Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-741/2024 15.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X23 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan işlərin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızları tərəfindən mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan işlərin aparılmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X9 xx.xx.2021-ci il tarixdə "Durğunluq ürək çatışmamazılığı” xəstəliyindən Astara rayon Təngərüd kəndində vəfat etmişdir. Mərhumdan Təngərüd kəndi ərazisində torpaq sahəsi və fərdi yaşayış və miras qalmışdır. O və digər qardaş və bacıları (İddiaçı, X8, X7, X10, X11, X12 və X14) qanun üzrə vərəsələrdirlər. Tərəfindən miras qalmış yaşayış evinə dair hüququn ölmüş şəxs atası X5 məxsus olması haqqında arayış alınması üçün 08 yanvar 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh1 və Cavabdeh2 mütəxəssislər tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməsinə və sözü gedən daşınmaz əmlakın hazırki, tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməsinə imkan verməmişlər. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-129/2024 nömrəli bildirişlə miras qalmış fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən Astara rayon Təngərüd kəndi ərazisində yerləşən mərhum X2 miras qalmış fərdi yaşayış evinə mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 Mehrəli qızı və Cavabdeh2 tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə İddiaçı nümayəndəsi X6 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Beləki, iş materiallarında olan AZE 06936406 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayon Təngərüd kəndində qeydiyyatdadır. İş materiallarında olan “JN-240A KOD 80110018” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli 88 saylı qərarı ilə 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kollektiv bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Astara rayonu, Şüvi kənd sakini X4 mülkiyyətinə verilib. İş materiallarında olan AZ-İİ 184905 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.2021-ci il tarixində vəfat etmiş, xx.xx.2021-ci il tarixində 324 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kəndi İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 116 saylı arayışdan görünür ki, X1 rayon Təngərüd kəndində yaşayır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara RİH Astara rayon Dövlət Arxivinin 247/7 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayonun Təngərüd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarına əsasən 01 saylı kitabın 49 №-li şəxsi hesabında X4 təsərrüfatının xüsusi mülkiyyətində 1947-ci ildə tikilmiş tərdi yaşayış evi və 0.13 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-129/2024 nömrəli bildirişinə əsasən, faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq, X8 tərəfindən müvafiq şərait yaradılmadığı, habelə tərəflər arasında mübahisə olduğu səbəbindən müayinə (çöl ölçmə işləri) aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsini qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı. qanunsuz müdaxiləsi nəticəsində cavabdeh mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənləri və cavabdehlərin iddianı qəbul etmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Astara rayonu Təngərüd kəndində yerləşən mərhum X2 miras qalmış fərdi yaşayış evinə mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılıan maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Astara rayonu Təngərüd kəndində yerləşən mərhum X2 miras qalmış fərdi yaşayış evinə mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılıan maneələrin aradan qaldırılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-741/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-741/2024
15.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver