Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-739/2024 12.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X28 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, X13, X9, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızı və İddiaçı4 Cavabdeh qızına qarşı «ümumi paylı torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X13, X9, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızı və İddiaçı4 Cavabdeh qızına qarşı «ümumi paylı torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Maşxan kəndi ərazisində yerləşən Astara rayonu Agrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, mərhum X20, X9, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızı və İmsayılova (Zeynalova) Dilquşə Muxtar qızının paylı mülkiyyətinə verilmiş 0.81 hektar torpaq sahəsindən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı4 iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, X13, X9, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızı və İddiaçı4 tələblərini onunla əsaslandırmışlar ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 nömrəli qərarı ilə Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən 0,81 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün paylı mülkiyyətlərinə verilmiş və bu barədə soyadları, adları və ata adları qeyd edilməklə JN-312 nömrəli 80110028 KOD-lu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı yazılmışdır. İş üzrə paylı mülkiyyətçi X20 torpaqlarını işğaldan azad edərkən şəhid olmuşdur. Şəhidin arvadı Cavabdeh Xalid qızı paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların şərtləri ilə razılığa gələ bilmirlər. Odur ki, mülkiyyətdə olan torpaq sahəsindən payların məhkəmə qaydasında ayrılması zərurəti yaranmışdır. Astara rayonu Maşxan kəndi ərazisində yerləşən Astara rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, mərhum X20, X9, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızı və İmsayılova (Zeynalova) Dilquşə Muxtar qızının paylı mülkiyyətinə verilmiş 0.81 hektar torpaq sahəsindən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçılar X13, X9, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızına və Cavabdeh qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçılar X13, X9, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızının və Cavabdeh qızının iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı4 izahatlarını dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZİİ seriyalı 492671 nömrəli nikah haqqında şəhadətnamə sənədindən görünür ki, X14 ilə X4 arasında xx.xx.2022-ci ildə nikah bağlanmış arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan AZİ seriyalı 748752 nömrəli nikah haqqında şəhadətnamə sənədindən görünür ki, X17 ilə X5 arasında xx.xx.2012-ci ildə nikah bağlanmış arvada Zeynalova soyadı verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair “JN-312 KOD 80110028” nömrəli dövlət aktından görünür ki, İddiaçı1 və onun ailə üzvləri X10, X21, X4, X1 adları qeyd eilmiş, Astara rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 nömrəli qərarı ilə Astara rayonu Maşxan kəndi ərazisində yerləşən 0,81 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı1un mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış sənədlərindən görünür ki, İddiaçı1, İddiaçı2 və X3 Ramin Muxtar oğlunun qanun üzrə vərəsələri hesab edilmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış sənədlərindən görünür ki, əlizadə Dünyamin Ramin oğlu və Əliyeva X7 Ramin Muxtar oğlunun qanun üzrə vərəsələri hesab edilmişlər. İş materiallarında olan AZİİ seriyalı 353495 nömrəli ölüm haqqında şəhadətnamə sənədindən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə ölmüş, 137 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan ölüm haqqında akt qeydindən görünür ki, X20 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində ölmüşdür. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılar ümumi mülkiyyətin birgə mülkiyyətçisi payının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, JN-312, KOD 80110028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Astara rayonu Maşxan kənd ərazində 0,81 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri- İddiaçı1 payı 1/6 hissə, X8 payı 1/6 hissə, mərhum X12 payı 1/6 hissə, X6 payı 1/6 hissə, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızının payı 1/6 hissə və X2 payı 1/6 hissə müəyyən edilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli və ərizəçinin mülkiyyət hüquqları tam bərpa olunaraq onların birgə mülkiyyətində olan torpaq sahəsinə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-312, KOD 80110028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Astara rayonu Maşxan kənd ərazində 0,81 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri- İddiaçı1 payı 1/6 hissə, X8 payı 1/6 hissə, mərhum X12 payı 1/6 hissə, X6 payı 1/6 hissə, İsmayılova (Ağayeva) Mahizər Muxtar qızının payı 1/6 hissə və X2 payı 1/6 hissə müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-739/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-739/2024
12.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver