Məhkəmə qərarları › İş №2(018)-7/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-7/2025

28.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-7/2025 28.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, X3, X1 və İsmayılova (Quliyeva) Mina Abbas qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, X3, X1 və İsmayılova (Quliyeva) Mina Abbas qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini baxılmamış saxlanması və sənədlərinin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, X3, X1 və İsmayılova (Quliyeva) Mina Abbas qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.11-ci maddəsinə əsasən hesab edir ki, hazırki 2(018)-7/2025 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, X3, X1 və İsmayılova (Quliyeva) Mina Abbas qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar