Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-736/2024 08.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X20 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 152.5 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən və 0.14 hektar həyətyanı torpaq sahəsindən ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddianılarını müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçılar İddiaçı2 və İddiaçı1 tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı2 Cavabdeh ilə xx.xx.1979-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan X2, X1, X3, İddiaçı1 adlı uşaqları anadan olmuşlar. Birgə yaşayış dövründə 4 otaqdan və açıq eyvandan ibarət fərdi yaşayış evi və 0.14 hektar həyətyani torpaq sahəsi xüsusi mülkiyyətlərində vardır. Həm qeyd edilən 152.5 kvadratmetr sahədən ibarət fərdi yaşayış evinə və 0.14 hektar həyətyani torpaq sahəsinə hüquqları xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla onlara çıxarış verilmişdir. Cavabdeh İddiaçı2 ilə 44 il müddətdir ki, ər-arvad kimi yaşamasına baxmayaraq heç bir əsaslı səbəblər olmadan nikahının pozulması tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən ailənin saxlanılması üçün tədbirlər görülsə də nəticəsi olmamış və aralarında olan nikah Astara rayon məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(018)-770/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hazırda onları evdən çıxarmaqla hədələyir. Hətda o, İddiaçı1 arvadı Azada Abdullayeva qarşı məişət zorakılığı etmişdir. X14 və onun əri İddiaçı1 həyatı təhlükəli olduğundan bunun qarşısının almaqdan ötrü Astara rayon İcra Hakimiyyəti başçısının aparatı nəzdində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı Monitorinq qrupunda işə baxılmışdır. İşə baxılarkən müəyyən olmuşdur ki, Cavabdeh öz arvadı İddiaçı2, gəlini Azadə Abdullayevanı və oğlu İddiaçı1 sərxoş vəziyyətdə ailə daxili münaqişələr yaradaraq, onları nalayiq söyüşlərlə təhqir etmiş, müxtəlif böhtanlar atmış, psixi və fiziki zorakılığ göstərmiş onları evdən çıxarmağa çalışmışdır. Gender zorakılığı və uşaqlara qarşı zokaılıq üzrə etibarlı monitorinq qrupunun xx.xx.2024-cü il tarixli 01 saylı Qərarı ilə Cavabdeh cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş və X7 18 aprel 2024-cü il tarixdən başlayaraq 60 gün müddətinə qısa müddətli mühafizə ordeni verilmişdir. Qərarın surəti icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yaşadıqları fərdi yaşayış evində uzun müddətdir ki, mülkiyyətçi kimi yaşayırıq. Birgə əməkləri hesabına evin otaqları artırılmış, əsaslı təmir edilmiş və yenidən qurma işləri aparmışdır. Bu işlərin görülməsimə xeyli pul xərcləmişik. Bütün bunlara baxmayaraq cavabdeh mülkiyyət hüquqlarını pozaraq onları evdən çıxarmaq istəyir. Məhz bu səbəbdən ümumi əmlakdan paylarının ayrılması zəruriyyəti yaranmışdır. ünvan 1 ünvanda yerləşən 152.5 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən və 0.14 hektar həyətyani torpaq sahəsindən ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, qeyd edilən ev onun mülkiyyəti kimi rəsmi olaraq ona mənsubdur. Həmin mülkiyyət ona valideynləri tərəfindən bağışlanmışdır. İddiaçılar həmin evdə heç bir təmir və yaxşılaşdırma işləri görməmişlər.İddiaları əsassız olduğundan heç bir ümumi əmlak və paydan söhbət gedə bilməz. Odur ki, iddianın rədd edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçıları və cavabdehi dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1957-ci ildə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE17836016 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE18228857 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 atası İddiaçı1, anası Hüseynova Azədə göstərilmişdir. İş materiallarında olan AA1867665 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 491 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 491 nömrəli arayışından görünür ki, İddiaçı1 X9, X10, X11, X12 və İddiaçı2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış sənədinin surətindən görünür ki, 0.14 ha torpaq sahəsi və 152.5 kv. metr daşınmaz əmlak Cavabdeh xüsusi mülkiyyətindədir. Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının “Məişət zorakılığı haqqında iş üzrə xx.xx.2024-cü il tarixli 01 nömrəli qərarından görünür ki, Cavabdeh cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş və X7 18 aprel 2024-cü il tarixdən başlayaraq 60 gün olmaqla qısa müddətli mühafizə orderi verilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞL-00593 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 və Cavabdeh İMS-da iştirak etmiş, İddiaçı1 prosesin davam etdirilməsinə razılıq verməmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən sahəsi 152.5 kvadrat metr olan fərdi yaşayış evi tam olaraq mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur, sahəsi 0,14 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi yeddi nəfərə paylı mülkiyyət hüququ ilə məxsusdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi mülkiyyətin birgə mülkiyyətçisi kimi ünvan 4 ünvanında yerləşən sahəsi 152.5 kvadrat metr olan fərdi yaşayış evindən və sahəsi 0,14 ha yaşayış məntəqələri torpağı olan torpaq sahəsindən paylarının müəyyən edilməsini tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən sahəsi 0,14 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olan - İddiaçı2 payı 1/7 hissə və İddiaçı1 payı 1/7 hissə müəyyən edilməlidir «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli və ərizəçinin mülkiyyət hüquqları tam bərpa olunaraq onların birgə mülkiyyətində olan torpaq sahəsinə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən sahəsi 0,14 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan - İddiaçı2 payı 1/7 hissə və İddiaçı1 payı 1/7 hissə müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-736/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-736/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver