixədək-7623 manat, 33q., 01 iyun 2021-ci il tarixdən -06 iyun 2021-ci il tarixədək-2210 manat, 26q., cəmi qəbul etdiyi ərzaq və qeyri-ərzaq mallarının məbləği: 33242 (otuz üç min iki yüz qırx iki) manat, 12 qəpik olmuşdur. 01 fevral 2021-ci il tarixdən 06 iyun 2021-ci il tarixədək olan dövrlərdə saticı maddi-məsul şəxs Cavabdeh tərəfindən cəmi 29380 manat məbləğində təhvil vermişdir. Yoxlamanın nəticəsini uçot üzrə qalıqlarla üzləşdirdikdə müəyyən olunmuşdur ki, 01 fevral 2021-ci il tarixli təhvil - təslim akına əsasən satıcı, maddi - məsul şəxs Cavabdeh 9307 manat, 93 qəpik dəyərində mal qəbul etmis, yoxlamanin ahatə etdiyi dövrlərdə 33242 manat, 12 qəpik dəyərində ərzaq və qeyriərzaq malları almış, 29380 manat satış pulları təhvil vermiş və uçot üzrə mal qalığı xx.xx.2021-ci il tarixə 13170 manat, 05 qəpik olmuşdur. 01 iyun 2021 -ci il tarixə uçot üzrə 13170 manat, 05 manat mal qalığı olmalı halda, faktik qəpikdir. Cavabdeh öhdəsində 2049 manat, 74 qəpik əskiklik yaranmışdır. 07 noyabr 2021-ci il tarixdə mağazada növbəti dövr üçün satıcı, maddi məsul şəxs X10 iştirakı ilə yoxlama aparılmışdır. X1, X8, X12, X20 və Cavabdeh iştirak etmişlər. Yoxlama 07 noyabr 2021-ci il tarixdə başlamış, 06 iyun 2021-ci il tarixdən 07 noyabr 2021 - ci ilə qədər ərzaq və qeyri-ərzaq mallarının faktik qalıqlar sayılmış, 07 noyabr 2021-ci il tarixdə ərzaq və qeyri-ərzaq mallarının uçotu üzrə ümumi qalıqları ilə üzləşdirilərək cəmi 11420 manat, 31 qəpik müəyyən olmuşdur. Yoxlamanın əhatə etdiyi dövrlərdə (xx.xx.2021-xx.xx.2021) ayrı-ayrı aylar üzrə mədaxil olmuş ərzaq və qeyri-ərzaq mallarının məbləği:40043 (qırx min qırx üç) manat, 77 qəpik olmuşdur. 07 iyun 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixədək olan dövrlərdə satıcı, maddi-məsul şəxs Cavabdeh tərəfindən gündəlik olaraq, aylar üzrə satış pullarının cəmi 36790 manat məbləğdə təhvil vermisdir. Yoxlamanın nəticəsini uçot üzrə qalıqlarla üzləşdirdikdə müəyyən olunmuşdur ki, Cavabdeh uçot üzrə mal qalığı 07.11. 2021-ci il tarixə 14374 manat, 08 qəpik olmuşdur. 07 noyabr 2021-cı il tarixə uçot üzrə 16374 manat, 08 qəpik mal qalığı olmalı halda, faktiki yoxlama nəticəsində mallar sayılaraq müəyyən olunmuşdur ki, mal qalığı 10085 manat, 59 qəpikdir. Cavabdeh öhdəsində 4188 manat, 49 qəpik əskiklik yaranmışdır. 29 yanvar 2023-cü il tarixdə mağazada növbəti dövr üçün satıcı maddi məsul şəxs X10 iştirakı ilə yoxlama aparılmışdır. X2, X8, X11, X19 və Cavabdeh iştirak etmişlər. Yoxlama 29 yanvar 2023-cü il tarixdə başlamış, 08 noyabr 2021-ci il tarixdən 29 yanvar 2023-ci ilə qədər ərzaq və qeyri-ərzaq mallarının faktiki qalıqları sayılmış, 29 yanvar 2023-ci il tarixdə ərzaq və qeyri-ərzaq mallarının uçotu üzrə ümumi qalıqları ilə üzləşdirilərək cəmi 10385 manat, 59 qəpik olmağı müəyyən olmuşdur. Yoxlamanın əhatə etdiyi dövrlərdə (xx.xx.2021-xx.xx.2023) ayrı-ayrı aylar üzrə mədaxil olmuş ərzaq və qeyri-ərzaq mallarının cəmi qəbul etdiyi ərzaq və qeyri- ərzaq mallarının məbləği: 87713 (səksən yeddi min yeddi yüz on üç) manat, 71 qəpik olmuşdur. 08 noyabr 2021-ci il tarixdən 29 yanvar 2023-cü il tarixədək olan dövrlərdə satıcı maddi məsul səxs Cavabdeh tərəfindən gündəlik olaraq cəmi 72360 manat məbləğində pul təhvil vermişdir. Yoxlamanın nəticəsini uçot üzrə qalıqlarla üzləşdirdikdə müəyyən olunmuşdur ki, Cavabdeh öhdəsində xx.xx.2023-ci il tarixə uçot üzrə mal qalığı 25439 manat, 30 qəpik olmuşdur. 29 yanvar 2023-cü il tarixə uçot üzrə 25439 manat, 30 qəpik mal qalığı olmalı halda, faktiki yoxlama nəticəsində mallar sayılaraq müəyyən olundu ki. mal qalığı 5736 manat, 25 qəpikdir. Cavabdeh öhdəsində 19703 manat, 05 qəpik əskiklik yaranmışdır. Qeyd etdi ki, yoxlamanın əhatə etdiyi dövrlərdə bütün mallar ayrı-ayrı mədaxil alış qaimələri əsasında satici. maddi-məsul səxs Cavabdeh tərəfindən şəxsən qəbul edilmiş və imzası ilə təsdiq edilərək özünün apardığı uçot kitabına və mağaza tərəfindən aparılan qaimələrin qeydiyyat kitabı və icmal kitabına işlənərək hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Gündəlik satış pullarıda hər iki tərəfin imzası ilə təsdiqlənərək təhvil -qəbul edilmişdir. Yoxlama başa çatdıqdan sonra bütün ərzaq və qeyri-ərzaq malları sayılaraq sabiq satıcı Cavabdeh tərəlindən fərdi sahibkar, mağaza sahibi X5, faktiki mal qalıqları (ərzaq və qeyri - ərzaq) 5723 manat 15 qəpik. Nəğd pul 13 manat, 10 qəpik, telefon kartlarının (kontur) 300 manat, cəmi 6036 manat, 25 qəpik verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı Cavabdeh ünvanlandırmış məktubundan görünür ki, iddiaçıya məxsus mağazada cavabdehin satıcı işlədiyi dövrdə, yəni 01 fevral 2021-ci il tarixdən 29 yanvar 2023-cü il tarixədək 25940 (iyirmi beş min doqquz yüz qırx) manat, 28 (iyirmi səkkiz) qəpik əskik çatışmamazlığın olduğu barədə və cavabdehin qarşılıqlı hesablaşma aparmaqdan ötəri mağazaya dəvət olunduğu barədə Cavabdeh bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 280 (iki yüz səksən) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı 01 fevral 2021-ci il tarixdə Astara rayonu Qapçıməhəllə kənd sakini Cavabdeh mağazaya satıcı vəzifəsinə qəbul etmiş və 0l fevral 2021-ci il tarixdə onunla əmək müqaviləsi, həmdə Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsulyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsində qeyd olunur ki, “tam məsuliyyətlə ona etibar edilimiş maddi dəyərlərin, yəni ərzaq və qeyri - ərzaq mallarının və pul vəsaitlərinin qaimə fakturada göstərilmiş maddi dəyərlərin qorunmasını öz boynuna götürmüşdür. Həmin maddənin a)bəndində qeyd edilir ki, ona etibar edilən maddi dəyərləri və həvalə edilmiş işlərə qayğı ilə yanaşacaq. Eyni zamanda heç bir halda maddi və mənəvi ziyan gətirməyəcəkdir. Lakin satıcı Cavabdeh əmək müqaviləsində və maddi məsuliyyət haqqında müqavilədə götürdüyü öhdəliklərə əməl etməmiş, həmin müqavilələrin tələblərini pozaraq qəbul etdiyi ərzaq və qeyri- ərzaq mallarıni sataraq bir qisminin pullarını təhvil verməmisdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 25940 (iyirmi beş min doqquz yüz qırx) manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. AR Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X13 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “Pul və dövlət rüsumunun ödənilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 25940 (iyirmi beş min doqquz yüz qırx) manat pul və ödənilmiş 280 (iki yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-671/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-671/2023
20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver